Zirvələrin fatehi
Tarixi yazan şəxsiyyətlərdir. Şəxsiyyətlərin yazdığı tarix heç vaxt silinmir. Tarix yazan şəxsiyyətləri onu tanıyanlar da, tanımayanlar da, tanıyacaq olanlar da sevir... dahi futbolçu, dahi vətənpərvər, dahi insan, dahi 9 nömrə kimi....Anatoli Banişevski kimi...
Həyat ağ-qaradı, Anatoli Banişevskinin forması, həyatı kimi... Bu həyatda yaxşı futbolçu da ola bilərsən, yaxşı jurnalist də ola bilərsən, amma bütün bunları yetişdiyin yerə sadiq qalıb, şirin vədlərə uymayıb həyata keçirmək, sadəcə, qəhrəmanlara nəsib olur... Qəhrəmanlar isə sadəcə tərk ediləndə ölürlər...
Bəli, Anatoli Banişevski bir qəhrəman idi... Məncə, qəhrəmanların həyatı ölümlərindən sonra başlayır... Bu gün 70 yaşı tamam olan düha ilə bağlı o qədər xatirələr var ki... Məhz o xatirələrdə Banişevski əbədiyaşarlığı dayanır...
51 yaşında dünyadan köçən Banişevski daim sadiq qaldığı “Neftçi” formasında keçirdiyi 300-ə yaxın oyunda vurduğu 150-ə yaxın qolla, əslində, milyonların könlündə taxt qurub, əbədi taxt... Dünyanın ən böyük dövləti olan keçmiş SSRİ yığmasına dəvət alan və burada 50 oyun keçirən Banişevski milyonların içindən seçilib... Bunun özü bir zirvə, bunun özü bir qələbədir....
İndi onunla bağlı canlı xatirələri çox az adamdan almaq olar. “Neftçi”nin bürünc heyətinin qızıl oğlanlarından Kazbek Tuayev, eləcə də Yaşar Babayevin onunla bağlı zəngin xatirələri var... Xüsusən də Yaşar Babayev onunla bağlı o qədər zəngin xatirəyə malikdir ki, danışanda göz yaşlarına boğulur...
Hələ xəstələnməzdən öncə onunla Banişevski barədə danışmışdım. Hal əhval tutduqdan sonra Banişevski ilə bağlı danışacağımızı öyrəndikdə gözləri doldu, daha sonra uşaq kimi hönkür- hönkür ağladı... Boğazına qurğuşun doldurulmuş kimi idi... Mən ilk dəfə o zaman dərk etdim ki, Banişevski barədə danışmaq üçün leksikonumuzda onun fövqündə olan söz yoxdur. Dialoqumuzda yaddaşımdan heç vaxt silinməyəcək bir iki cümləni yazım:
“Banişevski... Onu sözlə ifadə etmək çox çətindir. Həm futbolçu, həm insan kimi zirvədə olan biridir... Azərbaycana çox bağlı idi. Şimaldan gələn hər təklifə, sadəcə, gülürdü. Çünki Banişevski “Neftçi” üçün, Azərbaycan üçün doğulmuşdu... Banişevski dünyasını dəyişəndə mən onun başının üstündə idim. Hər şey öləziyəndə “Neftçi” ilə yaşayan adam gördüm. Biz ona oynadığı vaxt geyindiyi 9 nömrəli formanı geyindirdik. Sadəcə, Allaha dua edirdim ki, saat 9 olmadan dünyasını dəyişməsin. Saat əqrəbi 9-u geridə qoyandan sonra Banişevski üçün də həyat dayandı...”
Mənə görə onlar üçün həyat dayanmır, dünya durduqca davam edir. Və həyat onları bu həyatı yaşamaq istəyənlərə örnək kimi göstərir... 70 yaşın mübarək, böyük və sadə bakılı, Banişevski!!!
ELGİZ ABBASOV (pfl.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |