Qurban Qurbanov: "Qalatasaray"la oyun bizim üçün vacib deyil" - MÜSAHİBƏ
“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının
24-cü turunda ən yaxın izləyicisi “Zirə”ni 2:1 hesabıyla məğlub etdi.
Stadium.Az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban
Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Düşünürəm ki, çox vacib 3 xal qazandıq.
Futbolçular çox düzgün oynadılar. Nəticəyə oynamağı bacardılar və lazımi qələbəni
qazandılar. “Zirə” hesabda geri düşsə də, öz oyun üslublarından əl çəkmədilər.
Onlar yenə əks-hücumları gözləyirdilər. Bir dəfə də az qala hesabı bərabərləşdirmişdilər.
Məncə hər iki komanda baxımlı oyun göstərdi və azarkeşlər bu qarşılaşmadan razı
qaldı.
- Mahir Mədətov
qol vurduqdan sonra jest göstərdi. Düşünmürsüz ki, o, ulduz xəstəliyinə tutula
bilər?
- Mahir sözylədiyiniz fikrə yaxın futbolçudur.
İnsan daha sadə olmalıdır, eləcə də futbolçular. Futbolçu düşünməlidir ki,
1-5-10 qol vursa da bu, onun işidir. Mahirin indi ən üstün cəhəti onun istəkli
olmasıdır. Onun bu hərəkətini mən də gördüm və yerində reaksiya verdim. Bəzi gənclərimiz
yaxşı futbolçu olmaqdansa, başqa şeylərə meyil edirlər. Nə qədər ki, burdadı mənim
istədiyim kimi sadə futbol oynayacaq və sadə olacaq. Əks halda burda olmayacaq.
- Siz
epizodların birində azarkeşlə də dialoqa girdiz...
- Bu oyunda yox, hər bir qələbə bizim üçün çox
vacibdir. Hər qələbə bizim üçün bir maneəni keçmək deməkdir. Maksimum çalışırıq
ki, hər oyunda qələbə qazanaq. Azarkeşlərimiz toxunulmazdır, amma həmin zonada
tanıdığımız insanlar idi. Onlara fikir bildirmək məncə olar. O, xoşagəlməyən
ifadələr işlətdi. Məndə yaxınlaşdım ki, azərbaycanlıyıq, müsəlmanıq, belə
olmaz.
- Mahiri
oynadıb, Coşqunu ehtiyatda saxlayıb onun yerinə Qara Qarayevi meydanda
buraxanda komanda sanki daha rahat futbol sərgiləyir. Bunu davam etdirəcəksiz?
- Bunu sizə demiyəcəm. Ancaq Coşqun da əsas
komandada oynamağı haqq edir. O, bizim ondan istədiyimizi daha tez başa düşür.
Hər biri bizim futbolçudur və əsas heyətdə oynamağa layiqdirlər.
- “Neftçi”də
Əsgər Abdullayev istefa verdi. Bu komandaya bağlı bir insan kimi nəsə demək istəyərsiz?
- Xeyir. Bizim ixtiyarımızda deyil ki, başqa
komandanın işinə qarışaq. Mən heç bir məşqçiyə bu aqibəti arzulamıram. Mən sadəcə
olaraq “Neftçi”yə uğurlar arzulayıram.
- “Qalatasaray”la
oyun baş tutsa bu sizin komandaya nə qazandıra bilər?
- Bizim əsas məqsədimiz çempionatdır. İstəməzdim
ki, bu oyun ətrafında daha çox ajiotaj olsun. Və bizim komandaya bu oyun pis təsir
edə bilər. Çünki fikirləri o oyunda qala bilər. Rəhbərliyə, klub işçilərinə də
bildirmişəm ki, daxildə bu oyun barədə çox az danışılsın. Bu, konkret qərar
deyil. Dəqiq məlumat deyil, sadəcə danışıqlar davam edir. Əgər futbolçulara “Qalatasaray”
barədə sual versəz və sizə cavab verməsələr ondan inciməyin. Çünki onlara
tapşırmışam ki, bu barədə danışmasınlar. Yəni “Qalatasaray”la oyun bizim üçün
öməmli deyil.
- Armenteros
niyə iki oyundur oynamır?
- Daha əvvəl Qara barədə bu sual vermişdiz.
Amma komandada futbolçumuz çoxdur və hər birinə şans veririk.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |