İrina Kindzerska: "Bəzi anlarda əsəblər tap gətirmir"
"Bilirsiniz, Olimpiada elə yarışdır ki, orada öncədən heç nəyi təxmin etmək olmur. Çünki bəzən çox gözlənilməz hadisələr baş verir".
Stadium.Az xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medalçısı İrina Kindzerska Milli Olimpiya Komitəsinə müsahibəsində deyib.
Azərbaycanın qadın cüdoçusu olimpiadada medal qazanmaq üçün yaxşı motivasiya olduğunu bildirib: "Misalçün, favoritlər ilk görüşlərdə məğlub olur. Dünya və Avropa çempionatlarında ilk 3-lüyə düşə bilməyən idmançılar da qalib gələ bilir. Buna görə də həmişə risk var idi. Lakin olimpiadalarda iştirak edərkən özünü medal qazanmağa və qələbəyə kökləyirsən".
Kindzerska Azərbaycanda qadınlar arasında bu idman növünün elə populyar olmadığını xatırladıb: "Ola bilsin ki, verəcəyim təkan bu idman növündə Olimpiya oyunlarında medal qazana biləcəyimizin göstəricisi olar və uzun müddət cüdo ilə məşğul olub qorxanları ilhamlandırar. Onlar da məndən sonda Avropa, dünya və ya olimpiya çempionu olmağa güc taparlar".
Ukraynalı legioner azərbaycanlı həyat yoldaşından da danışıb. O qeyd edib ki, idmançının həyat yoldaşı olmaq çətindir: "Həyat yoldaşım azərbaycanlıdır. Bunun üçün çox şadam. Çünki nəticələrdən asılı olmayaraq qalib gəlsəm də, məğlub olsam da, həmişə mənə dəstək olub. Həmişə inanıb, məşqçimlə söhbət edib, birlikdə işləyiblər. Heç vaxt elə olmayıb ki, mən evdə bir ssenari ilə məşq edim, məşqçi isə ayrı. Onlar məşq proqramını birlikdə hazırlayırdılar. Hamımız buna uyğun hərəkət edirdik. Təbii ki, idmançının həyat yoldaşı olmaq asan deyil. Bəzi anlarda əsəblər tap gətirmir. Amma həyat yoldaşıma minnətdaram ki, məni həmişə dəstəkləyib və mənə inanıb".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |