Qurban Qurbanov: "Kiməsə xoş gəlsin deyə iş görmürük" - MÜSAHİBƏ
Bu gün Azərbaycan Premyer Liqasının 20-ci
turunun oyununda “Qarabağ” doğma meydanda “İnter”ə 0:1 hesabıyla məğlub oldu.
Stadium.Az xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban
Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Yaxşı oyuna görə “İnter”i təbrik edirəm.
Futbolçularımız çox əziyyət çəkdilər. Top itkilərimiz çox oldu.
Futbolçularımızın üzərinə getmək olmaz. Bəzi oyunçularımızın idman formasını
daha da yaxşılaşdırmalıyıq. Oyunların sayı azalır. İradlarımızı da oyunçulara
bildirəcəyik.
- Son
vaxtlarda sanki komandada nəsə çatmır? O nəsə Kintananın yoxluğu ola bilər?
- Son vaxtlar tam heyət əldə edə bilmirik. Bu
gün Dani olmasa da, Maksim oynamadı. Ağabala oyunda tam oynamadı. Gəncədəki
oyundan sonra zədəsi vardı. 3 gün idi məşq edir. Ndlovunun xidmətindən məhrumuq.
Heyətlə bağlı ciddi problemlərimiz var. Müdafiədə problem olanda aradan
qaldırmaq olur. Amma hücum xəttində çatışmazlıq olanda bunu sığortalamaq çətindir.
İnşAllah yaxın vaxtlarda bular qaydasına düşər.
- Azarkeşlər
sanki Rşada irad bildirirdilər?
- O məqamı görmədim. Sanki mənə qışqırırdılar.
Azarkeşlərin haqqına girə bilmərik. Biz ailəyik. Hər kəslə səmimi olmağa
çalışmışıq. Dərk etməliyik ki, problem hardan başlayır. Əsas odur bundan nəticə
çıxardaq. Biz bu komandanın adını bilirik və işimizə məsuliyyətlə yanaşırıq.
Bir yenilgi olan kimi isə içəridə olan narazılıqlar üzə çıxır.
Bu gün dünya futbolunda ən böyük klublar
transferdə problem yaşayır. Böyük məşqçilər, klublar 4-5 qol buraxaraq məğlub
olurlar. Çalışan tək biz deyilik. Hər kəs işləyir, oyunun düzəltmək, nəticə
vermək istəyirlər. Narazılıq mənə idi, bunu da normal qarşılayıram. Bunu öz
aramızda həll etsək daha yaxşı olar. Burada azarkeşimiz olmayanları sevindirmək
lazım deyil.
- Bu nəticə
gözlənilməz idi?
- Hər oyun gözləyirik. Bu il bu komandanı məğlub
edə bilməmişik. Oyunlarını əks hücumda qurmuşdular. Hər oyunda xal itirməyimizi
göz önünə gətiririk.
- Gəncədəki
oyunun nəticəsi futbolçularınıza bəlli olmasa nəticə fərqli ola bilərdi?
- Xeyir. Biz belə düşünmürük. Oyun bitməmişdi,
biz bu qarşılaşmaya hazırlaşırdıq.
-
Armenteros Hollandiyada yaxşı çıxış edir. Son turda səfərdə “Ayaks”a da qol
vurdu...
- Armenteros bura gələndən onda problemlər
oldu. Gedənlərin yaxşı çıxış etməsi özü göstərir ki, biz səhv etməmişik. Bizdə
futbol daha çətindi. Orda daha sərbəstdirlər. Futbola bir iş kimi baxırlar. Hollandiyada
isə tam fərqlidir. Bizdə isə daha çox nəticə tələb edilir. Onlar burada
sıxılırlar.
- Şəhidlər
Xiyabanına futbolçular getməmişdi. Bu, söz-söhbətə səbəb oldu...
- Biz hər il bunu qeyd edirik. Klubun
vitse-prezidenti Tahir bəylə bazada birlikdə tədbirimiz olur. Tahir bəy hətta
yarım saat Azərbaycan, yarım saat da İngilis dilində Xocalı faciəsiylə bağlı futbolçulara
məlumat verilir. Biz xoşlamırıq ki, bir yerə gedəndə şəkil çəkib bunu nümayiş
etdirək. Hər şeyi Allah görür.
- Olmazdı
ki, futbolçuların hamısı getsin?
- Biz kiməsə xoş gəlsin deyə iş görmürük. Biz
indi demək istəmirik ki, bu klub rəhbərliyi nə qədər məcburi köçkünə yardım
edir, hər zaman onların yanındadır.
- Almeyda
artıq Azərbaycan millisində oynayacaq...
- Bəli, artıq razılıq əldə edilib. Məncə milli üçün xeyirli olacaq. Ona artıq azərbaycanlı kimi baxırıq. Mentaliteti qəbul edib. Hər halda, məşqçilər oturub düşünüblər, faydalı olacağın düşünüb deyə milliyə dəvət ediblər. İnanıram ki, milliyə kömək edəcək və düşünürəm ki, pis fikir deyil.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |