Tuyqun Nadirov: "Bizim əsas problemimiz FİFA-nın tətbiq etdiki sanksiyalardır" - MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti
Tuyqun Nadirov Klublar Komitəsinin iclasından sonra jurnalistlərə müsahibə
verib. Stadium.Az bu müsahibəni təqdim edir:
- “Xəzər Lənkəran” hər mövsümə iddialı
başlayır. İnanıram ki, yeni mövsümdən də belə olacaq. Ötən ilin qış aylarıyla
indiki durumumuz fərqlidir. Zamanla hər şey qaydasına düşür. Biz problemlərimizin
hamısını həll edəcəyik. Bizim əsas problemimiz FİFA-nın tətbiq etdiki
sanksiyalardır. Çünki bəzi tələblərini hələ yerinə yetirməmişik. FİFA bizə cəzalat
tətbiq edib və bizdə pul tapana kimi həmin futbolçularla daimi olaraq əlaqə
saxlayırıq ki, bir daha aramızda problem olmasın və başqa cəzalar gəlməsin.
Bunu etiraf etməliyik ki, “Xəzər Lənkəran”ın əsas problemi ödəniləcək borclarla
bağlıdır. Bütün yaş qruplarımız çempionatlarda uğurla çıxış edirlər. Az qala
bütün klublarda bizim yetirmələrimiz var. Əsas komandamızda da akademiyamızın üzvləri çıxış edir.
- Komanda
yeni mövsümdən güclənsə və idialı olsa baş məşqçi dəyişikliyi olacaq?
- Bu barədə hələ müzakirə olmayıb. Bu gün
iclasda da bildirdilər ki, indiki heyətlə komandamız daha mübariz çıxış edir. Nəinki
iddialı vaxtlarda legionerlərlə oynadığımız zaman. Ümid edirəm ki, problemlər
geri qalar və yeni mövsümdən daha iddialı çıxış edərik. Təbi ki, hazırda
komandamızda hər mövqeyə bir futbolçu cəlb edilməlidir.
- Bu barədə
klubun fəxri prezidenti Mübariz Mənsimovla danışıq olub?
- Mübariz müəllim klubun əsas sponsorunun rəhbəridir.
O, öz sevimli klubuyla bağlı bütün məlumatları alır. Ancaq klubun idarə heyəti
var və prezidentimiz Mais Mənsimovdur. İndi kimlərsə görüntü yaratmaq istəyirlər
ki, “Palmali” “Xəzər Lənkəran”a sponsorluq etmək istəmir, Mübariz Mənsimov
klubdan əl çəkir və.s. Bunların hamısı məqsədli şəkildə klubumuza qarşı edilən
hərəkətlərdir. Biz kluba bəzi sponsorlar cəlb etmişik və yaxınlarda yeni
sponsorlar da görəcəksiz. Halbuki onların “Palmali”yə heç bir aidiyyatı yoxdu.
İndi klubun heç bir problemi yoxdu. Nə maaş, nə avtobus, nə də hansısa təchizatla
bağlı.
- İndi “Xəzər
Lənkəran”ın nə qədər ödənilməli borcu qalıb?
- 600-700 min civarında. Burda avro da var,
dollar da. Devalivasiyadan sonra isə bu məbləğ milyon manatı keçib. İndiki
zamanda bu məbləği də sponsordan tələb etmək yaxşı hal deyil. Çünki hər yerdə
problem var. İndi hansısa şirkət durub desə ki, dünyada gedən proseslərin bizə
təsiri yoxdu demək, o şirkət düzgün işlərlə məşğul deyil. Əsas odur ki, geridə qalan
zamanda biz bütün infrastrukturumuzu qurmuşuq. Biz bu gün stadionumuzu bankda
girov qoyub bu borcu bir dəqiqəyə baqlaya bilərik. Ancaq bunun da məsuliyyətini
dərk edirik. Gərək banka da o pulu qaytarmağı düşünək. Biz yarandığımız 10 ildə
istədiyimiz titulları qazanmışıq. İndi
borca xərcə girib o pulu ödəyək, sonra da pis vəziyyətdə qalaq, bunu istəmirik.
Dünya praktikasında belə hallar yaşanıb və həmin klublar müflisləşib. Klubu belə
işlərdən uzaq tutmaq lazımdı.
- Yeni
sponsorlar klubun I dviziona yuvarlanmasından qaçmazlar ki?
- “Xəzər Lənkəran” böyük camiədir. Götürək elə
“Nar Mobile”ni. Onlar bizə bildirdilər ki, bizimlə əməkdaşlıq etdikdən sonra Cənub
bölgəsində satışları xeyli artıb. Əsas odur ki, yeridə saymayasan.
- Artıq
Elnur Cəfərovu “Xəzər Lənkəran”ın futbolçusu saymamaq olar?
- Bəli. Biz şadıq ki, akademiyamızın Elnur
kimi istedadlı futbolçusu yetişib. Onun atası da bizim komandamızda çıxış edib.
İndi onun gənc övladı “Xəzər Lənkəran”da oynayıb İspaniya klubuna transfer
edilirsə bu məqam bizim üçün çox xoşdur. Bu, akademiyamızın gördüyü işlərin nəticəsidir.
Burda əsas udan “Xəzər Lənkəran” və Azərbaycan futboludur. İndi Elnur
İspaniyada böyük pul qazanmayacaq, amma normal əmək haqqısı da olacaq.
- Sizin 3
futbolçunuz U-17 millisində çıxış edəcək. Bu məqam sizə problem yaşatmayacaq?
- Buna baş məşqçimiz və AFFA rəhbərliyi qərar
verir. Nə qədər problem yaşatsa belə, biz bütün klublar ölkə futbolunun
inkişafı üçün çalışırıq və milli üçün əlimizdən gələni etməliyik.
Azərbaycan çempionatında bəzi klublar bizə
İspaniya klubunun verdiyi puldan daha çox məbləğ ödəməyə hazır idi. Ancaq biz
Elnuru daha çox pula satmaq istəyirdik, yoxsa onu ölkə futboluna qazandırmaq
istəyirdik? Klubumuzun prezidenti Mais müəllim də bildirdi ki, daha az məbləğ
olsun, amma Elnuru İspaniya klubuna sataq. Elnur imic baxımından bizə daha çox
pul qaandıracaq.
- “Xəzər Lənkəran”
daha çox pullu vaxtlarında böyük uğurlar qazana bilmədi. Çətin ki, o zamanlar
qayıda. Bu uğursuzluqların hesabatını kim verəcək?
- Bunu heç kim deyə bilməz. Bu gün hansısa
klub Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazana, sabah isə dağıla bilər. O
zaman o klubun ölkə futboluna xeyiri nə olacaq?
Biz Avropa Liqasında güclü heyətlə oynadığımız
zaman rəqibimiz Zaqreb “Dinamo”su olub. Həmin komandadan isə indi Modriç kimi
futbolçu “Real”da oynayır. Biz bu 10 ildə mümkün bütün titulları qazanmışıq və
klubun yaşaması, ayaqda qalması üçün bütün şəraiti yaratmışıq. İndi məhz bunun
sayəsində “Xəzər Lənkəran” ayaqdadır. “Xəzər Lənkəran” şəxsi büdcədən aliyələşən
klubdur. Biz dövlət klubu deyilik. Hesabat da ancaq Mübariz Mənsimova verilir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |