Fariz Nəcəfov: "Onlardan istədiklərimi görə bilmirəm" - MÜSAHİBƏ
"Qəbələ"nin vitse-prrezidenti Fariz Nəcəfov ötən gün "Rəvan"a 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra Stadium.Az saytına müsahibə verib:
- Komandamızdan belə çətin qələbə gözləmirdim. Amma vacib olan işin öhdəsindən gəldik və 3 xal qazandıq. Komandada əsas problem hücum xəttindədir.Hücumçularımız yaranmış qol fürsətlərini tam dəyərləndirə bilmirlər. İnanıram ki, bu problemin üzərində işləyib aradan qaldırarlar.
- Komandanız son 3 oyunda qələbə qazana bildi. Demək olarmı “Qəbələ”də artıq hər şey qaydasına düşüb?
- Belə deməzdim. Çünki psixoloji olaraq futbolçuların durumu yaxşı olsa da, oyun baxımından çatışmazlıqlar var. Hər şey fırlanıb yenə də hücumçuların üzərinə gəlir. Onlar isə dediyim kimi, qol epizodlarımı tamamlaya bilmirlər. Antonov və Dodonun yoxluğu bizim üçün ciddi problemlər yaradır.
- Devalivasiya olmasaydı, hücum xətti üçün yeni transferlər olacaqdı?
- Komandaya yeni hücumçunun gətirilməməsinin devalivasiya ilə heç bir əlaqəsi yoxdur. Biz bu mövqeyə futbolçu axtarırdıq. Sadəcə tapa bilmədik. Bir-iki futbolçu ilə danışıq aparsaq da, son anda alınmadı.
- Ermin Zets Antonovun yerini doldura bilmir?
- Bu suala baş məşqçimiz cavab versə, yaxşıdır. Mənim fikrimə görə hər ikisi səviyyəli futbolçudur. Amma onlardan istədiklərimi görə bilmirəm. Çünki bu futbolçular “Qəbələ”yə daha böyük ümidlərlə transfer olunmuşdu. Zets son oyunlarda qol vurdu. Antonov da 6 qol vurub. Amma biz onlardan daha artığını gözləyirik. İnanıram ki, zamanla daha yaxşı olacaqlar.
- Mövsümün sonunda bu futbolçularla yollarınızı ayırmağı düşünürsünüz?
- Bu barədə məşqçi qərar verəcək. Hazırda onlar komandaya kömək etməlidirlər.
- Çempionatda hədəfiniz dəyişib, yoxsa?
- Birmənalı olaraq qarşımıza çempionluq vəzifəsi qoyulub. Amma sonda çempionatı necə bitirəcəyik onu bilmirəm.
- “Zirə” sizi təəccübləndirmir?
- Təəccübləndirir. Alqışalayiq futbol sərgiləyirlər. Bizim akademiyanın 3 yetirməsi bu klubda əsas heyətdə oynayır və yaxşı da çıxış edirlər.
- Onları buraxdığınıza görə peşmansınız?
- Biz bu futbolçuları icarəyə vermişik. Peşman da deyilik. Çünki oynayıb açlışmalıdırlar. Bəlkə bizdə qalsaydılar, heyətə düşə bilməyəcəkdilər.
- Son zamanlar Qara Qarayevin “Qəbələ”nin maraq dairəsində olduğu ilə bağlı məlumatlar yayılır.
- Bu barədə məlumatım yoxdur.
- Yəqin ki, “Qarabağ”ın əsas futbolçularından biri olan Qarayevin başqa kluba keçməsi bir az inandırıcı olmadığı üçün adı “Qəbələ” ilə adı hallanır. Yəni maddi baxımdan nəzərdə tuturuq.
- Ola bilər. Qara Qarayev yaxşı futbolçudur, amma hazırda bu məsələ bizim gündəmimizdə deyil.
- Klubda ixtisarlar aparıldığı söylənilir. Sizdə də maddi problemlər var?
- Futbolçulara ayrılan büdcədə dəyişiklik yoxdur. Amma müəyyən vacib olmayan sahələrdə ixtisarlar apardıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |