Azərbaycan millisinin baş məşqçisi istefa verdi - MÜSAHİBƏ
21 və 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandalarının baş məşqçisi Patrisiya Qonzales istefa verib.
Stadium.Az xəbər verir ki, o, öz istəyinə uyğun olaraq, AFFA ilə qarşılıqlı razılıq əsasında tutduğu vəzifədən ayrılıb.
Patrisiya Qonzales gedişi ilə bağlı müsahibə verib.
- Azərbaycan yığmasında fəaliyyətiniz başa çatdı. Komandadan ayrılmağınızın səbəbini açıqlaya bilərsinizmi?
- Son vaxtlar hiss edirəm ki, böyük nailiyyətlər qazanmağa qadirəm. Elit-raunddan sonra bunu bir daha anladım. Artıq yeni yola çıxmağın və getməyin vaxtıdır.
- Üç ildən çoxdur ki ölkəmizdə çalışırsınız. Bu müddətdə gördüyünüz işləri necə xarakterizə edirsiniz?
- İspan metodunu buraya gətirməyə və tətbiq etməyə çalışdım. Futbolçular dediklərimi daha yaxşı anlamağa başladılar. Yeni gələndə komandanın üzvlərinin texniki planda yaxşı olduqlarını, amma taktiki baxımdan “axsadıqlarını” gördüm. Bu sahəni inkişaf etdirməyə başladıq. İkinci ən böyük dəyişiklik uduzmaq sindromunu dəyişməklə bağlı oldu. Qələbələrimizin sayı artdı. Meydana çıxarkən, komandanın kimliyindən asılı olmayaraq, psixoloji baxımdan özümüzü daha güclü hiss edirdik. Bu da bizə əlavə üstünlük qazandırırdı.
- Ölkəmizdə qadin futboluna yaradılan şəraitlə, bu sahədə görülən işlərlə, eləcə də perspektivlərlə bağlı nə deyə bilərsiniz?
- AFFA-nın futbola dəstəyi digər federasiyalar üçün nümunə ola bilər.
Bunu başqa ölkələrdə olan zaman daha çox hiss edirəm.
- Azərbaycan yaddaşınızda nə ilə qalacaq?
- Karyeramın Azərbaycanla bağlı hissəsi mənə böyük təcrübə qazandırdı. Şəxsiyyət kimi formalaşmağımda, mütəxəssis kimi təcrübə qazanmağımda Azərbaycanda gördüklərimin rolu danılmazdır. Texniki cəhətdən də özümü inkişaf etdirə bildim. Nə vaxtsa böyük məşqçi olsam, burada qazandıqlarımı heç vaxt unutmayacağam. Bakını artıq böyük Patrisiya kimi tərk edəcəyəm. Azərbaycana, federasiya rəhbərliyinə minnətdaram. AFFA mənə çox böyük dəstək oldu. Bu yaxşılıqları heç vaxt unutmayacağam.
- Komandanın üzvləri ilə görüşdünüz. Ayrıldığınızı hansı sözlərlə onlara çatdırdınız?
- Əlbəttə, çox kövrəldim, ağladım. Çünki özümü burada evimdəki kimi hiss edirəm. Heç vaxt İspaniyadan kənarda olduğumu hiss etdirməyiblər. Çalışdım ki, futbolçular buradan ayrılmağımın səbəbini düzgün anlasınlar, fikirləşməsinlər ki, onları yarıyolda qoyub gedirəm. Yenə deyirəm, getməyin zamanıdır, bunu hiss etdiyimə görə ayrılmaq qərarını verdim. Burada olduğum müddətdə dəstəyini heç vaxt əsirgəmədiyinə görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Buradan birdəfəlik ayrılmıram, Azərbaycana mütləq qayıdacağam.
AFFA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |