Tahir Süleymanov: “Bu turnir “Birlik Kuboku”dan çox səviyyəli bir yarışma idi”
“Neftçi” klubunun vitse-prezidenti Tahir
Süleymanovun “Stadium.az” saytına müsahibəsi:
- Turnirdə iştirak etmək variantı necə alındı?
- Ay yarım, iki ay öncə təşkilatçılar tərəfindən bizə dəvət gəldi. Və biz də bu barədə klubun prezidenti Sadıq Sadıqovla məsləhətləşəndən sonra, daha daqiq
bilgi aldıq ki, turnir çox səviyyəli şəkildə keçiriləcək. Bu səbəbdən də turnirə qatılmağa qərar verdik. Turnirin
gedişi də bunu göstərdi ki, qərarımız özünü doğrultdu.
- Komandanın rəqibləri də kifayət qədər güclü klublar idi...
- “Metallist”, “Poloniya”, “Paxtakor”, “Terek” kimi
klublarla qarşılaşmaq çempionata hazırlaşmaq baxımından böyük önəm daşıyırdı. Və gənc futbolçularımızı belə səviyyəli rəqiblərlə oyunda izləmək çox önəmli idi.
- Komandaya əvəzedici heyətdən cəlb olunan yeniyetmə futbolçuların çıxışından razı
qaldız?
- Qış transfer dönəmində liderlə arasında “Neftçi” yeganə klubdur ki, heyətinə legioner futbolçu dəvət etmədi. Buna görə də, klub rəhbərliyi adından baş məşqçimiz Böyükağa Hacıyevə və məşqçilər korpusuna minnətdarlığımızı bildiririk. İstər “Mərdan İdman Kompleksi”ndə, istərsə də “Əhməd Kadırov” adına turnirdə məşqçilər korpusu yeniyetmə futbolçuları sınaqdan keçirdilər. Emin Mehtiyev, Elşən Abdullayev, Kənan Manaflı, Kərim Diniyev, İlham Allahverdiyev, Ağabala Ramazanov, Elnur Sultanlı kimi gənc yeniyetmə futbolçuları sınaqdan keçirməklə, biz bir daha əmin olduq ki, “Neftçi” futbol klubu olaraq, yürütdüyümüz siyasət doğrudur. Və bu yolda öz fəaliyyətimizi davam etdirəcəyik”.
- Turnirdəki nəticə sizi qane etdi?
- “Turnirdə əsas vəzifəmiz çempionata hazırlıq məqsədi güdürdü. Və elə ilk oyunumuzu məsəl gətirməklə bildirmək istəyirəm ki, “Metallist”in heyətində 10 legioner və cəmi ukraynalı futbolçu çıxış edirdisə, biz daha çox yerli futbolçulara üstünlük vermişdik. Bununla da onların nəinki öz komandamıza, yaxın gələcəkdə Azərbaycan futboluna fayda
verəcəyini göstərmiş olduq. Yeniyetmə futbolçuları məsəl gətirdim. Artıq Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Elvin Yunuszadə kimi futbolçuları əsas heyətin futbolçusu sayırıq və bunu ilk dəfə açıqlayıram ki, bu futbolçularla avropanın bir çox klubları maraq göstərirlər. Və öncədən söyləyə bilərəm ki, yaxın gələcəkdə bəzi gənc futbolçularımızı avropa meydanlarında görsəz, heç də təəccüblənməyin.
- Heyətə legioner almamağınız nəylə bağılı oldu?
- Lider komandanın əcnəbi futbolçulara meyil etməməsinin bir səbəbi var. Bildiyiniz kimi, bizimlə yanaşı əvəzedici
heyətimiz də Antalyada təlim-məşq toplanışı keçirdi. “Neftçi”nin prezidenti Sadıq
Sadıqovun komanda qarşısında qoyduğu bir nömrəli vəzifə yerli futbolçuların
inkişafı və əsas heyətdə oynamasıdır. Bu prinsipimizə sadiq qalaraq, heyətə əcnəbi
dəvət etmədik. Çünki 50 yaxın futbolçumuz 15 və 21 yaş arası milli komandaların
üzvləridir. Bunun özü Azərbaycan futbolunun sabahı üçün böyük töhfə deməkdir. Əcnəbi futbolçuların da komandaya cəlb olunması
onların qarşısının alınması demək idi. Bu turnirdə gənc futbolçularımız özlərini doğrultdular. Gələcəkdə
onlara əsas heyətdə də yer veriləcək. Çünki onlar buna layiq olduqlarını bu
turnirdə göstərdilər. Yaxın gələcək üçün Araz Abdullayev, Amid Quluzadə kimi ən
azı 10 futbolçunun avropa klublarına transfer edilməsini qarşımıza hədəf
qoymuşuq.
İnandırım ki, 16-17 yaşlı futbolçuları “Metallist” və “Terek” kimi
komandalara qarşı oynatmaq asan iş deyil. Amma biz öz gənclərimizə inandığımızdan, bunu edirik. Və bir qədər öncə turnilə bağlı sualınıza cavab olaraq bildirmək istəyirəm ki, “Neftçi” doğru yoldadır. Yerli futbolçuların təşkil etdiyi heyətlə Rusiya Premyer Liqasında çıxış edən “Terek” kimi güclü komandaya qalib gəlmək asan məsələ deyil. Təşkilatçılara da minnətdarlığımızı bildiririk. Və əminliklə bildirirəm ki, bu turnir “Birlik
Kuboku”dan çox səviyyəli bir yarışma idi. “Metallist”in Avroliqada yoluna davam
etməsi, Polşa və Rumıniya kimi ölkələrdə lider klubların əsas heyətlə bu yarışda iştirak etməsi buna əyani bir sübutdur.
- Belə sviyyəli turnirdən sonra komandanı çempionata hazır sayırsız?
- Mənə elə gəlir ki, komanda burada sərgilədiyi oyunları ölkə çempionatında srgiləsə, çempionluq adını qoruya biləcək. “Paloniya” və “Terek” kimi rəqiblərlə görüşlərdə srgilənən oyun bir daha onu göstərir ki, “Neftçi” çemionluq titulunu qoruyub saxlamalıdır. Baş məşqçimiz bu uğuru gəncləşdirilmiş heyətlə bacararsa, bu, azarkeşlərimiz üçün ikiqat sevinc olar.
Ümid BABA
ANTALYA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |