Cavid İmamverdiyev: "Növbəti oyunlarda belə şansım olsa, mütləq dəyərləndirəcəm" - MÜSAHİBƏ
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev ötən gün Premyer Liqanın 19-cu turunun Sumqayıt”la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Komandanız inamlı futbol sərgiləməsə də, qələbə qazandınız..
- Gərgin oyun keçdi. "Sumqayıt" güclü komandadır. Birinci hissədə kompakt oynaya bilmədik. Lakin ikinci hissədə yaxşı çıxış etdik. Qol şansımızdan maksimum yararlandıq və hesabı açdıq. Belə oyunlarda bir qol matçın taleyini həll edir. Komandamı qələbə münasibətilə təbrik edirəm. Növbəti oyunlara daha yaxşı hazırlaşacağıq.
- “Zirə” və “İnter” avrokuboklara vəsiqə qazansa belə, müəyyən səbəblərdən bu turnirə qatılamaya bilər. Bu, “Neftçi”nin avrokuboklarda iştirak etmək ümidini artırır?
- Yox, biz ona ümid bağlamaq istəmirik. Öz oyunumuza baxırıq. Çünki "Neftçi" xalqın komandasıdır. Hər zaman yuxarı pillələrdə qərarlaşan komanda olub. Daha çox çalışıb Avroliqa və Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirik.
- "Neftçi" həqiqətənmi Çempionlar Liqasına ümid edir ?
- Əlbəttə, komandamız hər zaman çempionluq uğrunda mübarizə aparıb. Allahın işidir, bilmək olmaz. Ya çempion olub Çempionlaq liqasına, ya da ikinci yerin sahibi kimi Avroliqaya vəsiqə qazana bilərik.
- Bu gün göstərdiyiniz oyunla avrokuboklarda yaxşı nəticə əldə edəcəyinizi düşünürsən ?
- III dövrə yeni başlayıb. Bir oyunla hər şey müəyyən olunmur. Qarşıdakı turlarda yaxşı çıxış edib, "Neftçi"nin adına layiq oyun oynayacağıq.
- "Sumqayıt" Antalyada, "Neftçi" isə Bakıda hazırlıq keçdi. Amma qələbə qazanan tərəf siz oldunuz. Bu, nəyəsə işarədir ?
- Mən belə deməzdim. İstəyirsən lap Amerikada hazırlıq keç, bunun fərqi yoxdur. Meydana çıxıb futbol oynamaq lazımdır. Əsas məsələ tablodakı nəticədir. Fikrimcə, bizim üçün Bakıda hazırlıq daha yaxşı oldu. Hazırlıq prosesimiz əla keçdi. Baş məşqçimiz arada imkan verirdi ki, evimizə gedib ailəmizi görək. Mən istərdim ki, gələcəkdə də təlim-məşq toplanışlarını Bakıda keçək.
- İkinci hissədə qapıçı ilə təkbətək qalsan da qol şansından yararlana bilmədin. Bunu həyəcanla əlaqələndirmək olar ?
- Həyəcanlandığımı deməzdim. Dəfələrlə belə epizodlar olub. Sadəcə, qapıçını görmədim. Mən topu saxlayanda rəqib qapıçı artıq qarşımda idi. Növbəti oyunlarda belə şansım olsa, mütləq dəyərləndirəcəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |