Qurban Qurbanov: "Daim özümüzü əsgərlərin yanında hiss edirik" - MÜSAHİBƏ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 29-cu turunda "Kəpəz"ə 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Düşünürəm
ki, bu güm çox çətin oyun keçdi. Şükürlər olsun ki, 3 xal qazandıq. Ardıcıl 4
oyunda qələbə qazanmışdılar, ancaq son oyunda məğlub olmuşdu “Kəpəz”. Bizim
futbolçular nətiicəyə oynaya bildilər. Stadionda da gözəl futbol ab-havası var
idi. Bəzi dəyişikliklər olmuşdu, hər an əsgərlərimizi yada salırdıq, anırdıq.
- “Qarabağ” sanki bir hissə oynayır. Çünki
Premyer Liqada sizə 90 dəqiqə müqavimət göstərən komanda yoxdu. Bu, sizi
narahat etmir?
- Mən
rəqibdən daha çox öz oyunumuzu düşünürəm. Kənardan hər şey asan görünə bilər,
amma eləd eyil. İlk hissədə topa daha çox sahib çıxa bilmədik. İkinci hissədə
isə bunu edə bildik və rəqibi bununla üstələdik. Mən indi deyə də bilmərəm ki,
bizdə hər şey idealdır. Amma məndə istərəm ki, çempionat daha çox gərgin
keçsin.
- Namiq Ələsgərovu geri qaytaracaqsız yayda?
- Biz
onu 6 aylığına icarəyə vermişik. Yayda geri qayıdacaq.
- Şahin Diniyev söylədi ki, “Qarabağ” bizə
futbol dərsi keçdi. Razısız?
- Bu, sadəcə futboldur. Futbolun tələbləri
var. Bizdə bu tələbləri yerinə yetirməyə çalışırıq. Sadəcə olaraq bu gün bizdə
hər şey yaxşı alındı. Mənim öz komandamın oyunundan razı qalmadığım o qədər
epizod var.
- Sanki Mahir Mədətovun gözünün odun
alımısız...
-
Yaxşı futbolçu olmaq üçün başqa çıxış yolu yoxdur. İlk hissədə ona etirazlarım
vardı. Futbolda hər şey olur. Gənc oyunçunun düşüncələri oyunda olmalıdır. O, bundan daha sadə olmalıdır.
- Stadionda gözəl ab-hava vardı. Özünüzü
bölük komandiri kimi hiss etmədiz?
-
Daim özümüzü əsgərlərin yanında hiss edirik. Sadəcə orda olmağımız alınmır.
İndi bizim köməyimiz onlara mane olmamaqdır. Əgər ali baş komandan əmr versə,
biz ona tabe olmalıyıq. Ancaq həmişə onlarlayıq. Biz çalışırıq ki, bu komandanı stabil
saxlayaq.
- Demək
olar ki, “Qarabağ” üçün çempionatda həyacan yoxdu. Çünki sizin komandayla
bacarmırlar. Bu amil motivasiya baxımından sizdə problem yaranmır?
-
Qarşımıza məqsəd qoymuşuq ki, hər oyun futbolumuzu daha da yaxşılaşdıraq. Hər
planda.
- Sizə
elə gəlmirmi ki, artıq taktiki cəhətdən yox, komandanı motivasiya baxımından
pik həddə saxlamaqdır?
- Bəli, sizinlə razıyam. Çalışırıq bunun üçün də.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |