Roman Qriqorçuk: "Buna problem kimi yanaşmıram" - MÜSAHİBƏ
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Sent-Etyen"lə qarşılaşacaq "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan qabaq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyundan öncə matçın keçiriləcəyi stadionda məşq edə bilməmək sizin üçün problem olmayacaq?
- Mən bunu problem adlandırmazdım. Bu barədə qərar verən adamlar futbolun xeyrinə hərəkət ediblər. Əgər bu gün meydança buna hazır deyilsə, biz bunu anlayışla qarşılayırıq. Əsas olan odu ki, sabah hər iki komanda üçün ideal meydan olsun. Ancaq əlbəttə ki, stadionda məşq etmək istəyirdik.
- Qrupda mübarizəni davam etdirmək üçün son şans hesab olunan bu matça özünüzü hazır hiss edirsizmi?
- Strateji olaraq başa düşürük ki, əgər qrupdan çıxmaq istəyiriksə, sabah mütləq 3 xal qazanmalıyıq. Təkcə sabah deyil. Bu oyun sadəcə başlanğıcdı. Ancaq biz bütün diqqətimizi buna yönəltməməliyik. Düşünürəm ki, belə olan halda bizim üçün əlavə təzyiq yarana bilər. Biz hər bir halda sadəcə futbol oynamaq istəyirik. Mənim düşüncəmə görə, ancaq bu şəkildə sistemli çalışma ilə nəticə əldə eləmək olar. Biz heç bir halda oyun stilimizi, taktikamızı dəyişmirik.
- Zədəli olduğu üçün oyunda iştirak etməyəcək oyunçular var...
- Bizim oynaya biləcək çox az oyunçumuz var. Mənim özümə də bu çox maraqlıdı. Maraq burdadı ki, sabah biz bu qədər güclü bir rəqib qarşısına bir neçə yeni oyunçu ilə çıxacağıq. Hansı ki, onların oyun praktikası çox azdı. Qaldı ki, qol vurmağa, biz komandanın yarısı olmadan oynayacağıq.
- Əsas hücumçunuz Dabo da oynamayacaq. Bu yəqin ki, çox böyük problemdi...
- Mən bayaq da dedim. Buna problem kimi yanaşmıram. Sadəcə düşündükcə gülümsəyirəm ki, niyə belə şeylər bizim başımıza gəldi. Bizim onsuz da heyətimiz kasad idi. Üstəlik sabah Dabo, Nika Kvekveskiri, Rəşad Sadiqov və Elvin Camalov oynaya bilməyəcək. Bizim tam heyətimiz belə “Sent-Etyen”, “Maynts” və ya “Anderlext”lə mübarizə aparmaq üçün yetərli deyil. Üstəlik bunlar da olmayacaq. Bilirik ki, çətin olacaq. Ancaq buna görə, əlavə yüklənməyə, gərginləşməyə gərək yoxdu. Təbəssümlə baxırıq hər şeyə. Mən özüm də maraqla gözləyirəm ki, sabah meydana çıxacaq yeni oyunçular özlərini necə göstərəcəklər.
- Kapitan meydanda olmayacaq. Komandanı meydana kim çıxaracaq?
- Biz düşünürük ki, sabah (Birlikdə mətbuat konfransında iştirak etdikləri Bezotosnıdan kapitanlığı istəyib-istəmədiyini soruşur. Razılıq alır) kapitan Bezotosnı olacaq. O, bir neçə oyuna kapitan kimi çıxa bilərdi, ancaq sarğı taxmağı sevmir, deyir ki, ona mane olur. Görək sabah sarğı ilə necə olacaq?
- Rəqib haqqında fikirləriniz necədi?
- “Sent-Etyen” haqda müsbət fikirdəyəm. Bu komanda çox yaxşı heyətə malikdir. Komplektləşmiş rəqibimiz üçün bir neçə oyunçunun yoxluğunu hiss etdirməmək çətin olmayacaq. “Sent-Etyen”in tərkibində çox sürətli futbolçular var ki, onları zərərsizləşdirmək heç də asan deyil. Rəqibin bəzi oyunçularının iştirak etməyəcəyi haqda məlumatım var. Heç kimə, rəqibimizə də arzulamıram ki, zədə üzündən futbolçusunu itirsin.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |