Almeyda: "Qol sevincini qeyd edərkən çılğınlığa yol verdim" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının XXX turunda "Neftçi"yə 2:1 hesabıyla qalib gələn “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda oyundan sonra jurnalistlərə müsahibə verib:
- “Neftçi” əvvəlki illərdəki uğurlu çıxışından uzaq düşsə də, oyunun ab-havası fərqli idi. Bu baxımdan qələbənin əhəmiyyətinin böyük olduğunu düşünmək olarmı?
- “Neftçi” ilə “Qarabağ” arasındakı oyun “El-Klasiko”, derbi hesab edilir. Bu baxımdan qarşılaşmanın əhəmiyyəti böyük idi. Birinci hissədə tələskənliyə yol verdik, ona görə də qol vura bilmədik. Yəni sürətli hücumlar qurmağa çalışsaq da, topu özümüzdə saxlaya bilmirdik. İkinci hissədə daha təmkinli oynadıq və topa nəzarəti artırdıq. Buna görə də qələbə qazanmağı bacardıq.
- Sarı vərəqə aldınız və cəzalı duruma düşdünüz. Buna zərurət var idimi?
- Miçi (Migel-red.) sarı vərəqə cəzalısı olduğuna görə bu günkü oyunu buraxdı, növbəti dəfə mən komandama kömək edə bilməyəcəm. Komandamızda məni əvəzləyəcək kifayət qədər futbolçu var. Migel də geri dönür.
- İkinci qolun sevincini xüsusi çılğınlıqla qeyd etdiniz. Bunu Reynaldoya görə etdiniz, yoxsa başqa səbəbi vardı?
- Təbii ki, səbəbi uzun müddət meydandan kənarda qalan Reynaldo idi. Onun kimi futbolçunun bu qədər kənarda qalması üzücü idi. İndi sıramıza dönüb və formasını bərpa etməyə çalışır. Hər matçda qol vurmaqla bizi sevindirir. Biz də komanda olaraq onu dəstəkləyirik.
- Uzun müddətdi ölkəmizdə top qovursunuz. Cari mövsümün “Qarabağ” üçün daha asan keçdiyini söyləmək olarmı?
- İstəməzdim ki, mövsümləri asan və ya çətin deyib, bölüm. Əsas odu ki, bizim komandanın əksər üzvləri uzun illərdi bir yerdə oynayır və meydanda bir-birimizi əla anlayırıq. Yeni gələnlər də aramızda “əriyib”.
- İş ondadı ki, “Qarabağ”a müqavimət göstərən komanda yoxdu...
- Deməzdim ki, müqavimət göstərmirlər. Bizdə ruh yüksəkliyi var. Baş məşqçimiz oyunlara yaxşı motivasiya edir, məğlubiyyətlə barışmır, məşqlərdə ən yaxşısını tələb edir. Buna görə də yerimizdə dayanmır, inkişaf edirik.
- Sarı vərəqə göstərilən zaman hakimə qarşı qeyri-etik hərəkət etdiniz. Niyə?
- Qol sevincini qeyd edərkən çılğınlığa yol verdim. Bu zaman rəqib qapıçı Aqil Məmmədovla aramızda gərginlik yarandı. Səhv məndə oldu. Buna görə də sarı vərəqə aldım. Hakimə qarşı qeyri-etik jest etmədim. Sadəcə, azarkeşlərin qarşısında qolu bu cür çılğınlıqla qeyd etdiyimə görə, səhvə yol verdim. Buna görə də Aqildən üzr istədim, anlaşılmazlığı aradan qaldırdıq. Həmin vaxt mən səhvə yol verdim.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |