"Barselona" "Nou Kamp"ı tərk edir

28.04.2022 | 24332 dəfə oxunub

"Barselona" iyun ayında başlayacaq yenidənqurma işlərinə görə "Kamp Nou"nu tərk etməyə hazırlaşır.

Stadium.Az xəbər verir ki, Barselona Bələdiyyə Məclisi arenanın yenilənməsi üçün lazımi tikinti icazəsini verib.

Barselonadakı bələdiyyə binasında təşkil olunan tədbirdə çıxış edən klub prezidenti Joan Laporta "Kamp Nou"nun bu şəhərdə inşa edilmiş ən böyük və müasir idman kompleksi olacağını deyib.

İnşaat işlərinə baxmayaraq, komanda növbəti mövsüm üçün fəaliyyətini "Kamp Nou"da davam etdirə biləcək. Birinci və ikinci tribunalar, texnoloji sahələr, stadionun ətrafına və infrastruktur işlərinə diqqət yetiriləcək. Lakin "Barselona" 2023/24 mövsümündə ev oyunlarını "Lluis Kompanis" stadionunda keçirəcək. Bu arena 55 min 926 nəfər azarkeş tutumuna malikdir. 

Laporta açıqlamasında onu da qeyd edib ki, yenidənqurma layihəsi 2026-cı ildə başa çatacaq. Lakin arena həmin il xidmətə 100 faiz hazır olmayacaq. "Kamp Nou" stadionunun yeni xüsusiyyətləri arasında daha yüksək enerji səmərəliliyi üçün sistemlər, 360 dərəcəli ekran və 5G bağlantılarının istifadəsi kimi bir çox sistem olacaq. "Barselona" təmir xərclərini qarşılamaq üçün 1,5 milyard avro kredit istəyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail