"Rəşad Sadıqovun etdiklərini təkrarlamağa çalışacam" - MÜSAHİBƏ
"Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadənin müsahibəsini təqdim edirik:
- Antalyada 2 həftəlik təlim-məşq toplanışınız oldu. Hazırlıq prosesini necə dəyərləndirirsən?
- Təlim-məşq toplanışımız yaxşı keçdi. Bizim üçün hər bir şərait yaradılmışdı. Məşqlərimiz bir az ağır oldu. Bu da fiziki yüklənmələrlə bağlı idi. Hazırda hər şey qaydasındadır.
- Klublarla yanaşı, Antalyada milli komandanın da toplanışı oldu. Bir çoxları Bəxtiyar Həsənalızadənin yığmanın düşərgəsində olacağını gözləyirdi. Ancaq Qurban Qurbanov ilk toplanışa səni dəvət etmədi. Bunu necə qarşıladın?
- Açığı, elə də təəccüblənmədim. Düzdür, hər bir futbolçu kimi mən də milliyə çağırılmaq istəyirdim. Amma dəvət almamışamsa, böyük problem deyil. Çüni Qurban müəllim özü də deyib ki, gələn toplanışda hər şey dəyişə bilər. Çempionat oyunları mənim üçün fürsətdir. Özümü yaxşı tərəfdən göstərməyə çalaşacam ki, milliyə dəvət alım.
- “Anji” ilə yoxlama oyununuzu Qurban Qurbanov da izlədi. Bu, sizə nə dərəcədə motivasiya verdi?
- Kənardan da görünürdü ki, uşaqlar hamısı xüsusi motivasiya ilə oynadılar. Bəlkə də əvvəlki matçlarda heç belə oynanamışdıq. Hər bir futbolçu milli komandada oynamaq istəyir. Qurban Qurbanov yığmanın baş məşqçisidir. Hamı özünü göstərməyə çalışırdı.
- Bir ara haqqında belə fikir formalaşmışdı ki, Azərbaycanın yeni Rəşad Sadıqovu olacaqsan. Ümumiyyətlə, sən özündə həmin potensialı görürsən?
- Bu, adi müqayisədir. Rəşad Sadıqovun milli komanda, “Qarabağ” üçün etdikləri göz qabağındadır. Azərbaycan futbolu üçün çox iş görüb. Futbol barəsində Rəşad Sadıqovun səviyyəsinə çatmağıma çox var.
Üzərimdə maksimum dərəcədə işləməliyəm. Bu cür müqayisə mənim üçün olduqca xoşdur. Amma özümü kiməsə bənzətmirəm. Onunla müqayisə olunmaq mənə əlavə motivasiya verir. Çalışıram ki, etimadları doğruldub, özümü sübut edim. Mən Rəşad Sadıqovun etdiyinin hələ 30 faizini etməmişəm. Amma əlimdən gələni edəcəm. Mənim əsas karyeram hələ qabaqdadır. Milli komandaya düşmək əsas hədəfimdir. Rəşad Sadıqovun etdiklərini təkrarlamağa çalışacam. (qol.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |