“Hafiz Məmmədov “Bakı Akademiya” adının əleyhinə oldu və “Bakı” brendini daha üstün tutdu” - MÜSAHİBƏ
Xəbər verdiyimiz kimi, “Bakı” futbol klubu yeni mövsümdən etibarən həvəskarlar liqasında çıxış etməyi nəzərdə tutur. Klubun vitse-prezidenti Yaşar Seyidov bununla bağlı müsahibə verib
- Artıq birinci divizionda iştirakımız məhdudlaşıb. Buna görə də komanda həvəskarlar liqasında iştirak edəcək. Bir həftədi məşqlər başlayıb. Futbolçuların əksəriyyəti akademiyamızın yetirmələridir. Bir il həvəskarlar liqasında çıxış etməliyik. Bu müddət ərzində “Bakı”dan FİFA-ya şikayət edən bəzi futbolçularla razılıq əldə etməyə çalışacağıq. Hazırda onlarla danışıq aparırıq. Çalışırıq ki, şikayətlərini geri götürsünlər. Onlara cüzi məbləğ ödəməklə razı salmaq istəyirik. Bu futbolçularla danışığımız müsbət yekunlaşsa, sansksiyalar götürüləcək və “Bakı”nın peşəkar liqada oynaması üçün heç bir problem qalmayacaq.
- Deməli, “Bakı”nın peşəkar liqada iştirakına əngəl olan yalnız futbolçulara olan borcudur?
- Məsələ ondadır ki, bizdə bank təminatı ilə bağlı problem yox idi. AFFA prezidenti Rövnəq Abdullayev çempionatın əvvəlində bildirmişdi ki, futbolçulara olan borc məsələsi həllini tapsa, peşəkar liqada çıxış edəcəyik. Biz də bu tövsiyələri nəzər alıb, futbolçularla danışıqlara başlamışıq. Düşünürəm ki, ilin sonuna qədər bu məsələlər müsbət yekunlaşacaq.
- “Bakı” Futbol Akademiyasının taleyi necə olacaq?
- Bildiyiniz kimi, “Bakı” bir brenddir. Hamı “Bakı”nın Azərbaycan futboluna verdiyi töhfəni yaxşı bilir. Bu gün həm milli komandada, həm də aşağı yaş qrupları üzrə yığma komandalarımızda çıxış edən ən yaxşı futbolçular akademiyamızın yetirmələridir.
“Bakı” klubunun mövcud durumuna baxmayaraq, akademiyamızın U-11-dən tutmuş U-19-a qədər hər bir komandası AFFA-nın keçirdiyi liqalarda iştirak edəcək. Sizin vasitənizlə bir daha hörmətli Rövnəq müəllimə səslənib demək istəyirəm ki, akademiyamızın heç bir problemi olmadığı halda bizə qarşı müəyyən çətliklər yaradırlar. Bu barədə AFFA-ya məktub ünvanlamışam. AFFA İcraiyyə Komitəsinin sonuncu iclasında klublara yardım fondu ilə bağlı bənd var idi. Federasiyaya məktubumda bildirmişəm ki, “Bakı” Futbol Akademiyasının hüquqi statusu ilə bağlı heç bir problem yoxdu. Qeyd etmişəm ki, daima Azərbaycan idmanının inkişafına çalışan AFFA rəhbərliyinin ölkəmizdə futbolçu yetişdirilməsi üçün hərtərəfli şəraitə malik olan Azərbaycandakı iki akademiyadan birinin dağılmasına imkan verməyəcəyinə ümid edirik. Yəqin ki, Rövnəq müəllim də akademiyamızın dağılmasında maraqlı deyil.
- “Bakı”nın adının dəyişdirilərək Premyer Liqada iştirak edəcəyi haqda söhbətlər gəzirdi.
- Bizim akademiyamız artıq 2008-ci ildən fəaliyyət göstərir. Burda kifayət qədər futbolçu yetişib. U-19 liqasından sonra futbolçular peşəkar liqada çıxış etməlidir. Bəli, mən təklif etmişdim ki, “Bakı” Futbol Akamediyası” adı ilə ilə birinci divizionda iştirak edək. Ancaq klub prezidenti qəti olaraq bunun əleyhinə oldu. O, “Bakı” brendini daha üstün tutdu. Düşünürəm ki, bir il həvəskarlar liqasında oynamaq ən düzgün yoldur. Çünki qeyd etdiyim problemləri aradan qaldırsaq, sanksiyalar “Bakı”nın üzərindən götürüləcək.
- Baş məşqçi Novruz Əzimov həvəskarlar liqasında çıxış edəcək komandada qalır?
- Əlbəttə. Onun rəhbərliyi altında komanda məşqlərini davam etdirir. Biz ümidimizi üzmürük. Həyatımızı Azərbaycan futboluna həsr etmiş adam kimi sona qədər mübarizə aparacağıq ki, “Bakı” klubu yaşasın. Buna nə dərəcədə nail olacağımızı zaman gööstərəcək. Ancaq ruhdan düşmək lazım deyil. Bu sınaqlardan da keçmək lazımdır.
Qol.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |