Prosineçki: "Millidə yeni futbolçu görəcəksiniz" - MÜSAHİBƏ
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Avropa Liqasının qrup mərhələsində IV turun "Qəbələ” – "Saint-Etienne” oyununundan sonra jurnalistlərə müsahibə verib:
- Oyundan əvvəl Cavid Hüseynovla görüşdünüz. Sirr deyilsə, nə danışdınız?
- Bəli, Cavidlə stadionun qarşısında görüşdüm. Hal-əhval tutdum, özünü necə hiss etdiyini xəbər aldım. Vəziyyətini bilmək istəyirdim. Çox söhbət edə bilməsək də, özünü yaxşı hiss etdiyini dedi. Şadam ki, onun üçün çətin keçən günlər arxada qaldı, indi azaddı, komanda ilə birgə məşqlər edir.
- Necə gördünüz Cavidi – artıq çəkisi, psixoloji durumu yerindədimi?
- Xarici görünüşü yaxşıdır. Artıq komandasında məşq edir, oyunlara çıxır. Cəmi 1-2 dəqiqə söhbət etmək imkanımız oldu. Ona görə psixoloji durumu haqda bir söz deyə bilməyəcəm. "Sumqayıt”a, "Neftçi”yə qarşı oyunlarda iştirak edib. Əgər fiziki, eləcə də, psixoloji baxımdan problemi olsaydı, baş məşqçi onu oyunlara buraxmazdı. Məncə, hər şey qaydasındadır.
- Cavidi formasını tam bərpa etdikdən sonra gələcəkdə millidə görə bilərikmi?
- Niyə də yox? Millinin qapıları hər bir futbolçunun üzünə açıqdı. Formasını bərpa etsə, onu milliyə dəvət edəcəm.
- Gələn həftə milli Şimali İrlandiyaya qarşı oynayacaq. Heyətdə yeni ada rast gəlmək mümkündümü?
- Çempionatın oyunlarını mütəmadi izləyirik. Kimlər hazırdı, dəvət edəcəyik. Heyəti sabah (bu gün-red) açıqlayacam. Bir yeni futbolçu görəcəksiniz. Söhbət "Bursaspor”da çıxış edən Deniz Yılmazdan gedir. O, ilk dəfə milliyə dəvət ediləcək. Bu gün ölkə xaricində böyük klublardan birinin formasını geyinən azsaylı futbolçularımızdandı. Qalanları tanıdığınız futbolçulardır.
- Bu yaxınlarda dövlət başçısı millinin çıxışı haqda xoş sözlər söylədi və bunda sizin böyük əməyinizin olduğu vurğulandı. Bu sizdə həyəcan yaratmır?
- Bura gəlməkdə məqsədim Azərbaycan futbolunu kömək etmək, mümkün qədər inkişaf etdirməkdi. Seçmə mərhələ başlayanda bizim belə nəticə əldə edəcəyimizi heç kim gözləmirdi, əksinə, gülürdülər. Şükürlər olsun ki, ilk oyundakı nəticələrimiz yaxşıdı. Şadam ki, dövlət başçısı da komandanın bu uğurunu vurğuladı, əməyimizi qiymətləndirdi. Bunlar hamısı xoş anlar idi. Təbii ki, bütün diqqətimizi Şimali İrlandiya ilə oyuna yönəltmişik. Hər bir oyuna məsuliyyətlə yanaşırıq, ancaq yaxşı nəticələr qazanmaq haqda düşünürük. Şimali İrlandiya ilə oyun asan keçməyəcək. Rəqibin əksər futbolçuları İngiltərə Premyer Liqasının ortabab klublarında çıxış edir. Bakıya yaxşı nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik.
- Bizim kimi komandalar bu cür uğurlu startın ardınca üzləşəcəyi bir məğlubiyyətlə enişə başlayır. Bu baxımdan, nə düşünürsüz, hansı tədbirləri görürsünüz?
- Futboldu, uda da bilərsən, uduza da. Çalışmışıq ki, yaxşı nəticə qazanaq. Amma məğlubiyyətin qarşısını almaq üçün xüsusi tədbir gördüyümü desəm, yanlış olar. Futbol elə idman oyunudu ki, necə olacağını əvvəlcədən bilmirsən.
- "Qəbələ” – "Saint-Etienne” oyununun gedişi haqda nə deyə bilərsiniz?
- "Qəbələ” birinci hissədə Avropa Liqasında ən yaxşı oyununu keçirdi. Komanda qol da vurdu. Amma fasilə ərəfəsində qapıçının səhvi üstünlüyün əldən getməsinə səbəb oldu. Halbuki fasiləyə öndə getsəydilər, yekun fərqli ola bilərdi.
- "Qarabağ”ın pley-off mərhələsinə vəsiqə qazanmaq şansı realdırmı?
- "Qəbələ”nin durumu ortadadı. Onlar artıq mübarizəni dayandırıb. Amma "Qarabağ”ın şansı realdı. Bunun üçün PAOK səfərindən qələbə ilə dönməlidi (müsahibə oyundan əvvəl alınıb-red). Fikrimcə, "Qarabağ” PAOK-la oyunda uduzmayacaq. Sonra səfərdə "Slovan”, doğma meydanda isə "Fiorentina” ilə oyunları qalır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |