"Spartak"ın futbolçusu: "Məni Azərbaycan millisinə dəvət edirlər" - MÜSAHİBƏ
"Spartak"ın azərbaycanlı futbolçusu Ayaz Quliyev rusiya mətbuatına müsahibə verib. Stadium.Az müsahibəni təqdim edir.
- "Spartak"da qalmaq şansın vardı?
- Bəli. Qalmağımı istəyirdilər. Amma başa düşürdüm ki, icarəyə getsəm, meydana çıxmaq imkanım daha çox olacaq. Buna görə rəhbərlikdən məni buraxmağı xahiş etdim.
- Baş məşqçi ilə danışdın?
- Bu işi əsasən agentim gördü. Komandanın məşq toplanışına aparıldım. Lakin müntəzəm oynamağa arxayın deyildim. Məni nə gözlədiyini dəqiq bilmək istədim. Ötən yaz "Anji"də stabil meydana çıxırdım. Ona görə məhz bu klubu seçdim.
- Agentinlə çoxdan tanışsan?
- Akademiyada oxuduğum vaxtlardan. Mənə çox köməyi dəyir. Agentim deyir ki, fikrimi ancaq futbola cəmləşdirim və inkişaf edim. Çatışmayan tərəflərimi düzəltməyə çalışır, peşəkar mütəxəsislərdən məsləhət alır.
- Mahaçqalada boş vaxtlarında nə edirsən?
- Vaxtım çox olanda Qroznıya gedirəm. Burda da dostlarım çoxdur. Onlarla görüşürəm. Xüsusi bir şey etmirəm.
- Deyirlər ki, "Spartak"ın sahibi Leonid Fedun klubun yetirmələrinə isti yanaşır...
- Elədir. Fedun klubun inkişafına böyük sərmayə qoydu, gözəl akademiya tikdirdi. Yəqin ki, "Spartak" yetirmələrinin klubda qalmasını istəyir.
- İlk məvacibini nəyə xərcləmisən?
- Sözün düzü, xatırlamıram. Mənim xərclərim stabildir. Az qismini özümə saxlayır, qalanını valideynlərimə göndərirəm.
- Şəxsi avtomobil almısan?
- "Infiniti" markalı maşınım var. Qələbələr qazansaq, yenisi barədə düşünərəm.
- Gecə klubları futbol həyatına mane olmur?
- Klubda heç vaxt olmamışam. Məsələ futbolda deyil. Ümumiyyətlə elə yerlərə getmirəm. Ora çirkab içindədir.
- Bəs, harda dincəlirsən?
- Yaxın adamlarla görüşmək, oturub söhbətləşmək mənə kifayət edir.
- 19 yaşadək futbolçular arasında 2015-ci ildə keçirilən Avropa çempionatında gümüş medala sahib çıxdız. Bunu karyeranda ən yaddaqalan an hesab edirsən?
- Yəqin ki, hə. Güclü rəqiblərə qarşı oynadıq. Təəssüf ki, finalda ispanlara qalib gəlmək mümkün olmadı. Onlara qrup mərhələsində qalib gəlmişdik. Bu məğlubiyyətdən nəticə çıxarıb həlledici görüşdə fərqli oynadılar.
- Konkret olaraq, nəyi dəyişmişdilər?
- Zona müdafiəsinə üstünlük verdiyimizi sezmişdilər. Finalda topa daha çox nəzarət edib hücuma çıxmaqda tələsmədilər. Gec-tez müdafiədə boşluq tapmaq üçün gözlədilər. 90 dəqiqə qaçmaq və heç yerdə boş zona buraxmamaq qeyri-mümkündür. Üstəlik ispanlar texnikalı idi, topla rəftarları sürətli idi. İmkan düşən kimi kəskin ötürmələr verib təhlükəli epizodlar yaradırdılar. İlk oyunda isə hər şey başqa cür olmuşdu. Topa az nəzarət edirdilər, müdafiə arxasına ötürmələr verməyə çalışırdılar. Bunu gözləyirdik deyə topa asanlıqla sahib çıxırdıq.
- Qrup mərhələsində İspaniya üzərindəki qələbədən sonra ləzginka oynadın...
- Həmin vaxt rəqs etmək istəmirdim. Uşaqlar avtobusda musiqi qoşdular. Məni yola gətirə bilmirdilər. Şeydayevdən yapışdılar. O da məni göstərdi. İmtina etmək düzgün çıxmazdı.
- Azərbaycan millisində oynamaq imkanın var. Bununla bağlı sənlə danışıblar?
- Çox əlaqə saxlayıb dəvət ediblər. İndinin özündə də çağırırlar. Hələlik cavab vermirəm. Hazırda əsas məsələ Premyer Liqada oynamaq və əsas heyətdə möhkəmlənməkdir. Gələcəyə baxarıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |