Elxan Abdullayev: "Bu məğlubiyyəti yubileylə əlaqələndirmək lazım deyil" - MÜSAHİBƏ
Bu
gün Azərbaycn Premyer Liqasının 24-cü turunun oyununda “Neftçi” səfərdə “Sumqayıt”a
2:0 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın
baş məşqçisi Elxan Abdullayev qarşılaşma
barədə belə danışıb:
- Rəqibi təbrik edirəm. "Sumqayıt" bizim
etməli olduğumuzu etdi. Hələ mövsüm başa çatmayıb. Sonadək vuruşacağıq.
- "Neftçi"nin
80 illik yubileyində adınızın tarixə qara hərflərlə düşəcəyindən
ehtiyatlanmırsınız?
- Bu məğlubiyyəti yubileylə
əlaqələndirmək lazım deyil. "Mançester
Yunayted"in də 100 ildən çox yaşı var. Amma "Lester" gəlib
çempion olub. Bu, faktdır. Ən pis baş məşqçi də sayıla bilərəm, ən yaxşı da.
Yenə çalışacağam. Necə alınacağına azarkeşlər və siz qiymət verəcəksiniz. Mən
komandanı birinci pillədən götürməmişəm ki... Mən qaçmıram, heç nədən də
qorxmuram. Özüm cavab verəcəyəm.
- Oyun gedə-gedə
azarkeşlə polemikaya girmişdiniz...
- Azarkeşi sakitləşdirirdim. Deyirdim ki,
qoy, futboldayıq, oyunumuza nəzarət edək. Oyundan sonra nə qədər istəsəniz, danışarıq.
- Oyun başa çatdıqdan
sonra azarkeşlər futbolçuları çağırdılar. Siz ora niyə getmək istəmədiniz?
- Orada nə tələb olunacağını bilirəm. Ona
görə də getmək artıq idi.
- Nəticədən başqa sizi nə qane etmədi?
- Gücü bölüşdürmək lazımdır. Bu gün 0:0 hesablı heç-heçə bizə heç
nə vermirdi. Ona görə də var gücümüzlə hücuma atıldıq. "Qarabağ"la
oyunda statistika bizim tərəfdə idi. Axırda 0:2 hesabı ilə uduzduq. Bu gün də
statistika eyni idi. Problemləri bilirəm. Aradan qaldırılmasına vaxt lazımdır.
Bir məşhur boksçu hamını udur, axırda kimsə onu nokauta salır. Hamı gözləyir
ki, bir daha nə vaxt ayılacaq. Mən də bu komandanı quyudan qaldırıram.
"Neftçi" yaxşı vəziyyətdə deyildi ki?! Bu komanda hələ
yarımfabrikatdır. Məndən sonra "Neftçi"yə kim gələcəksə, ona vaxt
lazımdır. Kaxaber Sxadadze və Qurban Qurbanova vaxt verilib, onlar özlərini
doğruldublar.
- Cavid İmamverdiyevin
çıxışından razı qaldınız?
- İmamverdiyev yaxşı oynamaq üçün onun mövqeyində ən azı iki yerli
oyunçu olmalıdır. Deyirlər ki, "Qarabağ" bizə qarşı 11 yerli futbolçu
ilə oynadı. Amma gəlin görək, onların oyunçusu ilə bizimkilər eyni maaşı
alırmı? Cavid ən yaxşı yerli oyunçulardan idi. Amma özü özünü bu vəziyyətə
saldı. Səbəbi onun özündən soruşun. Uduzandan komanda şəklində uduzuruq. Bu gün
Maksim Vaylo 2 səhv etdi. Günahı onun üzərinə yıxaq?
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |