Qurban Qurbanov: "Bu gün məğlub olsaydıq... "
"Qarabağ" - "Şerif" oyunundan (3:0) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komandamız həqiqətən xarakter göstərdilər. Nə dərəcədə çətin idi, bunu başa salmaq özü mətindir. Çükürlər olsun ki, zəhmətimiz bəhrəsin verdi. Oyundan əvvəl necə hazırlaşmışdıqsa, bunu meydanda edə bildik. Bu qələbə münasibətiylə klub rəhbərliyini təbrik etmək istəyirəm. Azarkeşlərimizi təbrik edirəm. Həqiqətən bu gün futbol bayramı oldu. Rəqib haqda nəsə deməyə ehtiyac yoxdu. Onlara uğurlar arzulayıram.
- Komandada köklü dəyişiklik oldu. Sizin istədiyiniz komandanın formalaşmasına nə qədər vaxt var?
- Komandadan razıyamsa, demək, problemimiz yoxdu. Ancaq hər zaman çalışmağa davam etməliyik. İstəyirik hər zamand aha yaxşı komanda yaradaq. Əlimizdə olan futbolçulardan maksiumum yararlanmağa çalışırıq. Məşqçi kimi deyə bilərəm ki, istədiyim komandanı hələlik formalaşdırmamışam. Mən neçə illərdir bu komandadan razıyam. Narazılığımız da olub, amma kollektiv içində və öz aramızda. Komandamdan daha yaxşı oyun gözləyirəm.
- Dünən dediyiniz müdafiə xətti yaxşı oynayacaq sözünüzün arxasında nə dayanırdı?
- Hər oyun bu cür oynayırıq. Bəzi oyunlarda səhvlərimiz oldu. Bədavidə bir qədər özünəinamsızlıq vardı. Ancaq yaxşı motivasiya olmuşduq. Hər zaman rəqibi nəzərə almaq lazımdı. Bütün komandam müdafiə olundu və bütün komandam hücum etdi.
- Komanda psixoloji yorulmuşdu, yoxsa fiziki cəhətdən?
- Komanda psixoloji cəhətdən yorulanda bu fiziki cəhətdən də hiss olunur. Ola bilir ki, hansısa dəqiqədə bunu yaddan çıxardırsan. Çünki oyunun içində olursan. Həm fiziki, həm də psixoloji yorğunluğu normal qəbul edirəm.
- Qrupa düşməklə minumum işin öhdəsindən gəlindimi? Yeni transferlər olunacaqmı?
- Araz Abdullayevlə bağlı onun klublarıyla danışıqlarımız davam edir. Bizimlə məşq edir. Alınsa Arazı transfer edəcəyik.
- Tənqidlərə cavab olaraq azarkeşlərə cavabınzı varmı?
- Heç bir sosial şəbəkədə hesabım yoxdu. Azarkeşlərin nə fikirlər söylədiyini də bilmirəm. Tənqidsiz nə yaşamaq, nə də işləmək olar. Sadəcə belə oyunlardan əvvəl bəlkə də, tələsdilər. İnsanda nə qədər həyacan çox olsa, səhvi də çox olur. Mən bu azarkeşlərdən razıyam. Neçə illərdir bizi gəlib dəstəkləyirlər və haqları çatır ki, bizi tənqid də etsinlər. Biz futbolu onlar üçün oynayırıq.
- Bu dəfə qrupa düşmək daha çox vacibidimi?
- Əlbəttə, bizim üçün çox vacib oyun idi. Bizim uğurlarımız nə qədər bol olsa, futbolumuzun yaşaması üçün şansdır.
- Oyunlar yenə Olimpiya stadionunda olacaq?
- Biz qrup mərhələsində oynamaq üçün Respublika stadionunu sifariş etmişik.
- Hansı üslublu komandalarla qrupda düşməmək istərdiz?
- İnanın ki, fərqi yoxdur. Bütün komandalar inkişaf edir. Bütün komandalar və məşqçilər oyunu analiz edib rəqib komandaya uyğun futbol oynayırlar. Bizim üçün beləd aha çətindi. Mən bilsəm ki, rəqib komanda həmişə eyni üslubda oynayır, onlara qarşı hazırlaşmaq daha asan olar.
- "Astanay"la qrupda oynamaq sizə maraqlı olar?
- Heç vaxt belə arzular etməmişəm. Hansı xeyirlidir, o da düşsün. Almeydadı, onu da bir neçə gün sonra görəcəm.
- Hər dəfə klub başqa, milli başqa deyirsiz. Ancaq razısızmı ki, bu oyundan sonra millidə daha çox ruh yüksəkliyi olacaq?
- Hər bir klubun uğuru milli komanda üçün köməkdir. Bu qələbə futbolçulara inam verəcək. Mən peşəkaram, burda məğlubiyyət olsa belə, bunu milli komandada hiss etdirməməyə çalışacaqdım. Futbolçular üçün bu qələbə çox vacib idi. Daha inamlı və istəkli olacaqlar.
- Keçən ilki "Şerif" sizə daha çox çətinlik yaratmışdı, yoxsa bu "Şerif"?
- Bu il daha yaxşı müdafiə olunurdular. Ötən il burda 0:0 hesablı heç-heçə olmuşdu, səfərdə qələbə qazanmışdıq. Bu il daha inamlı oynayırdılar.
- Danini qrup mərhələsində görə biləcəyikmi?
- Ola bilər. Daninin əməliyyatı elədir ki, bir ay sonra oynaya bilər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |