- Avropa çempionatının səviyyəsi çox yüksəlib. Çünki bütün yığmalar həddən artıq gücləniblər. Komandalar məhz bu final üçün yaxşı hazırlaşıblar. Mümkün qədər yüksək səviyyədə hazırlıq işləri görüblər. Ola bilsin ki, bunlar beynəlxalq səviyyədə tanınacaq balaca çempionatlardır. Bu turnirlərdə əsas məqsəd o olmalıdır ki, komandalar birləşərək, yarışı yüksək səviyyədə başa çatdırsınlar. Əlbəttə ki, başlarını bununla ağrıtmamaq şərtilə. Finala bu səviyyədə hazırlıq gördüyü üçün də Azərbaycana təşəkkür edirəm.
- Hansı komandaları favorit görürsünüz?
- Portuqaliya çox güclüdür, həmçinin Almaniya da. Lakin mən İtaliyaya olan ümidimi itirmirəm. İtaliya yığmasının çox güclü məşqçisi var. Nə etmək lazım olduğunu o, yaxşı bilir.
- Sizcə, İtaliya millisi çətin qrupdan çıxa biləcəkmi?
- Düz deyirsiniz, qrupda çətin rəqiblər var. Lakin İtaliyanın adını eşidəndə çoxlarında qorxu yaranır. Gənc futbolçularla bağlı İtaliya Futbol Federasiyası çox vacib işlər görüb. Məhz buna görə də bu finala İtaliyadan ən yaxşı futbolçular gələcəklər. Bilirəm ki, Azərbaycan futbolu inkişaf etməkdədir. Çox heyif ki, bunu Avropada göstərmirlər. Avropada əsasən Bundesliqanı, İspaniya çempionatını göstərirlər. Lakin biz Avropa olaraq, görürük ki, Azərbaycanda idmana çoxlu investisiyalar qoyulur, xüsusilə də futbola.
- Azərbaycanda İtaliya millisinin çoxlu azarkeşi var. Canluicic Donnarommanı bu yarışda görə biləcəyik?
- Yox, görməyəcəksiniz. Çünki o, 21 yaşlılarladır. Ona görə də federasiya onu 17 yaşlılarla buraya göndərməyəcək. (Qafqazinfo)