Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Qurban Qurbanov: "Daha uğurlu nəticə əldə etmək üçün həmişə dəyişiklik olmalıdır"
04.11.2016 | 6418 dəfə oxunub
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda PAOK-la keçirilmiş Avropa Liqasının IV turunun oyunundan sonra təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk olaraq "Qarabağ" camiəsini təbrik edirəm. Çətin oyun oldu. Asan qələbə olduğunu deməzdim. Gərgin matç keçdi. Bu cür atmosferdə yaxşı çıxış etdilər, soyuqqanlı oldular və düşündüyümüz oyunu qurdular. Düşünürəm ki, çox yaxşı komandaya qalib gələrək qrupdan çıxmaq şanslarımızı yaxşılaşdırdıq.
- Oyunun dönüş nöqtəsi Miçelin meydana girməsi oldu. O ana qədər olan vəziyyəti izah edirdiniz...
- Bəzən əvəzetmələr uğurlu alınır. Belə hallar çox olur. Oyunun gedişatında hansısa dəiyşikliyin olmasına ehtiyac duyursan. Rahid Əmirquliyev çox iş gördü. Rəqibin sol cinahı çox güclü idi. Həmin ərazidə Maksim, Rahid, Dani və Qara çox düzgün oynadı və bir-birini tamamladı. Neçə gündür bunun üzərində çalışırdıq. Hiss etdik ki, topla daha tez davranmağa ehtiyac var. Miçel bizim təcrübəli oyunçularımızdan biridir. Qol vurmasa da, tapşırığı yerinə yetirməyə çalışır. Hər bir oyunçudan razı qaldım.
- Qələbədən sonr a"Qarabağ"ın mərhələ adlamaq şansını necə dəyərləndirirsiniz?
- Hər bir uğurlu oyundan sonra məsuliyyət daha da artır. Digər rəqiblər bizə qarşı daha ciddi yanaşır və ciddi hazırlaşır. Bu qələbə işimizi asanlaşdırdığı qədər çətinləşdirib. Qarşıda həm "Slovan", həm də "Fiorentina"ya qarşı keçirəcəyik. PAOK-un şansı da yaxşıdır. Çünki onlar "Slovan"la evdə, biz isə "Fiorentina" ilə səfərdə oynayırıq. Şansları 50/50-yə dəyərləndirirəm.
- PAOK-un "Qarabağ"a yaşatdığı ən çətin anlar hansı idi?
- Çətinlik həm Bakıda, həm də burada oldu. Ən əsas sağ və sol cinah müdafiəçiləri hücuma sürətlə çıxırdı. Bəzi anlarda meydanın mərkəzini boş buraxırdıq və bu da bizə çətinlik yaradırdı. Bir də PAOK standar vəziyyətlərdən, küncdən zərbələrdən təhlükəlidir. Rəqibin bu oyununu çox izləmişdik və küncdən zərbələrin təhlükəli olduğunu bilirdik. Həm Bakıda, həm də buradakı oyun ağır oldu.
- "Qarabağ" "Viktoriya" ilə oyundan sonra çox dəyişib. Bu fikirlə razısınız?
- Daha uğurlu nəticə əldə etmək üçün həmişə dəyişiklik olmalıdır və öz üzərimizdə işləməliyik. Mən "Viktoriya" ilə oyundan razı qalmışdım. Baxmayaraq ki, həmin oyunun sonunda qol buraxdıq və Çempionlar Liqasına gedə bilmədik. Həmin vaxt komandalar pik formada olmur. Amma zamanla hər kəs öz oyununu göstərir. Bundan sonra da dəyişiklik edib, ən azından bu çıxışı saxlamaq lazımdır.
- PAOK-un zəif tərəfi hansı idi ki, onlardan istifadə etdiniz?
- Hər bir rəqibə hörmətlə yanaşırıq və bu səbəbdən zəif tərəfini söyləyə bilmərəm. Bir neçə üstün cəhətləri vardı və bunun qarşısını ala bilmərik. Bu komanda haqda yalnız xoş sözlər deyə bilərəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |