Rəşad Sadıqov: "Əgər həmin oyunda mərhələ adlamasaydıq, komandada böyük çoküş yaranacaqdı" - MÜSAHİBƏ
İdman Araşdırmalar Mərkəzi tərəfindən ilin ən yaxşı yerli futbolçusu seçilən "Qarabağ" və milli komandamızın kapitanı Rəşad Sadıqov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb:
- Bu il mənim üçün uğurlu oldu. Çempion olduq, kuboku qazandıq, Avropa Liqasının qrup mərhələsində mübarizə apardıq və milli komanda ilə DÇ-2018-in seçmə mərhələsində 7 xal topladıq. Düşünürəm ki, 2016-cı il mənim karyeramın ən uğrulu illərindən biri oldu. Bu ada bir neçə futbolçu layiq idi. Mənə səs verən, məni bu yerə layiq bilən insanlara təşəkkür edirəm. Hər bir idmançı istəyər ki, uğur əldə etsin. 34 yaşımda bu mükatafa layiq görülmək çox sevindirici haldır. Qurban Qurbanovun və Robert Prosineçkinin mənim üzərimdə çox böyük əməyi var.Etibar edirlər, güvənirlər. Bu, mənim üçün ən vacib amillərdən biridir.
- Səsvermədə kimə səs verdiniz?
- Çox futbolçular oldu. Məsələn, Qara Qarayev, Maksim Medvedev, Kamran Ağayev və Rəşad Sadiqov birinciliyə layiq futbolçulardı.
- Sənin fikrincə dünyanın ən yaxşı futbolçusu kimdi?
- Zövqdən hər şey asılıdır. Fikir ayrılığı da ondan irəli gəlir. Son dönəmlər Ronaldoya daha çox azarkeşlik edirəm. Uğurlar əldə etməsinə baxmayaraq, doymur, işinə davam edir. Sırf futbolçu kimi götürsək, Messini daha üstün tuturam. Ancaq son dönəmlərdə Ronaldo daha istəklidi. Onun uğurlar əldə etməsi boşuna deyil. Futbolçu kimi götürsəm, Messi daha yaxşı futbolçudu.
- İlin futbolçusu seçildin, millidə və klubunda uğurlar əldə etdin və azarkeşlərin hörmətini qazandın. Bütün bunları nəzərə alsaq, Rəşad Sadıqov günü-gündən cavanlaşır, yoxsa?
- Çox xoş haldı. Ağlıma gəlməzdi ki, 34 yaşımda ilin futbolçusu seçilərəm. Ardıcıl 5 dəfə ilin futbolçusu seçilmək çox önəmlidi. Ancaq bu dəfə ilin futbolçusu olacağımı gözləmirdim.
- Sənin üçün ilin ən unudulmaz anı hansıdır?
- Norveçlə oyun ilin ən kritik anlarından biri idi. “Hötbeborq”la oyun da unudulmazdı. Əgər həmin oyunda mərhələ adlamasaydıq, komandada böyük çoküş yaranacaqdı. Bu oyunlar mənim üçün ilin ən vacib oyunları idi.
- Çempionatın ikinci dövrəsi haqda nə deyə bilərsən? Nəzərə almaq lazımdır ki, sizi ən yaxın izləyicinizlə cəmi 1 xal ayırır...
- İlin son turunda qarşımızda çətin rəqib var idi. “İnter” “Qarabağ” və “Qəbələ”yə qarşı bu il keçirdiyi oyunlarda məğlub olmayıb. “İnter”lə matçda xeyli qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Bəzən elə oyunlar olur ki, qalib gəlirsən, amma oyundan həzz ala bilmirsən. “İnter”lə matçda xal itirsək də, oyundan sonra hamı razı idi. Mən xoşbəxtəm ki, meydanda yaxşı mübarizə getdi. Ağır oyunları nəzərə alsaq, qışa çempion kimi yollanmaq bizim üçün yaxşı nəticədi. Təbii ki, bizi yaxşı mübarizə gözləyəcək. Kim güclüdüsə, çempion olsun.
- Cari mövsümün ən ideal heyətini açıqlaya bilərsən?
- Çətin sualdı. Bu barədə heç düşünməmişdim. Cavab vermək üçün bir qədər düşünmək lazımdı.
- Milllimizin uğurlu çıxışının davamı növbəti ildə də gələ biləcək?
- Əlimizdən gələni edəcəyik.Şimali İrlandiya ilə oyun bizim üçün final olacaq. O oyundan xal götürə bilsək, davamını da gətirəcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |