Qurban Qurbanov: "Bu barədə hələ bir qərar verməmişəm" - MÜSAHİBƏ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Kukesi" ilə cavab oyunundan (3:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu oyunda nəticəni müəyyənləşdirən amillərdən biri azarkeşlər idi. Onlara təşəkkürümü bildirirəm. Futbolçularım oyuna yaxşı hazırlaşmışdılar, sona kimi düzgün mübarizə apardılar. Cəmi 5 gün vaxtımız var. Növbəti rəqibi yaxından tanımalıyıq. Təcrübəli komandaya qarşı oynayacağıq.
- Emeqara debüt matçında penaltini qaçırdı. Bu, ona psixoloji təsir etməyəcək ki?
- Hər bir oyundan əvvəl penalti müəlifi müəyyənləşdirilir. Daninin oyuna 2 saat yarım qalmışa kimi oynayacağı dəqiq deyildi. Sonra oynamaq istədi. Emeqaranın ilk penaltisi mənim qərarım deyildi. Lakin sonradan Daninin penaltini yerinə yetirməsini istədim. Bu, Emeqaraya təsir etməməilidir. O, soyuqqanlı futbolçudur.
- Növbəti rəqibiniz olan BATE haqqında hər hansı məlumat almısınızmı?
- Sabahdan rəqib haqda məlumatlar toplayacağıq. Güclü rəqibə qarşı oynayacağıq.
- Son günlər ermənilərin "Qarabağ"ın sabiq baş məşqçisi Allahverdi Bağırova qarşı etdiklərindən yəqin xəbərdarsız. Bu qələbəni ona həsr edərsinizmi?
- Həsr etməkdə bir problem yoxdur. Komandamızın adı göstərir ki, biz həm də nə uğrunda mübarizə aparırıq. Bu adı həmişə qoruyub saxlamağa çalışırıq. Dəfələrlə demişəm ki, ermənilərin sevinəcək başqa bir şeyləri yoxdur. Və ayrı-ayrılıqda hər bir qəhrəmanlarımızla fəxr edirik. Qələbəni ona həsr edək. Oyunlara formanın üzərində şəhidlərimizin şəkilləriylə çıxmağa gəlincə, bu, böyük turnirdi. Bilmirəm ki, buna icazə verərlərmi. Hər biirni çox istəyirik, onlar qəlbimizdədir. Bu klub çalışır ki, onların hörmətini saxlayaq. İnşallah, qələbələrimizi qazanaq, onlar diqqətimizi görəcəklər. Böyük turnirdə kiçik bir şeyə də nəzarət olunur. Məsələni siyasiləşdriməyək, pillə-pillə irəli gedək. Qələbələrimizlə onların ruhu şad olacaq. Hər biri bizim fəxrimizdi.
- Xeyli qol epizodu boşa verildi. Bunu nə ilə əlaqələndirmək olar?
- Oyunun gedişində istər-istəməz həyəcan var idi. Düşünürəm ki, belə epizodlarda oyunçularım fürsətlərdən yararlanmağı bacarır. Bu dəfə vura bilmədilər. Bu, onların gələcək oyunlarda daha yaxşı olmaları üçün səbəbdir.
- Mahir Mədətovun oyunu ilə bağlı fikirləriniz necədir? Sanki səhv mövqedə oynayır və özünü tam göstərə bilmir…
- Bu oyundakı bir neçə epizod əsl hücumçuya xas olan şeylər idi. Oyun ərzində belə fürsətlər 3-4 dəfə olursa, bu, məni qane edir. Bu gün Mahirin oyunu mənə daha ümid verdi. Oyundan sonra Mahirə dedim ki, bəlkə də qol vursaydın, azarkeşlər səni belə alqışlamazdılar.
- Yeni transferlər olacaqmı?
- Əlavə futbolçular axtarışındayıq. Düşündüklərimiz alınsa, yeni bir transfer olacaq. Hücumçu və mərkəz yarımmüdafiəçisi axtarırıq. Müdafiə xətti üçün də axtarışlarımız davam edir. Səbrli olmaq lazımdı.
- Yeni qapıçı Halldorsonun psixoloji vəziyyəti necədi?
- Gələndə zədəli idi, ilk oyun idi ki, onu heyətə daxil etmişdim. Hər bir qapıçı mənim üçün dəyərlidi. Onların hər birinin oynamaq ehtimalı var. Bugün ilk 11-də oynayan oyunçuya zəmanət vermirəm ki, gələn matçda start heyətdə olacaq.
- Son günlərin aktual mövzusu Azərbaycan millisində müdafiəçi problemidir. Rəşad Sadıqov qayıda bilərmi milliyə?
- Ölkəmizdə futbolçu çatışmazlığı var. Amma bu barədə hələ bir qərar verməmişəm. Rəşadın qayıdıb-qayıtmayacağı barədə bir şey bilmirəm. O, milli karyerasını bitirdiyini açıqlayıb.
- Qazonun sıradan çıxması BATE ilə oyunda sizə problem yaratmaz ki?
- 3-4 gün əvvəl stadion daha pis vəziyyətdə idi. Dünən artıq baxanda irəliləyiş gördüm. Stadionun bərpası ilə bağlı işlər gedir. Bu problem də aradan qaldırılar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |