Maksim Medvedev: "Qarabağ"dan başqa heç bir kluba keçməyəcəm"
“Qarabağ” ötən gün Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində “İnter”ə 2 cavabsız qolla qalib gəldi. Stadium.Az xəbər evrir ki, oyundan sonra Ağdam klubunun müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb:
- Asan qələbə qazandığınızı demək olarmı?
- Bizim üçün vacib oyun idi. Buna görə də ciddi hazırlaşmışdıq. Səhv etmək istəmirdik. Ən yaxın izləyicimizlə xal fərqimiz az deyil. Bu fərqi qorumaq istəyirik. Oyunumuz alındı, topu özümüzdə çox saxladıq. Meydanda “nomrə 1” olduğumuz hiss olunurdu.
- Bəlkə “İnter” ölkə
kubokunu düşündüyünə görə meydanda çox əziyyət çəkmədi?
- Bu, onların işidi. İstəyir bir “cəbhə”də mübarizə aparsınlar, istəyir iki.
- Bu, sizi
arxayınlaşdırmayacaq?
- Ola bilsin, kubok oyununa daha güclü heyətlə çıxsınlar və bizim üçün çətin olsun. Onu zaman göstərəcək. Amma arxayınlaşmaq mümkün deyil.
- Bəs “Qarabağ” seçim
edibmi?
- Biz hər iki mükafata sahib çıxmaq istəyirik. Hər ikisi vacibdi. Ancaq qələbə üçün yarışacağıq. Seçim etməyi düşünmürük.
- Artıq “Qarabağ”
rəqibsizdi. Oyunları asanlıqla lehinizə çevirirsiniz. Rəqiblərin müqavimət
göstərməməsi sizi narahat etmir?
- Əvvəl mövsümü 14-15 nəfərlə keçirirdik, amma bu gün geniş heyətimiz var. Baş məşqçinin əlinin altında seçim imkanları çoxdu. Meydanda hansısa futbolçunu yoxluğunu hiss etdirməyəcək futbolçularımız var və hər dəqiqə oyuna qoşulmaq üçün hazır dayanıblar. Normal mübarizə aparırıq. Amma rəqabət aparmırlar fikri ilə razılaşmıram. Ola bilsin, “Qarabağ” oyunu ilə seçilir. Rəqabət olmasaydı, passivimizdə 3 yenilgi olmazdı. Biz də səhvlər edirik, uduzuruq.
- Mövsümün sonuna
yaxınlaşırıq və cəmi 5 tur qalıb. 3 məğlubiyyəti özünüz üçün çox hesab
edirsiniz?
- Az məğlub olduğumuza görə sevinirəm. Əvvəlki illərlə müqayisədə yenilgilərimizin sayı da azalıb. Az top buraxmağa və çox qol vurmağa çalışırıq.
- Qalan oyunları demək
olar ki, süni örtüklü meydanda keçirəcəksiniz. Bu, sizin üçün problem yarada
bilərmi?
- Süni meydanda oynamaq çətindi. Çalışacağıq ki, özümüzü zədədən qoruyaq. Təbii meydanda oynamağı daha çox istəyirik. Digər yandan avrokubok oyunlarını da süni örtükdə keçirmişik. Yadınızdadırsa, “Gefle”, “Portdaun”la da belə meydançda oynadıq.
- Maraqlıdı, indiyə
qədər sizin adınıza transfer xəbərlərində rast gəlməmişik. Niyə digər
futbolçular kimi sizin hansısa kluba keçəcəyiniz haqda yazılmır?
- Uşaq vaxtdan bu klubda oynayıram və bura mənə doğmadı. İndiki və gələcək vəziyyətimi bu klubla bağlı qurmuşam. “Qarabağ” ikinci evimdi. Klubda daha çox vaxt keçirirəm, nəinki öz evimdə. Ona görə başqa kluba keçməkdə maraqlı deyiləm. "Qarabağ"dan başqa heç bir kluba keçməyəcəm. Təklif gələndə də “yox”deyirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |