Aleksey Qay: "Bu, azərbaycanlılar üçün normal, mənim üçün vəhşilik kimi görünürdü"
“Qəbələ”nin sabiq yarımmüdafiəçisi Aleksey Qay klubdan ayrılmasının səbəbləri və Azərbaycan haqda ölkəsinin mətbuatına müsahibə verib.
- Vəziyyət o yerə çatdı ki, artıq mən özlüyümdə dedim ki, “Qəbələ”də qalmayacağam. Mənim təkliflərimə də baxılmadı. Kluba qarşı hər hansı incikliyim yoxdur. Əksinə “Qəbələ”yə görə başqa bir ölkədə yaşadım. Yeniliklər gördüm. Azərbaycanda iki maraqlı mövsüm keçirdim.
- Azərbaycanda sizi təəccübləndirən nə idi?
- Bu sualı mənə yerli jurnalistlər də vermişdi. Yerli insanlar ölkələri barədə kənar adamların dediklərindən inciyirlər. Məsələn, mən onların maşın sürmələri barədə fikir səsləndirmişdim. Demişdim ki, bir sürücü 20-30 metr sonra yolu dönmək üçüb hərəkət qaydasını pozub sənin qarşına çıxa bilər. Bu, onlar üçün normal, mənim üçün vəhşilik kimi görünürdü. Sonra müsahibəmə mətbuat və internetdəki şərhlərdən onların incidiyini gördüm. Azərbaycanlılar kənar adamların fikirlərini ürəklərinə tez salırlar.
- Bəs, Bakı sizdə hansı təəssüratı oyatdı?
- Bu şəhər həm müasirdir, həm də tarixi. Bundan başqa, Bakı Şərqlə Qərbi özündə birləşdirib. Bakıda olmayan insanlara mütləq bu şəhərə getməyi tövsiyə edirəm. Şəhərin rəhbərliyi barəsində də hörmətlə onu deyim ki, onlar son illər Bakıya möhtəşəm gözəllik vermək üçün çox iş görüblər.
Digər postsovet ölkələrində olduğu kimi, maliyyə böhranı Azərbaycana da təsir etdi və nəticədə klubların büdcəsi azaldıldı. Ona görə də ölkə futbolunun öncülləri son illər zəif çıxış edirlər. “Neftçi” və “İnter” zəifləyib. “Qarabağ” və “Qəbələ” isə aparıcı klub mövqeyinə çıxıblar. Onların maliyyə vəziyyəti sabitdir. “Qəbələ”nin gənc və iddialı rəhbəri var. O, komandasını yüksək yerlərdə görmək istəyir. Bunun üçün də kluba Roman Qriqorçuku dəvət edib. Onun rəhbərliyi altında komanda dalbadal ikinci ildi Avroliqanın qrupunda oynayır.
- Sizi “Qəbələ”yə Roman Qriqorçuk dəvət etmişdi?
- Hə. Ukraynada vəziyyət yaxşı deyildi. “Çernomorets”in yaşaması üçün ümid yox idi. Buna görə də Roman Qriqorçuk özünə yeni iş yeri axtarırdı. O demişdi ki, gedəcəyi kluba məni də özüylə aparacaq. Ona görə də internetdə Qriqorçukun hansı komandaya gedəcəyi barədə xəbərləri izləyirdim. Və bir gün onun “Qəbələ”yə getdiyini öyrəndim. Tezliklə zəng vurub məni komandasına dəvət etdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |