Cüneyt Biçər: “Bunun üçün sizinlə mərc edə bilmərəm” - MÜSAHİBƏ
Fasilə dönəmində hazırlıqlarını Antalyada davam etdirən “Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçərin “Stadium.az” saytının bu şəhərə ezam olunmuş əməkdaşına müsahibəsi:
- Necə gedir işlər?
- Bura gəldiyimiz
gündən bəri sadəcə iki gün məşq etmədik. Etdiyimiz məşqlər və oynadığımız
oyunlarda mən istədiyimə yaxın işlər görə bildik. Söyləyə bilərəm ki, yüzdə
yetmiş civarında istədiyimizə nail olduq. Bir qədər də çalışıb, “altılıq”a daha
hazır olmalıyıq. Toplanışla bağlı heç bir problemimiz yoxdur. Ən önəmlisi də
odur ki, bu toplanışda futbolçularımızdan heç biri zədə almadı. Bir çox
oyunçumuzun performansı yuxarıya doğru inkişaf edir.
- Adətən
toplanışın ilk dönəmi fiziki yükləmələr üzərində qurulur. Sizin komana bu mərhələdən
necə çıxdı?
- Bizim bütün işlərimiz uzun müddətə hesablanıb. İndi hazır
olaq, daha sonra komanda dayansın kimi bir fikrimiz yoxdur. Əsas dərdimiz “altılıq”a
qədər tam hazır olmaq, bu mərhələdə isə rahat oynamaqdır. Məncə futbolçularım
siz dediyiniz bu dönəmdən çox yaxşı keçdilər.
- Son oyuna qədər
keçirdiyiniz yoxlama oyunlarında komanda oyunu sizi qane etdimi?
- Onların
içində də, bəyənmədiyim məqamlar oldu. Amma ümumi götürsək, əsas məsələ nəticədir.
Keçirdiyimiz 4 oyunu götürsək, yalnız son matçda məğlub olduq. Toplam olaraq
baxsaq, bunların üçünə yaxınında istədiyimiz oldu.
- Bəs nələrdən
narazı qalmısız?
- Zaman-zaman,
oyunumuzda istəmədiyimiz əksiklər yaşanır. Elə məqamlar oldu ki, pressinqlə oynamalıydıq,
amma bu olmadı. Amma bunu da zamanla həll edəcəyik. Çünki hazırda futbolçular
çox yükləniblər və yorğundurlar. Amma yenə deyirəm, ümumi götürsək, işlər göyük
ölçüdə qaydasında gedir.
- Son oyunda
gözlənilmədən Rumıniyanın "Vointa Sibiu" klubuna məğlubiyyətiniz nəylə bağlı idi?
- Yoxlama
oyununda bunun elə də bir önəmi yoxdur. Amma bu o demək deyil ki, uduzduqsa,
deməli elə belə də olacaqmış. Mən daim qazanmağı sevən bir insanam. Hazırlıq
oyununda qazanmaq yox, istədiklərini meydanda görmək önəmlidir. Bu görüşdə tam
fərqlo heyət və yer dəyişikliyi ilə oynadıq. Yəni önümüzdə olan dönəmdə
başımıza bir iş gələrsə, nə etməliyik kimi problemimiz olmasın deyə, bir neçə
oyunçunu başqa mövqedə oynatdıq. Hakimlərlə bağlı bir şey danışmaq istəmirəm,
amma yoldaşlıq oyununda çox qəribə otun idarə edirlər. Oyunun əvvəlində hakim
iki köbu səh etdi ki, bunlar da qapımıza qolla nəticələndi. Hətta bu səhvlərin
birində Adrian Pit zədələnərək bir neçə günlük məşqlərdən kənar qaldı. Beləcə 20 dəqiqə içində iki qol buraxdıq,
komandanın oyunu pozuldu. Pit zədələndi çıxdı... Amma bunların hamısı oyunun içində
olan bəhanələr. Oyundan da razı qaldığımı söyləyə bilmərəm. Amma digər görüşlərlə
götürsək, komandamdan böyük mənada razıyam.
- Malidən gətirdiyiniz
iki futbolçudan razısız?
- Bunun üçün
hələ tezdir. Onlar Malidə küçə dəyişdirəndə özlərinə gec gəlirlər, hələ Antalya
olsun. Onlar Malidən gəldilər, vaxta ehtiyacları var. Amma ilk oyunlarda göstərdikləri
oyunlara, məşqlərə Mbaxarsaq, istədiklərimizi alcağıq kimi görünür. Əsas odur
ki, ümid verirlər. Mən bunun üçün sizinlə mərc edə bilmərəm, amma ümid edirəm
ki, onlar komandaya böyük xeyir verəcəklər.
- Hazırda istədiyiniz
komandanı yarada bilirsiz?
- Bilirsiz
necədir, dövrə rasında yaxşı futbolçu tapmaq çətindir. Çünki yaxşı oyunçuların
hamısının klubla müqaviləsi var. Bunun üçün yaxşı oyunçuya yaxşı – böyük miqdarda
pul ver, üstəlik komandasına konpensasiya ödə... Bunlar da komandaya sərf
etmir. Məncə dövrə arası transfer dönəmində komandanın transferi bir futbolçudan
artıq olmamalıdır. Amma bizim bir neçə oyunçu alacağımız dəqiqdir. Hücum xəttinə
bir və ya iki futbolçu düşünürük. Ən azı biri yüz faiz olacaq. Bir müdafiəçi və
bir ortada oynayan yarımmüdafiəçi almağı düşünürük. Çünki çox uzun marafon keçəcəyik
və hər kəsə ehtiyacımız olacaq.
- Artıq almaq
üçün dəqiqləşdirdiyiniz oyunçular var?
- Hə, bir-iki
oyunçu ilə müəyyən mənada razılığa gəlmişik. Sadəcə onu deyə bilərəm ki,
hazırda danışıq apardığımız oyunçular hücumçu və yarımmüdafiəçidir.
- Əsas məqsədiniz
nədir? Yaxşə komanda yaradıb avroliqaya düşmək, yoxsa, necə olursa olsun
çempionluğu qazanmaq?
- Bu
komandanın daimi hədəfi çempion olmaqdır. Zor da olsa hədəfi var. Mənim də
önümdə bu hədəf var. Üstəlik rəhbərlik də bunu tələb edir. Əsas istədiyimiz
odur ki, çempionluqla yanaşı, növbəti mövsümə hazır komanda çıxara bilək.
- “Xəzər Lənkəran”da
indiyə qədər işləyən bütün məşqçilər üçün ikinci komanda heç bir önəm
daşımayıb. Bəs sizin buna yanaşmağınız necədir?
- Zatən bura
gələndə əasa işim ikinci komandanı hazırlamaq idi. Bundan heç vaxt geri çəkilə
bilmərəm. Hazırda düşərgəmizdə əvəzedici heyətin üç futbolçusu yer alır ki, bu
da çalışmalarımızın nəticəsidir. Fikrət, Elvin və Kamran 16-17 yaşlı uşaqlardı.
İnşallah bu templə davam etsələr, yaxın zamanda özləri əsas heyətdə oynamaq
şansı qazanacaqlar.
- Çempionatda
əsas rəqibləriniz kimi hansı komandaları görürsüz?
- “Altılıq” üçün soruşursansa, bu barədə ancaq “altılıq”dan qabaq danışa bilərəm. Çünki qarşıda 4 önəmli oyunumuz var və hazırkı sıralamanın dəyişəcəinə inanıram.
Vüsal BƏBİRLİ
ANTALYA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |