Yeniyetmələr arasında cüdo üzrə ölkə birinciliyinə yekun vurulub

17.01.2022 | 8192 dəfə oxunub

Cüdo üzrə 18 yaşadək yeniyetmələrin Azərbaycan birinciliyində üçüncü – son günün yarışları keçirilib. Stadium.Az xəbər verir ki, bu gün oğlanlar arasında 55 (61 nəfər), 73 (44 nəfər), +90 (24 nəfər), qızlar arasında isə 44 (7 nəfər), 57 (10 nəfər), +70 (5 nəfər) kiloqram çəki dərəcələrində yarışlar keçirilib.

Yekun nəticələrə görə, Xumar Qasımzadə (44 kq), Telli Atazadə (57 kq), Nigar Süleymanova (70 kq) qızlar arasında keçirilən yarışlarda yüksək nəticə əldə edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Fikrət Nəcəfov (55 kq), Süleyman Əliyev (73 kq), Ramazan Əhmədov (+90 kq) isə oğlanların yarışında Azərbaycan birinciliyinin qalibi olublar.

Ümumi komanda hesabında Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi birinci yeri tutub. “Neftçi” idman klubu ikinci, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin komandası üçüncü yerə sahib olublar.

Bununla da yeniyetmələrin Azərbaycan birinciliyinə yekun vurulub. Birincilikdə ümumilikdə, 514 idmançı (439 oğlan, 75 qız) medallar uğrunda mübarizə aparıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail