Asif Məmmədov: "Heç bir klubla danışıq aparmıram" - MÜSAHİBƏ
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədovun müsahibəsini təqdim edirik:
- Yayda siz "İnter"dən "Qəbələ"yə keçdiniz. Yeni komandanızdakı çıxışınızı necə qiymətləndirə bilərsiniz?
- 2015-ci il "Qəbələ" üçün çox yaxşı keçdi. Komanda Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyə bildi. Halbuki, ona qədər "Qəbələ" avrokuboklarda heç qol da vura bilməmişdi. Çempionatda da pis çıxış etmədik. Sadəcə, avrokuboklarda çıxış etdiyimiz üçün Premyer Liqada daha yaxşı nəticələr qazanmağımız mümkün olmadı. Əminəm ki, qış fasiləsindən sonra daha uğurlu çıxış edəcəyik. Bizim hələ çempionluq şansımız qalır.
- Komandanız Avroliqanın qrup mərhələsində niyə daha yaxşı nəticələr qazana bilmədi?
- "Borussiya"nın səviyyəsi hər kəsə yaxşı bəllidir. Amma biz hətta Dortmundda da pis çıxış etmədik. Sadəcə, rəqib ələ düşən imkanlardan maksimum yararlandı. Məsələn, Bakıda onlara qarşı çox yaxşı oynadıq. Elə ilk dəqiqələrdən 3-4 qol epizodumuz oldu. Əsas odur ki, ölkəmizi qitə miqyaslı turnirdə layiqincə təmsil edə bildik.
- Mümkündür ki, siz olmasaydınız, "Qəbələ" qrup mərhələsində oynamayacaqdı. Məhz sizin Tiflis "Dinamo"su ilə oyunun sonlarında vurduğunuz qol komandanızı növbəti mərhələyə daşıdı...
- "Dinamo"ya qarşı əla oynadıq. Rəqib heç meydanın mərkəzini keçə bilmirdi. Əksər epizodlarda bəxtimiz gətirmədi. Son dəqiqələrdə isə Roman Qriqorçuk məni meydana buraxdı.
- O vaxt baş məşqçi sizə nə tapşırdı?
- Məndən çox şey gözlədiyini bildirdi. Əlavə etdi ki, nə istəyirsən et, amma qol vur. Bu, mənim "Qəbələ"dəki ilk rəsmi oyunum idi. İnanın ki, qol vuracağımı hiss edirdim. Allaha şükürlər olsun ki, elə də oldu. Əlbəttə, əsas mənim qol vurmağım yox, komandamın qələbə qazanması idi. Amma çox şadam ki, vurduğum qol sayəsində komandamız avrokuboklardakı çıxışını davam etdirdi. Ondan sonra mən də özümü komandada komfortlu hiss etməyə başladım. Bundan sonra da uğurlu çıxışımı davam etdirmək istəyirəm. Onu da bilirəm ki, bu yolda hər şey özümdən asılıdır.
- Mətbuatda "Zirə", "İnter", "Neftçi" kimi klublara keçəcəyiniz deyilir. Qalmaq fikrindəsiniz?
- "Qəbələ"də qalacağam. Mənim mövsümün sonunadək müqaviləm var. Heç bir klubla danışıq aparmıram. Yazılanların da heç biri doğru deyil. Jurnalistlər onu yazarkən heç olmasa, mənim özümlə də əlaqə saxlasınlar. "Qəbələ" ilə çempionluq yaşamaq istəyirəm.
- Sizcə, "Qəbələ" çempion olacaq gücdədir?
- "Qarabağ"la son oyunumuz (1:1) göstərdi ki, çox yaxşı komandamız var. Biz penaltidən yararlana bilmədik. Əks halda qələbə qazana bilərdik. Bəxtimiz gətirmədi. Ümidimizi itirmədiyimizi göstərdik. Çempion olmaq, ölkə kubokunu qazanmaq istəyirik. Heyətimiz də bu uğurlara can atmağımıza imkan verir.
- Amma əksəriyyət bu mövsüm də "Qarabağ"ın çempion olacağını iddia edir...
- Bizi ağdamlılarla hələ daha iki oyun gözləyir. Fikrimcə, hər şey öz əlimizdədir. Çox yaxşı, mehriban kollektivimiz var. Ruhdan düşmürük. "Qarabağ" nə qədər qabaqda olsa da, biz mübarizəmizi sonadək davam etdirəcəyik. (azerisport)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |