Migel Madera: "Bu hissi yaşamağı çox istəyirəm" - MÜSAHİBƏ
"Qarabağ" – “İnter” (2:0) oyunundan
sonra meydan sahiblərinin ispaniyalı futbolçusu Migel
Madera jurnalistlərin suallarını cavablandırıb.
- Oyun çətin və maraqlı keçdi.
Çempionatda asan matç olmur. Biz meydana qələbə qazanmaq üçün çıxmışdıq. Çətin
də olsa, məqsədimizə çatdıq. Bu qələbə bizi məqsədimizə bir qədər də
yaxınlaşdırdı.
- “İnter”
bu görüşdə sizə asanlıqla təslim oldu. Oyunun birtərəfli keçməsi sizin
üçün darıxdırıcı deyildi?
- Rəqib oyunboyu müdafiə olundu.
Buna görə də biz bütün oyunu topa nəzarət etməyə, hücumlar qurmağa çalışırdıq.
Bu qədər müdafiə olunmalarına rəğmən, biz kifayət qədər qol epizodu yarada
bildik.
- Adətən
ispan futbolçular sakit oyun tərzinə üstünlük verirlər. Amma sənin oyununda
daha çox aqressivlik hiss olunur. Bunun səbəbi nədir?
- Meydana çıxanda diqqətimi
tamamilə oyuna yönəldirəm. Bəzən hisslərimə nəzarət edə bilmirəm. Bu zaman
məşqçilər korpusu kənardan xəbərdarlıq edir.
- Mövsümün əvvəlində
“Qarabağ”a transfer olunan futbolçular arasında heyətə düşmək baxımından
çətinlik yaşayacağın gözlənilirdi. Amma gedişat bunun əksini ortaya qoydu
və hazırda həmin futbolçulardan ən çox meydanda olan sənsən.
- Mən mövsümün əvvəlində formada
deyildim. Üstəlik, Premyer Liqaya uyğunlaşmağım lazım idi. İndi isə yaxşı
formadayam. Mənə şans verirlər, mən də bundan yararlanıram.
-
“İnter”lə kubok oyununda da qarşılaşacaqsınız. Həmin oyunun da sizin üçün belə
rahat keçəcəyini gözləyirsənmi?
- Çətin oyun olacaq. Çünki
“İnter” bu dəfə bizə qarşı daha yaxşı hazırlaşacaq. Üstəlik, oyun süni örtüklü
meydanda keçiriləcək. Bu da bizim üçün əlavə çətinlik yaradacaq. Asan olmasa
da, həmin matçdan da qalib ayrılacağımızı düşünürəm.
- “Qarabağ”la cari
mövsüm çempion olsan, bu karyeranda ilk çempionluq olacaq. Əzmkarlığınızı buna
bağlamaq olarmı?
- İndiyə qədər iki dəfə kubok
qazanmışam. Amma çempionluq sevinci yaşamamışam. Bu hissi yaşamağı çox
istəyirəm.
- “Qarabağ”ı İspaniyanın
hansı klubuna bənzədirsiniz?
- Topla çox oynamaq istəyinə görə
“Barselona”, “Las Palmas”, “Rayo Valekano”ya bənzətmək olar. Amma keyfiyyətə
gəldikdə, aradakı fərq çox böyükdür. Həm də fərqli çempionatlar olduğuna görə
müqayisə aparmaq da düzgün deyil.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |