Qurban Qurbanov: "Azərbaycan futbolu o səviyyəyə çatmayıb ki..."
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 31-ci turunda "İnter"ə 2:0 hesablı qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Çox
şükürlər olsun ki, 3 xal qazandıq və çempionluğa bir addım da yaxınlaşdıq. Tam
olaraq öz futbolumuzu oynamadıq, amma bu da qələbəyə bəs etdi. Yaxşı qələbə
oldu. Az bir vaxtda onlarla 3 oyunumuz olacaqdı. Qarşıdakı oyunlarımız daha çətin
olacaq. Ola bilsin ki, nəyisə bizdən gizlətdilər. Bizi daha yaxşı tanıdırlar.
Ola bilir ki, çempionatda 4 oyunda qələbə qazanırsan, amma kubokda məğlub edirsən.
Bu oyun bizi aldatmamalıdır.
- “Qarabağ” ölkənin aparıcı klublarından
birinə qarşı çox rahatsız oynadı. Bu sizə problem yaratmayacaq?
- Belə
başa düşürəm ki, mən fikirlərimi hər dəfə düz ifadə edə bilmirəm. Ölkə daxili
oyunlarla Avropa oyunları tam fərqli olur. Bəzi çatışmazlıqlar var, amma
bunları nəzərə alırıq.
- Bu yaxınlarda dediz ki, ilk dəfədir heyətlə
bağlı probleminiz yoxdur. Bu oyunçu bolluğu o deməkdir ki, siz bir neçə oyun
modelindən istifadə edə bilərsiz?
- Bəli,
oyunçu çox olanda, məşqçinin imkanları da geniş olur. Əsas odur ki, əldə olan
futbolçuları qoruyub saxlaya bilək. Biz
heyəti ekə bölməliyik ki, heç kim yorulmasın, yüklənməsin. Bəzi Avropa
oyunlarında oyun qurmaq, sistem dəyişmək üçün vaxtımız olacaq. Bu dəfə vaxtımız
olacaq, mövsüm daha tez başa çatacaq.
Ola bilər ki, toplanışda oyunların sayın çox edək, sistemləri düşünək.
- “Zirə”nin prezidenti bildirib ki, hansı
klub istəsə futbolçularımızdan Avroliqada yararlana bilər. Siz Bonillanı
düşünürsüz?
- Bu
barədə bir fikrimiz yoxdur. Bu, doğru da olmaz.
Yaxşı niyyətlə deyib, amma heç bir məşqçi buna razı olmaz.
- “Qarabağ” həqiqətən Bonilla ilə
maraqlanır?
-
Bonilla sizlərin də diqqətini çəkib, bu, yaxşı haldır. “Zirə” üçün də böyük köməyi
olub. Bonilla ilə maraqlanmırıq. Biz
indi daha çox düşünürük ki, əlimizdə olan futbolçuları qoruyub saxlayaq.
- Reynaldo yenə də fərqləndi. Siz onun yenə
belə formada qayıdacağını gözləyirdiz?
- Biz
də onu meydana buraxmaqda tələsmədik. Biz onu ay yarım əvvəl də meydana buraxa
bilərdik. Amma gözlədik, tam hazır vəziyyətə gətirdik. Ancaq hələ də tam
formada deyil. Ayağında olan əvvəlki güc yoxdu. Bu, şərtdir. Yaxşı haldır ki,
o, indi yaxşı vəziyyətdədir və yüksəlişdədir. Bu gün tam şahidi oldum ki,
Reynaldo tam formada deyil. Öz üzərində şalışır. Zədə ona peşəkar olmaqda daha
da kömək olur.
- Aqolli hakimlə mübahisə edəndə siz ona əsəbləşdiz...
- Mən
bütün futbolçulara tapşırmışam ki, hakimlə mübahisə etməsinlər.
-
Reynaldo ağır zədədən sonra “Qarabağ”da gələndə yaxşı futbol oynadı. Burada isə
yaxşı formada olduğu zaman əyləncələrə daha çox vaxt ayırdı və sonda zədələndi.
Bu dəfə də eyni hal təkrarlana bilər?
- Bu
hal olubsa, bununla maraqlanacam.
- Siz demişdiz ki, bu komanda ÇL üçün yetərli
deyil. Nə gözləyək?
-
Oyunçu oldu, olmadı, komanda güclənməlidir. Həmişə daha yaxşısı olur. Biz də
çalışırıq ki, yaxşı futbolçu alaq. Biz Reynaldonu zədəli olanda almışdıq və daha ucuz idi. Amma istədiyimiz super
futbolçunun ən aşağı qiyməti 5 milyondur. Bunu almağımız isə çətin məsələdir.
Amma başqa Reynaldo variantı olsa təbii ki, biz qəbul edərik. Biz hələ Azərbaycan
futbolu olaraq elə səviyyəyə çatmamışıq ki, 5 milyonluq futbolçu alaq. Biz məşqlərdə
daha çox çalışmalıyıq ki, əlimizdə olanı daha yaxşı
- Mahir siz istədiyiniz kimi gedir, yoxsa hələ
narazı qaldığınız məqamlar var?
- Belə
getsə yaxşıdı. Mən istədiyim səviyyəyə o zaman çatacaq ki, oyunu, intizamı, əxlaqı
hamısı yerində olsun. İndi əsas odur ki, öz üzərində çox çalışır. Bizdə əlimizdən
gələni edirik ki, həm yaxşı insan, həm də yaxşı futbolçu kimi yetişsin.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |