Ruslan Abışov: "Yoldaşlıq oyunlarında da nəticə qazanmaq lazımdır"
Azərbaycan millisinin futbolçusu Ruslan Abışov yoldaşlıq oyununda Belarusa 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistərin suallarını cavablandırıb:
Milli komandada nə çatmır? Qurban Qurbanovun rəhbərliyi altında ikinci oyunda da qol vura bilmədik…
- Doğma azarkeşlər önündə oynayırdıq. Təzə baş məşqçi ilə evdə ilk oyun idi. Qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, oyun yaxşı gedirdi. Rəqib də gördü ki, biz yaxşı nəticə qazanmaq barədə fikirləşirik. Oyuna biz nəzarət edirdik. Top ən çox bizim komandada olurdu. Bir neçə qol epizodlarımız oldu. Amma rəqib bizi əks hücumda yaxaladı. Bəxtimiz gətirmədi və qapımızda qol gördük. Həm də milli komandada yeni futbolçular var. Komanda yenidən qurulur. Qurban müəllimin istədiyi oyunu meydanda tam şəkildə göstərə bilmirik. Oyundan-oyuna hər şey daha yaxşı olacaq. Çünki futbolçular başa düşür ki, baş məşqçi onlardan nə istəyir. Həmin istəkləri maksimum dərəcədə yerinə yetirsək, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edə bilərik. Bu matçlar Millətlər Liqasına hazırlıqdır. Həmin turnirdə rəqiblər bizə qarşı bu tempdə oynayacaqlar. Əks hücumlara üstünlük verəcəklər. Yoldaşlıq oyunlarında da nəticə qazanmaq lazımdır. Rəsmi oyunlara təcrübəli çıxmalıyıq. Əsas oyunlarda səhv etməməliyik.
Sənin fikrincə yeni futbolçular özlərini necə göstərdilər? Hər hansı bir futbolçu diqqətini cəlb etdi?
- Milli komandaya çağırılan futbolçuların hər biri ölkə çempionatında yaxşı çıxış edirlər. Onların haqqında mənfi fikir söyləyə bilmərəm. Hər birinə uğurlar arzulayıram. İnanıram ki, gələcək oyunlarda komandaya daha çox köməklik göstərəcəklər.
Qol epizodu necə oldu?
- Həmin epizodda bəxtimiz gətirmədi. İlk hissənin sonlarına qapımızda qol gördük. Oyunun gedişatını dəyişmək istəyirdik. İkinci hissənin əvvəlində qol epizodu oldu. O imkandan yararlana bilsəydik, matç daha fərqli olacaqdı. Əsas odur ki, belə oyunlardan nəticə çıxardaq. Bu oyun da bizim üçün təcrübədir. Qarşıdakı görüşlərdə diqqətli olmalıyıq ki, belə səhvlər etməyək.
Azərbaycan milli komandası iki yoxlama oyunu oynayıb. Həmin oyunlardakı nəticələri nəzərə alsaq, Millətlər Liqasındakı şanslarınızı necə dəyərləndirirsən?
- Nəticə hər zaman önəmlidir. Rəsmi oyunlarla yoxlama matçlarının arasında tamam başqa fərq var. Oyunçular rəsmi oyunlarda daha da məsuliyyətli olurlar. Sentyabra kimi vaxtımız var. Hər bir futbolçu həm klubunda, həm də millidə maksimum dərəcədə çalışmalıdır ki, Millətlər Liqasında yaxşı nəticə əldə edək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |