"Azərbaycan milli komandasında oynamaq şansım yaransa, məmnuniyyətlə oynayaram" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olacaq. Stadium.Az xəbər verir ki, matçdan öncə Ağdam klubunun futbolçusu Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb:
- Qarşıdan “Qəbələ” ilə çətin səfər oyunu gəlir. Amma bu matçdan öncə bir çoxları hakimliklə bağlı danışır. Bu, sizdə təəssüf hissi doğururmu?
- Hər bir insan kimi, hakimlər də yanlış və ya doğru qərarlar verə bilərlər. Yaxşı olar ki, hər kəs öz işi ilə məşğul olsun. Biz də futbolçu olaraq öz məşqlərimizi edək, oyunumuzu oynayaq. Belə şeylərdən təsirlənməməliyik. “Qəbələ” tərəfi də bu kimi şeylərə fikir verməməlidir. Onlar böyük komandadır və yaxşı məşqçiləri, yaxşı oyunçuları var. Əsas odur ki, bizim qarşılaşmamız yüksək səviyyədə keçsin və hamı tərəfindən bəyənilən, izlənilən bir matç olsun.
- “Qəbələ” Avroliqada təcrübəsi olan güclü klublarımızdan biridir. Bu matçda daha çox çətinlik çəkəcəklərinizi düşünürsüzmü? Ümumiyyətlə, oyuna hazırsızmı?
- Başqa rəqiblərə qarşı necə hazırlaşırıqsa, “Qəbələ”yə qarşı da eyni ciddiyyətlə, eyni peşəkarlıqla hazırlaşırıq. Çünki bizim baş məşqçimizin bizdən tələbi odur ki, heç bir rəqib arasında fərq qoymayaq. Bu səbəbdən bütün rəqiblərə eyni gözlə baxırıq və eyni ciddiyyətlə hazırlaşırıq.
- Bu görüşü çempionluq yolunda həlledici hesab etmək olarmı?
- Bu oyuna ölüm-dirim mübarizəsi kimi baxmıram, amma vacib oyun olduğunu bilirəm. Futbolda hər şey mümkündür. Qalib gəlsək də, məğlub olsaq da qarşıda çox oyunlar var və bütün oyunların yekununda hər şey müəyyənləşəcək.
- Millimizdə oynamaq üçün AFFA-dan rəsmi müraciət edibmi? Ümumiyyətlə, bu məsələ nə yerdədir?
- Daha əvvəl dediyim kimi, əgər Azərbaycan milli komandasında oynamaq şansım yaransa, məmnuniyyətlə oynayaram. Çünki, demək olar ki, Azərbaycan mənim ikinci vətənimdir. Artıq 5 ilə yaxındır ki, burada yaşayıram. Braziliyadan çıxdıqdan sonra, sadəcə, iki il Avropada yaşamışam. Ondan sonrakı müddətdə isə burada olmuşam. Ona görə də istəyərəm ki, Azərbaycan millisində forma geyinim. Amma hələ rəsmi olaraq heç nə yoxdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |