Miçel: "Bu mövzuda fikir bildirmək istəmirəm" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının XVI turunda “Zirə”ni qəbul edən “Qarabağ” növbəti qələbəsini qazanıb. Stadium.Az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Markos Madera – Miçel jurnalistlərin suallarını cavablandırıb.
- Qələbə şərhinizi eşitmək istərdik...
- Bu matç da digər oyunlarımız kimi çətin keçdi. Məqsəd qələbə qazanmaq, turnir cədvəlindəki liderliyimizi davam etdirmək idi, biz də bunu bacardıq. Biz sözlə, vacib qələbə qazandıq.
- Dani Kintananın yoxluğu hiss olunurdumu?
- Hər bir futbolçunun yoxluğu özünü göstərir. Kintana indi zədəsini müalicə etdirməklə məşğuldu və qısa vaxtda yenidən sıralarımıza qoşulmaq haqda düşünür. Bu kimi mənfi situasiyalar haqda fikirləşib, diqqətimizi yayındırmamalıyıq. Əlimizdə olanlardan maksimum yararlanmalıyıq.
- “Qəbələ”dən başqa, demək olar, müqavimət göstərən komanda yoxdu. Digər rəqibləri zəiflər sırasına daxil edirsinizmi?
- “Qəbələ” yaxşı futbolçulardan qurulmuş komandadı. AZAL-la oyunumuzu da gördünüz. Asan keçmədi. “Zirə” ilə qarşılaşma da bu qəbildəndi. Yəni çempionatda asan keçən oyunlar yoxdu.
- “Zirə” ilə “Qarabağ”ın qardaşlaşmış komanda olduğu və bu matçın gözlənildiyi kimi komandanızın qələbəsi ilə başa çatacağı proqnozlaşdırılırdı. Bu haqda nə deyə bilərsiz?
- Sualınız mənə təəccüblü gəldi. Çünki meydanda oyunun heç də asan keçmədiyini və hər bir rəqibin qələbə qazanmağa çalışdığını görürsünüz. Hər şey göz qabağındadı və meydanda baş verir.
- Qış fasiləsindən sonra hakim səhvləri əsasən “Qarabağ”ın lehinə olur. Necə düşünürsüz, komandanızın buna ehtiyacı varmı?
- Hakimlərin işinə qarışmaq, bu mövzuda fikir bildirmək istəmirəm. Onların işi də asan deyil. Bəzən verdikləri qərarlar kiminsə xoşuna gəlir, lehinə olur. Bu, onların işidi.
- “Qəbələ” ilə oyununuz olacaq. Ən yaxın izləyicinizlə matç həlledici ola bilər?
- “Qəbələ”dən əvvəl Gəncədə “Kəpəz”lə çətin matçımız olacaq. “Qəbələ” ilə matçın həlledici olacağına inanmıram. Çünki ondan sonra da xeyli oynumuz qalır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |