Qurban Qurbanov: "Çox vacib qələbə qazandıq" - MÜSAHİBƏ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov PAOK-la oyundan sonra (2:0) keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox vacib qələbə qazandıq. “Fiorentina” məğlubiyyətindən sonra üzərimizdə stress çox idi. Futbolçular sonadək mübarizə apardılar. Hər birindən razı qaldım. Yaxşı komandaya qarşı oynadıq. Uzun zamandır PAOK məğlub olmurdu. Bizim üçün vacib olan onların statistikası yox, qələbə qazanmaq idi, bunu da bacardıq. Cavab oyunundan çox şey asılı olacaq. Yaxşı hazırlaşmalıyıq. Azərkeşlərimizə də təşəkkür edirəm. Bizə yaxşı dəstək oldular. “Qəbələ”yə də uğurlar arzu edirəm. Tez buraxsaz, gedib onların oyununa baxacam.
- İkinci hissədə “Qarabağ”ın oyunu daha yaxşı alındı. Fasilədə hansı tapşırıqları verdiz?
- Hansı tapşırığı verdiyimi deyə bilmərəm. Bəzi dəyişikliklər etdik. İlk hissədə rəqib futbolçular bizim oyunçulara qarşı çox sıx oynayırdılar. Buna görə oyunumuz istədiyimiz kimi alınmırdı. Əvvəlcədən tapşırmışdım ki, səhvlərimiz az olsun. PAOK səhvlərdən rəqabətlə istifadə edən komandadır. Futbolçuların səhvləri olsa da, sonradan bunları aradan qaldıra bildilər.
- Gözlədiyiniz PAOK-u görə bildiz?
- Bunu daha əvvəl deməmişdim. Mən 5 gün əvvəl PAOK-un oyununu Yunanıstanda canlı izləmişdim. Çox yaxşı komanda olduqlarını bilirdim. Rəqibi yaxşı analiz etmişdik.
- Ehtiyat oyunçular skamyasında mərkəz müdafiəçisi yox idi. Bu riskli deyildi?
- Hər zaman istəyirik ki, heyətimiz geniş olsun. Əgər lazım olsa idi, Maksimi o mövqedə oynada bilərdim. Qara Qarayev də bəzi matçlarda mərkəz müdafiəçisi kimi oynayıb. Çox şükür ki, belə bir vəziyyət yaranmadı və buna ehtiyac olmadı.
- Reynaldo zədəli olmasaydı, Ndlovunu ehtiyatda saxlayacaqdız?
- Bu elə oyundur ki, kim daha yaxşı hazırdırsa, onu da meydana buraxacaqdım. Dino öz üzərində çox çalışır. Bu gün əsas heyətdə oynamağa layiqdir.
- Sizin Yunanıstana gəlməyiniz bizə təəccüblü gəldi. Bəs PAOK rəhbərliyinin xəbəri var idi?
- Bəli, rəhbərliyin xəbəri var idi. Yaxşı qarşılamışdılar. Onlara da təşəkkür edirəm.
- Sizə elə gəlmir ki, Mahir Mədətov böyük oyunlar üçün hələ hazır deyil?
- Bilmirəm kənardan necə görünür, amma mən Mahirdən tam razı qaldım. Bu gün hücumda bizə çox kömək oldu, oyunun sürətini artıra bildi. Düzdü, demirəm ki, Mahirdə hər şey idealdı, amma üzərində çalışır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |