Rauf Əliyev: "Qurban müəllim oyuna üç gün qalmış kimin əsas heyətdə yer alacağını demir"
“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin müsahibəsi: - “Qarabağ”ın son iki qarşılaşmasında əsas heyətdə yox idin. Bunu nə ilə əlaqələndirirsən? - Bir görüşdə meydana çıxmasam da, ikinci qarşılaşmada meydana ikinci hissədə daxil olmuşam. Sonuncu səfər oyununda hesab bizi qane etdiyi üçün meydana çıxmağıma lüzum olmadı. Birdə ki futbolçu çempionat oyunlarının hamısında müntəzəm iştirak edə bilməz. Baş məşqçimiz Qurban Qurbanov hər dəfə yenilik etmək istəyir. Bu məşqçi qərarı olduğu üçün bunu normal qarşılayıram. - Ola bilərmi ki, bir neçə görüşdə əlverişli qol imkanını boşa verdiyinə görə baş məşqçinin qəzəbinə tuş gəlmisən? - Deməzdim ki, belədir. Sadəcə, oyun zamanı əgər hücumçu qol şanslarından maksimum yararlana bilmirsə, onda məşqçi bir az dəyişiklik etmək haqda düşünür. Bəlkə də Qurban müəllim də belə etmək qərarına gəlib. Bu da normal bir şeydir. - Bu barədə baş məşqçiniz Qurban Qurbanovla söhbətiniz olub? Sənə deməyib ki, formada deyilsən və bu üzdən belə qərar vermişəm? - Yox, heç bir danışığımız olmayıb. Nə də aramızda bir problem var. Ancaq formada olmamaq və qol vurmamaq ayrı şeydir. Mən özümün yaxşı formada olduğumu düşünürəm. Sadəcə, üç oyundur ki, ələ düşən qol imkanlardan istifadə edə bilməmişəm. Düşünürəm ki, belə bir halla hər bir futbolçu rastlaşa bilər. - Sənin yoxluğunda Bəxtiyar Soltanov əsas heyətdə özünü yaxşı tərəfdən göstərir. Komandanın əsas heyətində yerini itirəcəyin səni narahat etmir? - Heç bir problem yoxdur. Bəxtiyar, ya mən, hansımızın qol vurmağının fərqi yoxdur. Əsas odur ki, “Qarabağ” qalib olsun. Ampluası hücumçu olduğu üçün onun da işi qol vurmaqdı. Bəxtiyarı Azərbaycanda ən yaxşı futbolçulardan biri hesab edirəm. Meydana çıxdığı zaman özünü doğrultmağı bacarır. Elə komanda Avroliqada çıxış edən zaman da özünü göstərməyi bacardı. - Premyer Liqa çərçivəsində qarşıda sizi “Xəzər Lənkəran”la səfər matçı gözləyir. - Lənkərandakı görüşdə qazanacağımız yaxşı nəticə bizi yuxarı pillələrə daşıyacaq. Həmin qarşılaşmanın bizim üçün çox vacib olduğunu söyləyə bilərəm. Əgər həmin oyunda qələbə qazana bilsək, turnir cədvəlində irəliləməklə yanaşı yerimizi də, möhkəmlədəcəyik. Rəqibdə baş məşqçi dəyişikliyinə baxmayaraq, güclü müqavimətlə rastlaşacağımızı düşünürəm. Buna misal olaraq “Qəbələ” klubunda məşqçi dəyişikliyini nümunə göstərmək olar. Ən azı “Xəzər Lənkəran”ın yeni baş məşqçisi özünü doğrultmağa çalışacaq. Cüneyt Biçər vaxti ilə “Bakı” klubunda çalışarkən özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Bütün bunlara baxmayaraq, qələbə qazanacağımıza əminəm. - “Xəzər Lənkəran”la matçda səni meydanda görə biləcəyik? - Qurban müəllim oyuna üç gün qalmış kimin əsas heyətdə yer alacağını demir. Heyət son keçirdiyimiz məşqdən sonra bəlli olur. Oynayıb-oynamayacağım barəsində hələ heç nə bilmirəm. Sadəcə, bir şeyi bilirəm ki, mənə bu qarşılaşmada şans verilsə, komandamın qələbə qazanması üçün əlimdən gələni etməyə çalışacağam. - Keçən mövsüm “Xəzər Lənkəran”la iki qarşılaşmada fərqlənmişdin. Deməli, cənublulara qarşı oyunun alınır? - Bəli, onlara qarşı oyunum çox yaxşı alınıb. Deməzdim ki, onlarla oyuna xüsusi olaraq hazırlaşmışdım. Ancaq böyük oyunlara əlbəttə, komanda şəklinə xüsusi hazırlaşırıq. Bu da xüsusən qarşılaşmaya daha yaxşı motivasiya olmağımıza kömək edir. Xüsusən, Lənkərandakı atmosferdə oynamaq çox xoş olur. - Dünən oktyabr və noyabr aylarının ən yaxşı futbolçu nominasiyasında Uinston Parks və Flavinyo mükafatlandırıldılar. Səncə, onlar bu mükafata layiq idilər? - Bu haqda heç nə demək istəmirəm. Seçiblərsə, yəqin ki, düzgün qərardı. Sadəcə olaraq, onları təbrik edirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |