Dani Kintana: "Bizdə elə oyunçular var ki, müharibə zamanı evlərini və ailə üzvlərini itiriblər" - MÜSAHİBƏ
"Qarabağ” klubunun futbolçusu Dani Kintana İspaniyanın “Pasion Futbol” nəşrinin suallarını cavablandırıb. Stadium.Az 30 yaşlı yarımmüdafiəçinin öz həmyerlilərinə geniş müsahibəsini təqdim edir:
- Necə oldu ki, “Qarabağ”a keçdiniz?
- Səudiyyə Ərəbistanında qısa müddət çıxış etdikdən sonra “Qarabağ”a gəldim. Əvvəlcə çətin idi, çünki 6 ay oynaya bilməzdim. FİFA bir futbolçunun il ərzində 3 fərqli klubda oynamasına icazə vermir. Lakin məşqçilərin və komanda yoldaşlarımın dəstəyi ilə həmin dövrü arxada qoydum.
- Klubu necə xarakterizə edərdiniz?
- Çox peşəkar klubdur. Yüksək səviyyəli infrastruktur və mütəxəssislər var. Məqsəd dəqiqdir - ən yüksək səviyyədə rəqabət aparmaq.
- Fərqli mədəniyyətə tamamilə uyğunlaşa bilmisiniz?
- Daha əvvəl Səudiyyə Ərəbistanında olduğum üçün uyğunlaşma asan oldu. Üstəlik, çox açıq və tez ünsiyyət quran adamam. Ona görə də hər zaman uyğunlaşma asan olub.
- İlk illər necə keçdi?
- İlk mövsümdə bombardir oldum və həm Premyer Liqada, həm də Azərbaycan kubokunda qalib olduq. Növbəti mövsümdə isə qarışıq hisslər yaşadım. “Qarabağ” yenə eyni qrafiklə mükafatlar əldə etsə də, ağır zədə aldım. Hazırda da zədəliyəm.
- “Qarabağ”ın 24 ildir təmsil etdiyi şəhərdə oynaya bilməməsi öz mənfi təsirini göstərir?
- Bütün ölkə avrokuboklarda “Qarabağ”a azarkeşlik edir. Hamı Azərbaycanın, xüsusən Qarabağın adının Avropada təmsil olunmasına çox sevinir. Qoy insanlar bilsinlər ki, bu regionda müharibə şəraiti hökm sürür.
- Ağdama getmək və klubun əvvəlki stadionunu ziyarət etmək imkanınız var?
- Xeyr, elə bir imkan yoxdur. Fikrimcə, hazırda ora çox təhlükəlidir və buna görə məsləhət görülmür.
- Orada baş verənlər xatırlanır?
- Əlbəttə. Bizdə elə oyunçular var ki, müharibə zamanı evlərini və ailə üzvlərini itiriblər. Onlar bizə yalnız özümüzdən ötrü deyil, bütün xalq üçün oynadığımızı xatırladırlar.
- Komandanın Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanması ölkədə necə qarşılandı?
- Klub uzun illərdə ciddi bir nailiyyət əldə etmək üçün çalışırdı. Əlbəttə, bu, çətin tapşırıq idi. Lakin sonda ağır iş qrupa yüksəlməyimizlə mükafatlandırıldı. İnsanlar Azərbaycanın adının ÇL-də olacağından çox sevincli və qürurludurlar.
- Bəs, qrupdakı rəqiblər necədir: Nisbətən zəif komandalar istəyirdiniz?
- Top-komandalarla oynamaq təcrübəsindən bəhrələnməliyik. Oyunların çətin keçəcəyi aydındır. Lakin biz mübarizə aparacaq və müsbət imic formalaşdırmağa çalışacağıq.
- Digər ölkələrlə müqayisədə, Azərbaycan Premyer Liqasının səviyyəsi necədir?
- Çempionatda 8 komanda var, 4 dövrəli sistemlə oynayırıq. Bu, yeganə mənfi cəhətdir. Texniki cəhətdən səviyyə çoxlarını təəcübləndirə bilər. Çünki başqa klublar da avrokuboklarda müntəzəm çıxış edirlər.
- 2008-ci ildən “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov barədə nə deyə bilərsiniz?
- Dəqiq ideyaları olan və futbolçuları yaxşı tanıyan məşqçidir. Daha əvvəl onun kimi oyunçular arasında bu qədər rəğbəti olan və tarazılığı qoruyan mütəxəssis görməmişdim. Onu əsəbiləşən və ya məşqçi skamiyasından qışqıran yerdə görmək çətin məsələdir. Hesab edirəm ki, Qurban Qurbanov və komandası uğura layiqdir. Buna uzun müddətdir gördükləri iş və sədaqətli xidmətləri ilə nail olublar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |