Sərvət Çətin: "Karyeramın sonunda Azərbaycanda çıxış etmək istəyirdim" - MÜSAHİBƏ
Ötən gün "Qarabağ"ın "Akademiya Klinçeni" ilə yoxlama oyununu (2:2) izləyənlər sırasında Türkiyə millisi, "Qalatasaray" və "Fənərbaxça"da oynamış, Azərbaycan türkü Servet Çetin də olub. Oyunun fasiləsi zamanı o, "qol.az" saytının əməkdaşının suallarını cavablandırıb.
- Bu gün sizi "Qarabağ"ın oyunun da gördük. "Qarabağ" barədə düşüncələriniz necədir? Komanda haqqında hansı məlumatlarınız var?
- "Qarabağ" təlim-məşq toplanışına gəlib. Onlar hazırda hazırlıq keçir. Gördüyüm qədəri ilə çox yaxşı bir komandadır. Azərbaycan klubları haqqında çox məlumatım yoxdur. Amma ölkənin ən yaxşı komandalarından biri olduğunu bilirəm. Mövsümü də yaxşı keçirəcəklərini düşünürəm.
- "Qarabağ" 6 ildir ki, avrokuboklarda qrup mərhələlərində mübarizə aparıb. Bu barədə nə kimi məlumatınız var?
- Avrokuboklarda çıxış etmək çox vacib məsələlərdəndir. Siz də bilirsiniz, Türkiyə klubları Avropa turnirlərində bir az çətinlik çəkirlər. Bunun üçün mövsümü çox yaxşı keçirməlidirlər. Ümumilikdə gündəmlə nəzərdə tutsaq, çox yaxşı haldır. Azərbaycanı bütün dünyaya tanıdırlar. İnşallah, uğur da qazanarlar. Çünki Avropaya yalnız ən güclü, lider komandalar qatılır. Onlar da hər il gedər deyə düşünürəm.
- Azərbaycanda sevilən futbolçu olmusunuz. Çünki azərbaycanlısınız. Bu haqda nə deyərdiniz?
- Açığı, kaş ki, karyeramı yekunlaşdırmağa az qalmış Azərbaycanda da oyana bilsəydim dedim. Amma təəssüf, qismət olmadı. Həmişə yüksək səviyyəli komandalarda oynamışam. Sonda zədələndiyim üçün karyeramı bitirdim. Hətta, bir çox dostum - Levent Kartop, Ali Cansu da Azərbaycanda oynadı. O zamanlar mənə də təklif etmişdilər. Ancaq mən karyeramı Superliqa komandalarında davam etdirirdim. Ona görə qismət olmadı. Amma dediyim kimi, Azərbaycanı cani-könüldən sevirəm.
- İndiyədək Azərbaycanın hər hansısa klubunun və ya milli komandanın oyunlarını izləmək fürsətiniz olub?
- Milli komandalar qarşılaşanda oynamışam. Az əvvəl Rəşadla qarşılaşdıq, görüşdük. O, "Əskişəhərspor"da oynayırdı. Mənim fikrimcə, çox uğurlu idi. Ondan başqa heç kimi izləməmişəm.
- Türkiyə yığması Bakıdakı matçlarda uğur qazana biləcəkmi? Bildiyiniz kimi, "Avro-2020"də 2 oyununu Bakıda keçirəcək.
- Bizim üçün yaxşı bir yerdir. Çünki öz evimizdə oynayacağımızı da deyə bilərəm. Dəyərləndirə bilsək, bu da bizim üçün bir üstünlükdür. Meydançaya çıxıb, yaxşı çıxış etməyəndə harada oynadığınının bir əhəmiyyəti qalmır. Amma öz evimizdə oynayacağımıza görə üstünlüyümüz var. Futbolçular o hissi yaşayacaqlar. Ümid edirəm ki, yaxşı keçər.
- Hazırda hansısa komandada işləyirsinizmi?
- Mən indi "Sivasspor"da baş məşqçinin köməkçisiyəm. Mövsümün əvvəlində bu komanda ilə razılığa gəldik. Bizdə vəziyyət yaxşıdır. Çempionatın lideriyik. İnşallah, mövsümün sonuna qədər də bu nəticəni qoruyub-saxlamağı düşünürük. Sabah (bu gün - red.) "Beşiktaş"la qarşılaşacağıq.
- Son olaraq Türkiyə Super Liqasında Rəşad Sadıqov çıxış edib. Bəs, hazırkı dövr üçün Azərbaycandan həmin liqada oynaya biləcək hər hansısa bir furbolçu tanıyırsınızmı?
- İndi ağlıma gəlmir, amma izləmək lazımdır. Ordan da yaxşı futbolçuları tapıb, gətirib, burada oynada, şans verə bilərik. Amma ümumilikdə Serbiya, Slokaviya, Macarıstan - bu kimi yerlərdən futbolçulara baxırlar. Əslində isə oraya gəlib, canlı izləyib, ən yaxşıları seçmək olar.
- Son vaxtlar Türkiyə mediasənda "Qarabağ"ın hücumçusu Mahir Emrelinin adı "Trabzonspor", "Beşiktaş" və "Fənərbaxça" ilə hallanır. Bu məsələyə münasibətiniz necədir?
- Demək olar ki, hər kəsin adı keçir. Açığı, bir az da gündəm yaradırlar. Amma transferlər asan deyil. Xüsusilə də dövrəarasında futbolçu almaq çox çətindir. Çünki komandalar yaxşı oyunçularını buraxmazlar. Yeni alacağınız futbolçunun komandaya nə qədər faydalı olacağı, necə alışacağı sual altında olur. Qışda transfer etmək həqiqətən də çox çətindir. Biz də komandamızın heyətini gücləndirmək istəyirik. Amma istədiyimiz futbolçunu ala bilmədik.
- Belə başa düşülür ki, sizə menecerlər tərəfindən azərbaycanlı futbolçular təklif edilməyib.
- Xeyr, olsaydı, bizim üçün haradan olduğu önəmli deyil. Futbolçunun səviyyəsinə baxırıq. Azərbaycandan da gəlsəydi, məmnuniyyətlə izləyərdik. Yaxşıdırsa, təbii ki, alarıq. Hətta, mən şəxsən daha diqqətli baxaram.
- Siz də bir Azərbaycan türküsünüz. Bizim azarkeşlərə hansı mesajı göndərərdiniz?
- Sizin vasitənizlə hamısına salam deyirəm. Dediyim kimi, karyeramın sonunda orada çıxış etmək istəyirdim. Qismət olmadı. Amma hər birinə salamlar göndərirəm. İnşallah, azərbaycanlı futbolçular Türkiyə Superliqasında çıxış edib, uğur qazanarlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |