Araz Abdullayev: "Çox yorulmuşdum, nə etdiyimi bilmirdim" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində öz meydanında “İnter”i məğlub (2:1) edən "Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Görüşdən öncə qələbə qazanacağınıza inanırdınız?
- Təbii ki. Düzdü, neçə turdu qələbəyə həsrət idik. Üstəlik, doğma meydanda çıxış edirdik. Bu səbəbdən qələbəyə səfərbər olmuşduq. Rəqib güclüdü, yaxşı mübarizə apardı, amma qələbəni biz daha çox istəyirdik. "İnter"in də qol vurmaq üçün imkanları oldu, istifadə edə bilmədilər. Biz isə bunu bacardıq. Azarkeşlərimizi təbrik edirəm.
- Təbrik etdiyiniz azarkeşlər ünvanınıza təhqirlər səsləndirirdi. Bu amil 90 dəqiqə ərzində sizi narahat etmirdi?
- Düzdü, hər nə qədər fikir verməsəm belə, təsir edir. Mən oyuna köklənməyə çalışırdım. Komandaya xeyir vermək üçün əlimdən gələni edirəm.
- Əvəzlənən zaman vitse-kapitanın Cavid İmamverdiyev olduğunu bilə-bilə, niyə kapitan sarğısını Mahir Şükürova uzatdınız?
- Çox yorulmuşdum, nə etdiyimi bilmirdim.
- Bu qələbənin azarkeşlərin yenidən stadiona qayıtmasına köməyi dəyəcəkmi?
- Heyətimizdə problemlər var. Amma maksimum xal toplamaq üçün əlimizdən gələni edirik. Yəqin ki, qış fasiləsi zamanı daha yaxşı olacaq.
- Təkrardan aydın görünür ki, hakim penalti təyin etməklə yanlış qərar verib. Həmin epizod barədə siz nə deyə bilərsiniz?
- Hakimlər özlərini həmişə haqlı sayırlar. Belə qərar verilibsə, deməli, haqlıdırlar. Onların qərarını müzakirə etmək istəmirəm.
- Penaltinin düzgün qərar olmadığını bilsəydiniz, dəqiq zərbə vurmazdınız?
- Bəlkə kənara da vurardım, problem deyil.
- Uduzduğunuz görüşdən sonra “mix-zona”ya gəlmirsiz. Jurnalistlərlə probleminiz var?
- Uduzmağı qəbul edə bilmirəm. Çalışdığım qədər komandamın qələbə qazanmasına çalışıram. Gəlməməyimin jurnalistlərlə bağlılığı yoxdu.
- Olmazmı, azarkeşlərlə ayrıca görüşüb, söhbət edəsiniz?
- Onlar bazaya gəlirlər, dəfələrlə görüşmüşük də. Orda xoş sözlər deyirlər. Amma oyunda fərqli şüar səsləndirirlər. Çalışıram oyunuma təsir etməsin. Peşəkar futbolçuyam, gedib kənarda kiminləsə söhbət etməyi özümə yaraşdırmıram. Münaqişə lazım deyil. Hər zaman bazadayıq. Nə sözləri olursa, gəlirlər, danışırıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |