Rauf Əliyev: "Mənimlə bu barədə heç kim söhbət etməyib" - MÜSAHİBƏ
"İnter"in hücumçusu
Rauf Əliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində
"Qarabağ"a qarşı keçirdikləri ilk oyundan (0:4) sonra jurnalistlərin
suallarını cavablandırıb:
-
"İnter"in finala çıxmaq şansını itirdiyini demək olar?
- Bəli. Artıq finala çıxmaq üçün heç bir ümidimiz qalmayıb. İki oyunun cəminə
görə "Qarabağ"ı keçəcəyimizi desəm, yalan söyləmiş olaram. Artıq
diqqətimizi çempionat oyunlarına yönəltməli və üçüncü pillədəki mövqeyimizi
qorumağa çalışmalıyıq.
- Bu cür məğlubiyyətlə
üzləşməyinizə nə səbəb oldu?
- Biz çoxlu səhvə yol verdik. Baxmayaraq ki, hesab 0:1 olarkən bizim də qol
vurmaq üçün şanslarımız var idi. İkinci hissənin əvvəlində qol vura bilərdik.
Amma bunu bacarmadıq və uduzduq.
- Bəlkə bu, müdafiə
futboluna üstünlük verdiyinizə görə oldu?
- Biz hər oyunda adətən müdafiədən oynayırıq. "Qarabağ"a qarşı açıq
oynamaq olar? Biz açıq futbol oynasaydıq, nə olardı, bilmirəm.
- Sizcə, təşəbbüs
tam olaraq "Qarabağ"daydı, ya rəqib futbolçularının fərdi ustalığı
sayəsində dörd qol vura bildi?
- "Qarabağ" bizə qarşı keçirdiyi son çempionat oyunu ilə müqayisədə
bu dəfə tam fərqli çıxış etdi. Onlar ələ düşən bütün qol şanslarından
yararlandılar.
- Siz də fəal
idiniz, Vüqar Nadirov da. Amma hiss olunurdu ki, həm tələsirsiniz, həm də
bir-birinizi tam yaxşı başa düşmürsünüz...
- Bəzi epizodlarda düz oynmadıq. Rəqib də yaxşı müdafiə olunurdu, bizə şans
vermirdi.
- Matçın gedişində
tez-tez baş hakim Rəhim Həsənovu alqışlayırdınız, hətta Rəşad Sadıqovla da nəsə
söhbətiniz oldu...
- Düzünü deyim ki, Rəhim Həsənovun hakimliyi xoşuma gəlmədi. Mən
"Qarabağ"ın qələbəsinə kölgə salmaq istəmirəm. Sadəcə, olanı deyirəm.
"Qarabağ" 2:0 öndə olarkən Həsənov elə bir qərar qəbul etdi ki,
sadəcə, dəhşətə gəldim. Rəşad Sadıqovla isə heç bir söz duelimiz olmadı. Biz
uzun müddət bir yerdə çıxış etmişik. Sadəcə, hansısa epizodla bağlı fikrimi
bildirə bilərəm.
- Oyundan sonra
Zaur Svanadze və ya klub rəhbərliyi sizə nəsə dedi?
- Xeyr, heç bir söhbət olmadı.
- Digər yarımfinal
cütündə "Neftçi" ilə "Qəbələ" heç-heçə (1:1) oynadı...
- Mənə elə gəlir ki, üstünlük "Qəbələ"dədir.
- Qarşıda sizi
"Sumqayıt"la çempionat oyunu gözləyir...
- Bu görüşə ciddi hazırlaşırıq. Bütün diqqətimiz "Sumqayıt"la oyuna
yönəlib.
- Deyilənə görə,
millimizin baş məşqçisi Robert Prosineçki qarşıdakı təlim-məşq toplanışına sizi
də çağıracaq...
- Mənimlə bu barədə heç kim söhbət etməyib. Amma özüm qarşıdakı oyunlarda özümü
yaxşı tərəfdən göstərməyi çox istəyirəm ki, yenidən milliyə dəvət alım.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |