Rəşad Sadıqov: "Bizim üçün çətin dövr olacaq" - MÜSAHİBƏ
“Qəbələ” ilə oyunda qələbə qazanan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Əsas rəqibinizlə dueldən qalib ayrıldınız. Oyunla bağlı nələri qeyd etmək istərdiniz?
- Oyun çox gərgin və ağır keçdi. Komandamız sona qədər mübarizə apardı və qələbə qazandı.
- Ölkə başçısı “Qarabağ”ı qəbul edən zaman sizə dedi ki, istəyirəm karyeranı davam etdirəsən, həm klubunda həm də millidə çıxış edəsən. Bununla bağlı nə deyə bilərsiniz?
- Dövlət başçısının haqqımda dediyi sözlər çox xoş oldu. Həmin anda keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Ondan eşitdiyim sözləri milyonlara dəyişmərəm. Bir daha minnətdarlığımı bildirirəm. Çempionlar Liqasının qrup mərhələsindən sonra bəlkə də bu haqda düşünəcəkdim. Sanki fikrimi oxumuşdu, cənab prezident. Belə bir anda bu cür sözlər deməsi çox xoş oldu. Baxaq, görək necə olacaq. Əlimdən gələni edəcəm.
- Siz həm də “Qarabağ”ın U-19 komandasının baş məşqçisi kimi Gənclər Liqasında mübarizə aparacaqsınız. Hər iki qrupla bağlı fikrinizi bilmək maraqlı olardı..
- Çox maraqlı vəziyyət yaranıb. Yayda nə qədər işlədiyimi heç kim bilmir. Ötənilki heyətdən cəmi 3 futbolçu komandaya kömək edəcək. Transfer çalışmalarına diqqət yetirdik. “Neftçi” və “İnter” rəhbərliyinə bir neçə futbolçunun keçidinə şərait yaratdığına görə təşəkkür edirəm. Heyətə legioner də dəvət etməyi düşünürük. İstəyirik ki, yaxşı çıxış edək. İş elə gətirdi ki, 3 ildi keçirilən bu yarışın iki dəfə qalibi olmuş “Çelsi” ilə başlayacağıq. Uşaqlar üçün yaxşı təcrübə olacaq. Əksəriyyəti millimizin üzvüdü. İki atdan sonra onlar da seçmə mərhələdə çıxış edəcəklər. “Qarabağ”ı yaxşı təmsil etmək üçün çalışacağıq. Qaldı əsas komandanın yer aldığı qrupa, bizim üçün bayram olacaq. Başqa qrupa da düşə bilərdik. Amma 3 böyük klubla bir qrupda yer almağımız Qarabağımızı tanıtmaq üçün, ölkəmizdən danışılması üçün gözəl imkandı. Qrup mərhələsinə düşməyimizi elə də şişirtmirik. Neçə ildi buna doğru irəliəyirdik. Bu gün də meydanda 90 dəqiqə mübarizə aparan komanda gördünüz. O cür oyundan sonra bugünkü matça köklənmək asan deyildi. Bəzi futbolçular dincəldi, bir qismimiz millinin düşərgəsinə gedəcəyik. Millinin də 2 dənə vacib oyunu var. Bundan sonra Çempionlar Liqası haqda düşünəcəyik.
- “Qarabağ”ın heyətindən 9 futbolçu milliyə yollanacaq. ÇL-nin qrupuna düşməyiniz əlavə stimul verəcəkmi?
- Heyətimizdə təkcə öz millimizə deyil, başqa milli komandalara yollanacaq futbolçular da var. Ona görə də bizim üçün çətin dövr olacaq. İstirahət üçün vaxtımız olmayacaq. Buna baxmayaraq. əlimizdən gələni edəcəyik ki, “Çelsi” ilə oyuna yaxşı hazırlaşaq.
- Azarkeş sizi tribunaya dəvət edib nə dedi?
- “Qəbələ”nin azarkeşi idi. Dedi ki, sizi Çempionlar Liqasında sona qədər dəstəkləyəcəyik, azarkeşlik edəcəyik. Mən də təşəkkürümü bildirdim. Əsas rəqibimizin azarkeşindən bunu eşitmək çox xoş idi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |