Riçard Almeyda: "Kəpəz"i ciddiyə almalıyıq" - MÜSAHİBƏ
"Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda "Xəzər Lənkəran"a 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra müsahibə verib:
- ”Xəzər Lənkəran” üzərində qələbə “Qarabağ”a asan başa gəlmədi...
- Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. İlk hissədə də göründü ki, rəqib bu oyuna yaxşı hazırlaşıb. Amma etiraf edim ki, biz də bir qədər tələsirdik. Son turda xal itirmişdik və meydanda çox səbirsiz idik. Buna görə də tez-tez top itkilərinə yol verirdik. Amma ikinci hissədə şanslarımızdan yararlanmağı bacardıq və 3 xalı qazandıq.Bu qələbə bizim üçün çox vacib idi.
- Hazırda “Xəzər Lənkəran” heç də yaxşı günlərini yaşamır. Niyə onların sizə çətinlik yaradacağını gözləyirdiniz ki?
- Çünki bütün oyunlar çətindir. AZAL-la oyunda da çoxlu qol vəziyyətimiz oldu. Amma heç birindən yararlana bilmədik. Əvəzində rəqib bir qol vurdu və qələbə qazandı. Qarşıda "Kəpəz"lə oyun var. Həmin görüş daha çətin olacaq. Biz bilirik ki, Premyer Liqada bütün klublar “Qarabağ”a qarşı sıx oynayır. Lakin "Xəzər Lənkəran" üzərindəki qələbədən sonra qarşıdakı oyunlara sakit şəkildə hazırlaşa bilərik.
- Meydanda tez-tez top itkilərinə yol verirdiniz və futbolçular istədiyi oyunu sərgiləyə bilmirdi. Bunu son oyunlardakı uğursuzluq, yoxsa Antalya yorğunluğu ilə əlaqələndirmək olar?
- Bu fikrilə razı deyiləm. Siz komandamızın hər oyunda nə qədər qol epizodu yaratdığını gördünüz. “Xəzər Lənkaran”la oyunun ilk hissəsində də yaxşı şanslarımız oldu.
- Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsınız. Rəqib son oyunlarda öz meydanında çox aqressiv çıxış edir...
- Elə buna görə də bu oyuna yaxşı hazırlaşmalı, "Kəpəz"i ciddiyə almalıyıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |