İki cüdoçumuz Avropa çempionatı ilə erkən vidalaşdı

17.04.2021 | 4672 dəfə oxunub

Bu gün Azərbaycanın daha 2 cüdoçusu Portuqaliyanın paytaxtı Lissabonda davam edən Avropa çempionatında mübarizəyə qoşulub.

Stadium.Az xəbər verir ki, yarışın ikinci günündə 81 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və Murad Fətiyev qüvvəsini sınayıb.

1/16 finalda almaniyalı Niklas Blöxl üzərində qələbə qazanan Heydərov növbəti raundda Belçika təmsilçisi Matias Kasseyə qızıl xal bölümündə uduzaraq yarışla vidalaşıb.

Fətiyev də mübarizəyə 1/16 finaldan başlayıb. İlk görüşdə türkiyəli Vedat Albayraka ipponla məğlub olan cüdoçu çıxışlarını erkən başa vurub.

Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. İlk gündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail