Robert Prosineçki: "Bəxtim gətirib ki..." - MÜSAHİBƏ
Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib:
- İstirahət edə bilirsizmi?
- İşsiz qalanda əvvəlcə istirahətdən zövq alırsan, ailə ilə daha çox vaxt keçirirsən. Ancaq enerjini bərpa etdikdən sonra yenidən işləmək istəyirsən.
- Azərbaycan yığmasında işlədiyiniz üçün təəssüflənirsizmi?
- Xeyr. Orda 3 əla il keçirdim. Azərbaycan yığmasındakı fəaliyyətimi həyatımın ən xoş anlarından biri kimi xatırlayacam. Gözəl şəhər, iş üçün əla şərait və yaxşı nəticə. Mənim heç bir problemim yox idi. Sadəcə, bu komanda ilə yeni addım ata bilməyəcəyimi və irəliləmək lazım olduğunu hiss etdim. Məni asan yerdə işləyib, pul qazanmaq heç vaxt maraqlandırmayıb.
- Oktyabrda Sloveniya yığması ilə danışıq apardığınızı bilirik. Hələ də bu posta namizədlərdən biri olduğunuzu düşünürsüz?
- Mən daha Sloveniya yığmasının baş məşqçisi olmağa namizəd deyiləm. Düzdü, danışıqlar oldu, amma davamı gəlmədi.
- Sloveniya millisi sizin üçün yaxşı çağırış idi?
- Sloveniya yığması reputasiyası və keyfiyyəti olan ciddi komandadı. Bu ölkədə son illərdə basketbol və həndbol sahəsində böyük addımlar atılıb. Futbolda da çox iddialıdılar. Təbii ki, orda çalışmaqda maraqlı idim. Ancaq bu məsələ keçmişdə qaldı.
- Bəs fəaliyyətinizi Bosniya və Herseqovina yığmasında davam etdirmək şansınız nə qədərdi?
- Təxminən 1 ay əvvəl onlarla Zaqrebdə görüşüb, danışdıq. Amma mənə konkret cavab vermədilər. Niyə? Səbəbini onlardan soruşmalısınız. Bosniya yığması təkcə mən yox, bütün məşqçilər üçün yaxşı çağırışdı. Axı bu millinin heyətində əla klublarda oynayan futbolçular çıxış edirlər.
- Adınız müxtəlif vaxtlarda bir neçə klubla da birgə hallandı. Siz hansını üstün tutursuz: iddialı klub, yoxsa yığma?
- Fərqli iki işdən söhbət gedir. Bəxtim gətirib ki, hər ikisini yaşamışam. Konkret seçim etməzdim. Mən məşqçi işləmək istəyirəm. Klub və ya yığma olmasının fərqi yoxdu. Əsas odu ki, həmin komanda yüksək keyfiyyətli və maksimum iddialı olsun. Ambisiya hədəfə çatmaq üçün vacib amildi.
- Amma razılaşın ki, belə bir komanda tapmaq heç də asan deyil...
- Bilirəm. Buna görə də tələsmək istəmirəm. Əgər real təklif varsa, bundan dərhal xəbər tutaram və gözləyərəm. Elə bir yerdə işləmək istəyirəm ki, özümü məşqçi kimi sübut edim. Buna görə də, məni yalnız ambisiyalı layihələr maraqlandırır. Nəticə həmişə yeganə etalon sayılıb. Ardıcıl 2-3 məğlubiyyətdən sonra qəhrəman sayılan məşqçi gördünüzmü? Bizim işimiz belədi.
- Azərbaycan yığması tələb etdiyiniz futbolu oynaya bilirdi?
- Aydın məsələdi ki, Azərbaycan millisinə “Barselona”nın göstərdiyi futbolu oynada bilməzsiniz. Təbii ki, buna köklənirdim. Amma elə incə məqamlar var ki, bunu heç kim edə bilməz. Mən nəticəyə köklənmək və komandamın arzuladığım səviyyədə oynamasını istəyirəm. Bunun üçün isə keyfiyyətli, məşqçinin istəklərini yerinə yetirə biləcək futbolçular lazımdı. Məhz bu səbəbdən yüksək səviyyəli komandaya getmək istəyirəm.
- Azərbaycan yığmasında çalışdığınız vaxt sizdə sanki adrenalin çatışmırdı...
- Məşqçinin üzərində həmişə təzyiq olur. Təbii ki, bu, işlədiyin klubun və yığmanın səviyyəsindən asılı olaraq, dəyişir. Təzyiq məşqçinin işinə təsir edir. Kimsə bundan “sınır”, kimsə daha da həvəslənir, kimsə də özünü sübut etmək üçün mübarizə aparır. Azərbaycanda hər şey əla idi. Amma orda döyüş keyfiyyətləri daha üstündü və siz futbolla bağlı vəziyyəti dəyişə bilmirsiz.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |