Prosineçki: "Mən bilmirəm hazırkı “Neftçi”ni kim dirçəldə bilər" - MÜSAHİBƏ
Millimizin baş məşqçisi Robert Prosineçki Premyer Liqanın 5-ci turunun "Qarabağ" - "Zirə" oyununun fasiləsi zamanı jurnalistlərin suallarını cavablandırıb:
- Norveç və Çexiya ilə oyunöncəsi planınız necədi?
- Ayın 3-dən təlim-məşq toplanışımız başlayacaq. Çünki ayın 2-də bəzi futbolçularımızın oyunları var. Məsələn, Pavel Paşayevin, Dmitri Nazarovun görüşləri var. “Qəbələ”nin də ayın 2-də oyunu var. Buna görə təlim-məşq toplanışı ayın 3-də başlayacaq.
- Son turlarda Rauf Əliyev, Ağabala Ramazanov, Vaqif Cavadov yaxşı tərəfdən özünü göstərir. Bu futbolçuları milliyə dəvət edəcəksiz?
-Heyəti böyük ölçüdə müəyyənləşdirmişəm. Ancaq əlavə edə bilərəm. Siz həmin futbolçuların oyununa tam baxmısız? Məncə, ancaq epizodları izləmisiz. Rəqiblərimiz güclüdür. Heyəti müəyyənləşdirsəm də, zədələr ola bilər. Rauf dünən 2 qol vurdu, ancaq məncə, hələ tam hazır deyil.
-Elxan Abdullayevin “Neftçi”yə keçidi barədə nə deyə bilərsiz?
-İstəyirsiz, sizə düzünü deyim. Mən bilmirəm hazırkı “Neftçi”ni kim dirçəldə bilər. Bu komandanın son oyunlarının yaınız hesablarını bilirəm. Əlbəttə, istəyərdim Elxan Abdullayevin komandaya xeyri dəysin. Dünənki oyuna baxdım və az da olsa, dəyişiklik gördüm.
-Belə başa düşdüm ki, “Neftçi”dən heç kimi milliyə çağırmayacaqsız...
- Bir də deyirəm, “Neftçi”nin oyununa baxdım. Bu komandanın oyunçuları fiziki cəhətdən hazırlıqlı deyil. “Neftçi”nin özünə gəlməsi üçün bir neçə il lazımdır. Siz “Neftçi”nin oyununu izləmirsiz? Elə bil fərqli oyunlara baxırıq.
- Bir müddət öncə sizdən “Den Boş”da oynayan Ziya Əzizov barədə sual versəm də, onun barəsində heç nə bilmədiyinizi demişdiz. Ancaq bu futbolçu artıq U-19 millisinə çağırılıb.
- Mən onun barəsində bilməyə məcbur deyiləm. Hamı haqda məlumat toplaya bilmərəm.
- Deniz Yılmaz milliyə çağırılacaq?
- Onun zədəsi var. Deniz Yılmaz səviyyəli oyunçudur. O, Türkiyənin 5-ci ən güclü komandasında top qovur. Türkiyə çempionatının səviyyəsi hamınıza məlumdur. Federasiya onunla mən hələ millidə çalışmamışdan öncə maraqlanırdı. Səviyyəli futbolçudu. Fikrimcə, onun yığmaya faydası dəyəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |