Rövnəq Abdullayev: "Bu, dünyada yalnız 2 ölkə - İngiltərə və Azərbaycanda var" - MÜSAHİBƏ
AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İcraiyyə Komitəsində futbolumuz üçün mühüm məsələlər barədə danışıldı. Danışılmış oyunlarla bağlı müzakirələr getdi. UEFA-da bütün oyunlar izlənilir. Premyer Liqamızla bağlı heç bir şübhə olmayıb. I divizionda isə belə şübhələr oldu. Bütün epizodlara baxıb, İntizam Komitəsinə tövsiyə etdik ki, bu gün radikal qərarlar qəbul edilsin. Bu, cinayətdi. Danışılmış oyunları həyata keçirənləri cinayət məsuliyyətinə cəlb edəcəyik. Əks halda, futbol biabırçılığa çevriləcək. Bu, mənə çox pis təsir etdi. Azərbaycanda belə hadisələrin kökünü kəsmək lazımdı. Bilirsiz ki, İslam Həmrəyliyi Oyunlarında U-23 yığmamız iştirak edəcək, komandanın baş məşqçisi Yaşar Vahabzadə olacaq.
“İnter” klubunda müvəqqəti idarəçiliyi AFFA öz üzərinə götürüb. Klubun gələcək aqibəti müzakirə olundu. Bununla bağlı bankdan təminat aldıq. Mövsümün sonuna qədər “İnter”i AFFA idarə edəcək. Ondan sonra bir qərar qəbul edəcəyik. Yeni sponsorun cəlb olunması ilə bağlı danışıqlar gedir. Keçmiş futbolçulara təqaüd verilməsi məsələsini də müzakirə etdik. Keçmiş oyunçuların, futbola zəhmət çəkənlərin əməyi qiymətləndirilməlidi. Bu, dünyada yalnız 2 ölkə - İngiltərə və Azərbaycanda var. Çalışacağıq ki, bu ənənəni davam etdirək. Bir neçə tanınmış futbolçuya AFFA təqaüd ödəyəcək.
- Gəncə stadionunun durumu ürəkaçan deyil. Hər şeyi AFFA üzərinə götürürsə, klubun Müşahidə Şurasının öhdəliyi nədi?
- Müşahidə Şurası klubun idarəetməsini həyata keçirir, pul vermir. Əvvəllər bir nəfərin qərarı ilə klublarda qərar verilirdi. Artıq heç bir klubda bir nəfərin qərarı dominant olmur. Gələn maliyyənin şəffaf şəkildə xərclənməsi üçün Müşahidə Şurası lazımdı. Artıq bununla bağlı nəticələrimiz var. Maliyyə şəffaflığı yavaş-yavaş klublara da keçib. İclasda Gəncə stadionunun durumu da müzakirə olundu. Mövsüm bitəndən sona stadiona yeni ot örtüyü döşənəcək. Nəzərdə tutulub ki, ən azı 10-12 stadion yeni, müasir standartlara cavab verən ot örtüyü ilə təmin olunsun.
- Ötən konfranslarda demişdiniz ki, çempionatdakı komandaların sayı artırılmalıdı. Amma “İnter”ə də artıq AFFA baxır. Komandaların sayının artırılması ilə bağlı nə kimi tədbir görəcəksiniz?
- Keçən il demişdim ki, növbəti mövsümdə 10 komanda iştirak etsin. Əsas lisenziya məsələsidi. Klublar lisenziya məsələlərini həll etməlidilər. Bunun üzərində işləyirik. “İnter”in gələcək taleyi sponsor və bazasından asılı olacaq. Əgər bazası bank tərəfindən başqa bir sahə üçün istifadə olunacaqsa, o klub üçün başqa baza qura bilmərik. Bununla yanaşı, sponsor məsələsi də həll edilməlidi. I diviziondan Premyer Liqaya istənilən klub çıxa bilər. Əsas odu ki, bazası və lisenziyası olsun. I divizion AFFA-nın köməkliyi ilə keçirilir. Bir neçə komandadan bizə pis nəticələr gəlir. Biz istəyirik ki, Premyer Liqa və I divizionu Azərbaycanın bütün regionlarına bölək. Region komandaları fəaliyyətlərini dayandırdı. Çalışırıq ki, bölgə komandalarına dəstək olaq.
- İslam Həmrəyliyi Oyunlarında 8 komanda iştirak edəcək. AFFA rəhbəri kimi futbolçuları həvəsləndirmək üçün nəsə edəcəksizmi?
- Onun üçün bəyanat lazımdı? Hər futbolçunun arzusudu ki, çempion olsun. Hamı bilir ki, AFFA qələbələrə biganə qalmır. Biz millidən yaxşı oyun göstərməyi tələb edəcəyik. Günahın 50 faizi idmançılardadısa, qalanı dəstəyin az olmasındadı. Azarkeş olanda idmançının məsuliyyəti artır. İslam Həmrəyliyi Oyunlarında insanlar stadionlara gəlib, milliyə dəstək olmalıdılar.
- Klublara sponsorların cəlb olunması məsələsində SOCAR-a güc düşür.Düşünmürsüz ki, bu məsələni dövlət səviyyəsində həll etmək daha yaxşı olar?
- SOCAR xarici şirkətdi ki? Elə adamlar tanıyıram ki, nəyi varsa, illərdi futbola qoyur. Cənab prezident SOCAR-a futbola dəstək olmağı tapşırıb. Bu da bir dövlət dəstəyidi.
- Millidə Dağıstandan gələn futbolçular çıxış edir. Uşaq komandalarında vəziyyəti düzəltmək üçün hansı tədbirləri görməyi planlaşdırırsız?
Elxan Məmmədov: Düzdü, hərdən 3-4 komanda oyuna gəlmir, texniki məğlubiyyət alır. Bəzən məşqçi məsuliyyətsizlik edir, bir neçə oyunçu gəlmir. Buna görə də, texniki məğlubiyyət verilir. Bəzi bölgələrdə regional turnirlər keçiririk. Hal-hazırda Təhsil Nazirliyi ilə birgə böyük layihə həyata keçiririk.
- Futbol və cüdonu müqayisə etsək, hansı sahə sizin üzünüzü ağardır?
- Ən ağır futboldu. 1 dəfə uduzanda, küsüb getmək olmaz. Futbol mənim həyatımdı. Bir dəqiqəlik sevinc 10 illik əziyyətə bərabərdi. Məsuliyyətsiz adam üçün hər sahə çətindi. Amma məsuliyyətli insan üçün fərqi yoxdu. Futbol daha böyük əmək tələb edir. Azərbaycanın hər şəhərində, rayonunda yarışlar təşkil etmək asan deyil. AFFA kollektivinə buna görə minnətdaram. Ən yaralı yerimiz azarkeşlərdi. İngiltərə və digər ölkələrə baxanda paxıllığımız tutur. Biz nə qədər çalışsaq da, stadionlara azarkeş gətirə bilmirik. Klub rəhbərləri azarkeş gətirməyə çalışmalıdılar. Mən “Neftçi”də çalışanda deyirdim ki, əsas azarkeş toplamaqdı. Boş stadionda futbolçu oynamaq istəmir, potensialının 20 faizini göstərir. Tamaşaçısız hansı aktyor özünü göstərə bilər? İctimai qınaq yoxdu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |