Qurban Qurbanov: "Xaymenin epizodunda penalti var idi"

20.05.2021 | 4105 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda “Neftçi” ilə keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Neftçi”ni təbrik edirəm. Neçə illər idi çox istəkli idilər. Bu il buna nail oldular. Futbolçularımı təbrik edirəm. Çox nadir hallarda futbolçularıma narazılıq bildirirəm. İllərdir əziyyət çəkirlər. Dəyişik rejimdə oynayırlar, ilboyu böyük stress keçirirlər. Onlardan da daim uğur tələb olunur. Bu da futbolçularda gərginliyi, məsuliyyəti artırır. İlboyu bu rejimdə işləmək asan deyil. Amma onlar bunu bacardılar. Neçə illərdir çox əziyyət çəkirik. Həmişə komandanı bu vəziyyətdə qorumağa çalışırıq.

- Uzun fasilədən sonra Çempionlar Liqasından başlamayacaqsınız. Konfrans Liqasından başlamaq motivasiya baxımından çətin olmayacaq?

- Deməzdim ki, çətin olacaq. İstənilən halda Avropa təcrübəsidir. Digər ölkələrin komandaları da iştirak edəcək. Yeni bir turnirdir. Orada iştirak etmək, turnirin gücünü bilmək maraqlı olacaq. Çempionlar Liqasından iki həftə sonra başlamalıydıq. Bu da əlavə üstünlük olacaq. Üstəlik, millinin futbolçuları da toplaşacaq. Futbolçuların istirahətə çox ehtiyacı var. Turnirdə maksimum nəticəyə çalışacağıq.

- “Qarabağ”ın məğlubiyyətinin səbəbi Rahil Məmmədovun meydana daxil olaraq müdafiədə çaşqınlıq yaratması olmadı?

- Mən belə bir səbəb görmürəm. Oyunun gedişinə görə qərar veririk. Əvvəlcə Patrik Andradeni, ikinci hissədə oyunu ələ aldığımız vaxt Mahir Emrelini itirdik. Belə epizodlar oyunun gedişində çox olur. Ani çaşqınlıq idi. Elə qolluq epizod da deyildi.

- Rəqibin baş məşqçisi Xayme Romeronun epizodunun penalti olmadığını dedi. Siz necə düşünürsünüz?

- Kimə necə sərf edirsə, o cür danışır. İkinci epizodda penalti olduğunu deyirdilər. Baxdım, dedim ki, buna penalti vermək olmaz. Amma Xaymenin epizodunda penalti var idi. Amma bununla özümə haqq qazandırmaq istəmirəm. Bəzən futbolçuların haqqına girilir. Amma hər kəs öz fikrini bildirir.

- Sizə ən çox təsir edən Qarabağın işğaldan azad olunduğu il çempionluğu itirmək olmadı?

- Torpaqlarımız geri alındığı zaman demişdim ki, indi “Qarabağ”da özümü daha rahat hiss edəcəm. Torpaqlarımız rəqibdə olanda daim məndə qorxu, həyəcan var idi. Bəlkə də, bəzi səhvlərə yol verirdim. Amma indi daha ürəkliyəm. Bu gün müdafiəyəmeyilli oynaya da bilərdik. Amma torpaqlarımızın işğaldan azad olunması böyük qalibiyyətdir. Hər gələn legionerə Qarabağ həqiqətləri haqda məlumat verirdik. Onlar bilirlər ki, hansı komandada iştirak edirlər. Daha çox azarkeşlərə görə heyfsiləndim. Xüsusən də, stadiona gələ bilmədikləri üçün. Bu gün də oyuna gələndə bazanın qarşısında idilər, bizi yola saldılar. İnşallah, qarşıdakı illərdə bəzi dəyişikliklər edəcəyik. Son iki ildə həddən artıq çox oyunçu getdi. Onların yerini doldurmaq asan deyil. “Barselona”, “Real” kimi böyük klublarda da 3-4 oyunçu gedəndə onların yerini doldura bilmirlər. Amma biz yenə də öz düşüncələrimizi bir yerə qoyacağıq ki, daha yaxşı nəticələr qazanaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail