Rahid Əmirquliyev: "Səsverənlərin hansı amilləri nəzərə aldığını söyləməkdə çətinlik çəkirəm" - MÜSAHİBƏ
"Qarabağ"ın yeni transferi Rahid Əmirquliyevin müsahibəsi:
- Ağdam klubuna keçidiniz ötən il baş tutsa da, hələ də müzakirə olunur. Bu kluba keçidinizi ən səs-küylü transfer adlandırmaq olar?
- (gülür) Yəqin ki, hələ başqa transferlər olmadığına görə mənim keçidim müzakirə mövzusudur. Halbuki, Kamran Ağayevin "İnter"ə keçidini daha səs-küylü transfer adlandırmaq olar. Ona görə də "Qarabağ"a keçidimi çox da şişirtmək istəməzdim.
- "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov bəyan edib ki, onlar sizə daha sərfəli şərtlər irəli sürsələr də, "Qarabağ" Bakıda oynadığından, siz bu komandanı seçmisiniz...
- "Qəbələ"də təklif var idi. Gizlətmirəm ki, onların şərtləri daha sərfəli idi. Nəcəfov onu da bəyan edib ki, "Qəbələ" bölgə klubu olduğuna görə onların təklifini qəbul etmədim. Amma bununla razı deyiləm. Çünki 9 il idi ki, Lənkəranda çıxış edirdim.
- Elə isə "Qəbələ"dən imtinanıza nə səbəb oldu?
- Başqa məqamlar var ki, onlardan danışmaq istəməzdim.
- Bəlkə Roman Qriqorçukla müqayisədə Qurban Qurbanovla çalışmaq sizə daha maraqlı gəldi?
- Şübhəsiz ki, Azərbaycanın ən yaxşı məşqçisi ilə çalışmaq mənim üçün də maraqlı idi. Amma bu, Qriqorçukla çalışmaq istəmədiyim anlamına gəlmir. Hər halda Qurbanov amili "Qarabağ"ı seçməyimin səbəblərindən biridir.
- "Qarabağ"ın yarımmüdafiə xətti ən yaxşılardan hesab olunur. Rəqabətdən qorxmursunuz? Ya sizə əsas heyətdə oynayacağınıza dair zəmanət verilib?
- Əsas heyətdə oynayacağıma dair mənə heç kim zəmanət verməyib. Mən hələ özümü burada sübut etməliyəm. Başa düşürəm ki, yeni komandamda yarımmüdafiə xətti keyfiyyətli futbolçulardan qurulub. Amma güclü rəqabətin olması həm mənim, həm də digər komanda yoldaşlarımın xeyrinə olan amildir.
- Qara Qarayevin Türkiyənin "Mersin İdmanyurdu" klubuna mümkün keçidi sizin "Qarabağ"a transferinizlə əlaqələndirilirdi...
- Qaranı yaxşı tanıyıram. O, mənim kiçik qardaşım kimidir. Yaxşı insan, yaxşı futbolçudur. Amma onun Super Liqa klubuna mümkün keçidini mənim bura gəlişimlə əlaqələndirmək istəməzdim.
- Ötən ilin ən yaxşı futbolçusu seçilməyinizi necə qarşıladınız?
- Mənə səs verən, verməyən hər kəsə təşəkkürümü bildirirəm. Bu ili daha yaxşı səviyyədə keçirməyə çalışacağam ki, həm klubuma, həm də yığmamıza faydalı olum.
- Bəs 2015-ci ildə heç bir titul qazanmadığınızı nəzərə alsaq, ən yaxşı seçilməyiniz sizə qəribə gəlmədi?
- Səsverənlərin hansı amilləri nəzərə aldığını söyləməkdə çətinlik çəkirəm. Amma öz növbəmdə onu deyə bilərəm ki, ötən il ərzində həm klubuma, həm də yığmamıza faydalı olmaq üçün əlimdən gələni etmişdim.
- "Qarabağ"a keçidinizi karyeranızda ən mühüm hadisələrdən saymaq olar? Yeni ildən nə gözləyirsiniz?
- "Qarabağ"a keçməklə məsuliyyətim daha da artıb. Komandamız növbəti dəfə çempion olmaq istəyir. Çalışacağam ki, bu yolda, eləcə də Çempionlar Liqasının qrup mərhələsinə çıxmaqda "Qarabağ"a kömək edim. (azerisport)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |