Ürfan Abbasov: "Sözün düzü, gözləmirdim" - MÜSAHİBƏ
"Matça yaxşı hazırlaşmışdıq və rəqibi yaxşı analiz etmişdik. Bunun da nəticəsində maraqlı oyun oldu. Üç qol vurduq və qələbə qazandıq. Buna da sevinirik".
Stadium.Az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Ürfan Abbasov Qırğızıstanla yoldaşlıq oyunundan (3:0) sonra jurnalistlərinə müsahibəsində deyib.
- Bu gün qol vuracağınızı gözləyirdinizmi?
- Sözün düzü, gözləmirdim. Amma epizod yarandı irəli getdim. Komanda yoldaşım da yaxşı ötürmə verdi, mən də bundan istifadə etdim.
- Qurban Qurbanovun gəlişindən sonra daha çox etimad qazanırsınız. Özünüzü əsas futbolçulardan hiss edirsinizmi?
- Düzdür. Qurban müəllim oynamaq üçün mənə şans verir. Hər oyunda da bacardığımı etməyə çalışıram. Bundan sonra da etimad qazansam, əla olar. Sevinirəm ki, əsas heyətdə oynayıram.
- Qol epizodunda ötürmə vermək barədə düşündünüzmü?
- Topu qəbul edən kimi niyyətim qapıya zərbə endirmək idi.
- Daha çətin rəqib olsaydı, yenə qapıya zərbə vurmağa risk edərdiniz?
- Daha ağır rəqib olsaydı, yəqin ki, belə epizod olmazdı. Mən buna inanmıram. Fürsət oldu, yüksək səviyyədə istifadə etdim.
- Rəqibin üstünlüyü ələ aldığı zamanlar oldu. Həmin anlarda nə baş vermişdi?
- Bəzi epizodlarda düzgün oynamadıq. Bunun nəticəsində də rəqib bizdən topa daha çox sahib ola bilirdi. Biz pressinqə hazır deyildik. Sonra isə oyunu düzgün qurduq. Pressinqdən daha yaxşı çıxdıq.
- Böyük ehtimalla Samir Abasov "Qəbələ"nin yeni baş məşqçisi olacaq. Onunla iş birliyinə hazırsınızmı?
- Mən hazırda milli komandadayam. "Qəbələ”yə aid suallar olmasa, daha yaxşı olardı.
- Bu məsələlərlə bağlı narahat deyilsiniz?
- Xeyr. Niyə narahat olmalıyam? Kim yaxşıdırsa o da oynayacaq. Yeni baş məşqçi kimə şans versə, o da meydanda olacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |