Böyükağa Hacıyev: "Mən millidə olsam, Nizamini dəvət edərəm" - MÜSAHİBƏ
Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin müsahibəsi:
- Millimizi Almaniya ilə oyun gözləyir. Robert Prosineçkinin heyətə cəlb etdiyi futbolçular barədə nə söyləyə bilərsiz?
- Robert Prosineçkinin müsbət cəhətləri var, qorxaq məşqçi deyil. Almaniyanın gücü hamıya məlumdu, ağır komandadı. Yoahim Löv kimi məşqçiləri var. Amma istənilən komanda ilə oynamaq mümkündür. Heç-heçə də bizə sərf edir. İnanıram ki, Robert Prosineçki bu oyunda öz sözünü deyəcək.
- İnanırsız ki, Azərbaycan millisi Almaniya ilə heç-heçə edə biləcək?
- Bəli, inanıram.
- Bir çoxları hesab edir ki, Almaniya Azərbaycanı darmadağın edəcək...
- Onu kim deyir? Mən də deyirəm ki, böyük hesab olmayacaq. Azərbaycan – Almaniya görüşündə darmadağın olmayacaq. Öz fikirlərimi bildirirəm.
- 4 oyundan sonra 7 xal toplamışıq. Seçmə mərhələni neçə xalla başa vura bilərik?
- Fikrimcə, 12-13 xal toplaya bilərik.
- Klublarında yaxşı oyun nümayiş etdirən Nizami Hacıyev, Coşqun Diniyev və digər futbolçular milliyə dəvət almırlar. Prosineçki bildirib ki, Nizami mənim futbol fəlsəfəmə uyğun gəlmir. Siz bu haqda nə söyləyə bilərsiz?
- Futbolda belə hallar var, səhv demir. Bütün futbolçular məşqçinin sevimlisi ola bilməz. Bəli, mən də oxumuşdum. Elə futbolçu var ki, hamı onu sevir, amma mən bəyənmirəm. Robert Prosineçkini qınamayın.
- Söhbət Prosineçkinin Nizami Hacıyevi sevib-sevməməyindən getmir. Hazırda yaxşı formada olan oyunçular qıraqda qalıb. Nizami “İnter”i çiynində danışır. Sizcə, Nizami haqq etmir millini?
- Mən millidə olsam, Nizamini dəvət edərəm. Çünki Nizami mənim futbol fəlsəfəmə uyğundu. Yəqin ki, Prosineçkinin fəlsəfəsinə uyğun gəlmir.
- 8 komandalı çempionat haqda nə söyləyə bilərsiz?
- Azərbaycan çempionatı sönüb. 4-5 il əvvəlki vaxta fikriniz getməsin.
- Çempionat maraqlı deyil?
- Çempionatın "bir qram" da marağı yoxdu. Çünki Azərbaycanda futbol sönüb.
- İndiki “Neftçi”ni bəyənirsiz?
- Xeyr! “Neftçi”nin 5-ci pillədə olması xoşagələn hal deyil. Mənim dövrümdəki “Neftçi” ilə indikini heç müqayisə etmək olmaz. Bir tərəfdən Flavinyo və Araz Abdullayev, irəlidə Kanales, arxa xəttdə Mitreski və Bertuççi kimi futbolçular var idi.
- İndi Uqo Barqas, Herrera, Zdenek Folprext kimi legionerlər var...
- Mən yüksək səviyyəli legionerləri nəzərdə tuturam. Bu kimi oyunçulara bərabər olan yerli futbolçularımız var.
- Hazırda sizə təkliflər var?
- Xeyr, gözləyirik.
- İran və Rusiyadan təkliflərin olduğu yazılırdı...
- İranda vəziyyət Azərbaycandakından da pisdi. Digər təklifləri də gözləyirik.
Sportal
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |