Şahin Diniyev: “Ən böyük arzum bu komanda ilə Avrokuboklarda çıxış etməkdi” - RUBRİKA
Bundan sonra Stadium.Az olaraq “Ordan-Burdan” rubrikası ilə oxucuları tanış edəcəyik. İlk qonağımız isə Milli komandamızın keçmiş kapitanı, baş məşqçisi, veteran futbolçu, hazırda “Kəpəz” klubunun baş məşqçisi olan Şahin Diniyev oldu. Şahin müəllimin vaxtı çox olmasa da, biizə vaxt ayırdı və “Ordan Burdan” danışdıq.
- Şahin müəllim, lap əvvəldən başlayaq. Futbola gəlişinizi tam olaraq necə xatırlayırsız?
- Həyatda hər şey təsadüfdü. Təsadüfdən zərurət doğur.
Mən də təsadüfən gəlmişəm futbola. 80-ci illərdə böyük qardaşim qatarda
Beyləqandan Bakıya gedərkən təsadüfdən yolda kupe yoldaşı Vladimir İvanoviç
Klatsyonov olub. Bakıya qədər söhbət ediblər və qardaşım ona deyib ki, mənim
kiçik qardaşim var, futbolu çox sevir, həyətdə bütün günü futbol oynayır. O da
futbol məşqçisi idi. Deyib ki, gətir baxaq. Səhv etmirəmsə, avqust ayı idi. Birdən
mənə dedi ki, gəl gedək Bakıya. Məni Bakıya gətirdi. Balaca uşaq idim, 13 yaşim
var 14-ə keçmişəm. Məni gətirdi Bakıxanov qəsəbəsində idman təmaüllü məktəbə və
orada o vaxtlar futbol seleksiyasi üzrə seçimlər gedirdi. Mən də gəldim ora.
Elə bil nağıllar aləminə düşmüşdüm. Birinci dəfə məşq etdim. İkinci dəfə yenə
məşq və futbol oynadıq. Klatsyanov qardaşıma dedi ki, “qoy qalsın, bunda nəysə
var. Görürəm futbolçu ola bilər. Get məktəbdən sənədlərini götür, gəl".
Mən uşaq idim. Qərar vermək qüdrətim yox idi. Qərar verildi ki, mən gəlim Bakıya. Artiq 7-ci sinifdə Bakıda orta məktəbə və həmin idman təmaüllü məktəbə daxil oldum və burdan futbol həyatım başladı.
- Hansısa bir
məqam yarandı ki, seçim qarşısıda qalib, amma futbolu seçmisiniz?
- Bəli belə bir şey olub. Mənim müəllimlərim məni
məcbur eləyiblər oxumağın ardınca gedim, nəinki futbolun. O vaxt mənim oxumağım
da yaxşı idi. 9-cu sinifə qədər dərslərimdən 5 almışam, əlaçı olmuşam və
sinifqom idim. Mənim müəllimlərim məcbur edirdi ki,10-cu sinifdən elm dalınca
gedim. Əsas da Kimya müəllimim vardı, adı da Kəmalə idi, səhv etmirəmsə. Onlar
həmişə mənə hirslənirdilər, qışqırırdılar ki, futboldan uzaq dur. Sən oxumaq
dalınca getməlisən. Həmin o vaxt seçim yarandı. Müəllimlərim məni məcbur etdi
oxumağa, ancaq mən futbolu seçdim.
- Bəs elə bir
an da olub ki, futbolu seçdiyinizə görə peşman olasınız?
- Yox peşman olmamışam. Kimsə mənə desəydi ki, bu yolu
seç, peşman ola bilərdim. Özüm seçmişəm və seçimimdə peşman deyiləm.
- Sonradan
bir neçə ölkədə legioner həyatı yaşadınız. Ən çox görüb-götürdüyünüz və bu baxımdan
fərqləndirə biləcəyiniz ölkə hansıdı?
- Mən hər dəfə komandaları yaxşıya doğru dəyişərək getmişəm. Ölkələr də onun içində olub. Yəni mən xoşbəxtəm ki, bir neçə ölkədə legioner həyatı yaşamışam. Futbol İsraildə bir başqadı, Rusiyada bir başqa, Moldovada da oynadığım dövrdə bir başqa idi. Demək olar ki, o vaxt SSRİ-də peşəkar futbolun olmamasına görə, həmişə biz həvəskar sayılmışıq. Yəni ki, hansısa futbolçunu zavoda, fabrikə yazırdılar və ordan maaş alırdılar. Peşəkar deyildik, amma İsraildə gördüm bu peşəkarlığı. Orda 5 il oynadığım müddətdə, futbolçunun futbola yanaşması, futbolçuya yanaşması, komandanın futbolçuya, futbolçunun komandaya, ümumiyyətlə, özünü məşqlərə hazırlamaq, oyunlara hazırlamaq, azad şəkildə idi. Heç kəs səni heç nəyə məcbur etmir, yaxşı məşq et, pis məşq et, sadəcə məşqçi məşqini verir, futbolçu götürür. Ona görə də, mən əsil peşəkarlığı İsraildə gördüm. Ona görə də, mənim üçün ən fərqli ölkə İsrail oldu.
- Bir neçə
ölkədə legioner həyatı yaşamaq, fərqli-fərqli mentalitetlərlə ayaqlaşmaq heç də
asan iş deyil. Bunu necə bacarırdız?
- Çətin idi. Getdiyin yerlərdə tək özünü yox, həm də
ölkəni təmsil edirsən. Yəni azərbaycanlı futbolçu deyilirsə, sən burda özünlə
bərabər həm də, öz ölkənə görə məsuliyyət daşıyırsan. Etdiyin hərəkətlər, özünü
aparmağın, tərbiyən dövlətə uyğun gəlməlidi. Artıq sən yox, sadəcə Azərbaycan
adı gedir. Ona görə də çalışmışam ki, ölkəmizin, dövlətimizin adına xələl
gətirmiyim. Çətin olub, dözmüşəm. Asan heç nə olmur. Olduğun ölkələrdə onların mədəniyyətinə, dilinə hörmət etməlisən ki, səni
qəbul etsinlər. Mən çalışmışam ki, o ölkələrdə adət-ənənələrinə, dilinə, mədəniyyətinə
hörmət edim. Dillərin öyrənməyə, həyat tərzlərinə uyğunlaşmağa çalışmışam.
- Geri dönüb
baxsaq, futbolçu karyeranızı necə qiymətləndirərdiz?
- Karyerama baxanda gileylənmirəm, çünki həm milli
komandaların aşağı yaş qruplarında oynamışam, həm milli komandanın kapitanı
olmuşam. Klub səviyyəsində Azerbaycan 1-ci dəstəsi, güclülər dəstəsi
komandalarında top qovmuşam. Rusiya güclülər dəstəsində, İsrailin həm birinci,
həm də güclülər dəstəsində top oynamışam. Demək olar ki, futbolçu karyerası
üçün böyük bir uğurdu. Mən karyeramı uğurlu saya bilərəm.
- Məlumdur
ki, 2 övladınız futbolçudu. Bu sizin, yoxsa onların özünün verdiyi qərardı?
- Belə deyim, mənim 4 övladım var. Allah hamıya qismət etsin. 3 oğlum, bir qızım var. 2 böyük oğlum futbolla məşğuldu. Bunlar doğulandan evdə onların oyuncaqları top olub və baxdıqları atasının futbolu. Bu artıq belə deyək ki, həyat tərzindən onlara hopan hobbimi deyim, istəkmi deyim o idi. Ancaq onu deyim ki, 7 yaşından məşqlərə aparmışam. Səhər tezdən, axşam, soyuqda, yağışda, qarda da məşqlərə aparmışam. Əvvəldən də onlara demişdim ki, mən demirəm siz futbolçu olun. Sadəcə uşaqda böyük enerji var, onu harasa sərf etməlidir və onu istədim müsbət yerə, yəni futbola, idmana sərf etsinlər. Nəinki getsin kompyuter oynasın, pis vərdişlərə düşsün. Mən bu barədə onlara dəstək oldum, ancaq onların özlərinin futbola sevgisi olub. Futbol elədi ki, onun içinə düşdünsə, artıq ordan çıxa bilmirsən. Narkamaniya kimi bir şeydi. Onlara görə heç kəsə xahiş etməmişəm. Onlar nə qazanıblarsa, tam özləri qazanıb.
- 3 oğlan övladı dediniz, bəs digər oğlan
övladınız necə, ümumiyyətlə, futbolla maraqlanmayıb, yoxsa onda alınmayıb? -
O balaca oğlumdu 11 yaşı var. O, daha çox elmi seçib, yəni savadlı uşaqdı, özüm
də görürəm bacarığı çoxdu. Ona görə də mane olmadım. Qoy bir nəfər də oxumuş
olsun da içimizdə (gülür).
- Coşqunun
"Qarabağ"da, Kərimin isə "Kəpəz"də oynamasında sizin hansısa
məsləhət və tövsiyyələriniz olub?
- Tam səmimi, necə olub deyirəm sizə. Çoşqun 7 yaşından "İnter"də başlayıb futbola. Öncə əvəzediciyə yüksəldi.Sonra Kaxaber Sxadadze ("İnter"in keçmiş baş məşqçisi) tərəfindən əsas komandaya dəvət olundu. Orda da özün doğruldub, əsas heyət üzvünə çevrildi. Deyərdim "İnter" karyerası çox uğurlu oldu. Açıq deyirəm, sonda 3 klubdan "Neftçi", "Qəbələ" və "Qarabağ"dan təklif gəldi. Seçimi mən Çoşqunun özünə buraxdım. Bilirsiz, yaxşı olanda deyir özüm elədim, pis olanda deyr kimsə elədi. Ona görə də, seçim sənindi. O da "Qarabağ"ı seçdi. Bu yolda Qurban Qurbanovun da əməyi danılmazdı. O, həqiqətən Coşqunu istədi və "Qarabağ"da oynamasına nail oldu. Bir sözlə, "Qarabağ"da oynamasını birbaşa Qurban Qurbanova bağlayıram və ona da təşəkkür edirəm. Kərimə gəldikdə o, AZAL-da oynayırdı. İstəməzdim müqaviləsi ola-ola onu komandama götürüm, həm də AZAL-a lazım idi. Amma həyat elə gətirdi ki, AZAL-da maliyyə problemi oldu və oyunçular azad agent olaraq buraxıldı. Məndə Şəhriyar Rəhimov və Kərimi Gəncəyə gətirdim.
- Futbola
təsadüflə gəldiyinizi dediniz, bəs məşqçilik karyeranız necə başladı?
- Heç ağlımdan keçməzdi nə zamansa məşqçi olacağam. 96-cı
ildə İsraildən qayıdandan sonra zədə ilə bağlı futbola əlvida dedim. O vaxt AFFA
rəhbəri olan Fuad Musayev təklif etdi ki, 16 yaşlılardan ibarət millidə köməkçi
məşqçi kimi işə başlayım. Baş məşqçi Vaqif Paşayev idi, elə onun yanında işə
başladım. Əvvəl futbolla maraqlanırdımsa artıq məşqçiliklə maraqlanmağa və
mutaliə etməyə başladım. Vaqif Sadıqovun da inkişafımda əməyi danılmazdı. Təcrübəli
məşqçi kimi mənə dayaq olub, daha da irəli getməyimi istəyib. Fuad Musayevin
məşqçiliyə gəlməyimdə, Vaqif Sadıqovun isə məşqçi kimi püxtələşməyimdə əməyi
danılmazdı.
- Hansısa
məqam olub ki, məşqçiliyə gəldiyinizə görə peşman olmusunuz?
- Doğurdan da futbolçu olmaq asandi, nəinki məşqçi işləmək. Futbolçu tək özünə cavabdehdi, amma məşqçi özünə, bütün futbolçulara. Məsuliyyətin çoxalır. Psixoloq olmalısan, anatomiyanı bilməlisən, insanlara yanaşmanı düzgün aparmalısan. Məşqçilik həqiqətən stresdi, əsəbdi, amma məşqçilərin xoş günləri, qələbələri, uğurlari da olur. Ona görə də yaşamağa dəyər. Peşman deyiləm.
- Gəncədə
işləriniz necə gedir?
- Bilirsiz, mən
hər zaman işə çətinliklə başlamışam. Bir söz var, deyirlər, işlərin çətin
gedirsə, deməli, sən düz yoldasan. Gəncədə işlərimizə iyuldan başlamışıq. Maliyənin
böyük rolu var. Bizə gələnlərin çoxu klublarına lazım olmayan futbolçulardı. Komandada
orta yaş həddi 23-24-dü. Sürətli və öz fəlsəfəmə uyğun futbolçular seçdim. Deməzdim
fəlsəfəmi otuzdura bilmişəm. Hələ yolun başlanğıcındayıq. Amma sürətli və aqressiv hücum
edən komanda yarada bilmişəm. Autsayder deyilik, liderlərlə başa-baş mübarizə
aparırıq. Ən başlıca məni sevindirən budur ki, komandada oyun var. Əsas olan
oyun varsa deməli, nəticə özü gələcək. 3
ayın komandasıyıq, aradakı anlaşma tam düzəlsə, bu komanda çox şeyə nail
olacaq. Azərbaycanda gələcəyi ola biləcək komanda ola bilər. Bu yolda
rəhbərlikdə daim yanımdadı və mənə sərbəst, azad işləmək üçün şərait yaradılıb.
- Premyer Liqada real
olaraq komandanı hansı hədəfə kökləmisiz?
- Liqa başlayanda hədəfimiz ilk altılığa düşmək idi. Ama
məlumdu ki, iştah diş altındadı. Oyunlar göstərdi ki, daha yuxarı yerlər
uğrunda da mübarizə apara bilərik. İlk dəfə sizə deyirəm bunu. Ən böyük arzum
bu komanda ilə avropada çıxış etməkdi. 13 tur ərzində göstərdiyi oyunla bu
komanda buna laiqdi.
- Sizcə Avrokuboklara
vəsiqə qazana bilsəniz, komanda bu gücü ilə Azərbaycanı layiqli təmsil edə bilər?
- Gəlin real danışaq.
Desəm ki, qrupa düşəcəyik, yalançı olaram. Bu, mənə yaraşmaz. Amma bir və ya iki mərhələ keçəriksə bu, Gəncə
futbolunun uğuru olar. Ola bilər heç bir mərhələ də keçməyək, amma məncə bu komandanın ora getməsi də Gəncə azarkeşləri və
bizlər üçün uğur sayılar.
- “Xəzər
Lənkəran”la oyundan sonra da, maddi vəziyyətin heç də yaxşı olmadığını açıqca
dediniz. Avrokuboklara vəsiqə qazana bilsəniz bu büdcə ilə çətin olmayacaq bəs?
- Elə ordan gələn gəlir bizim üçün məncə yetərli
olacaq (gülür).
- "Kəpəz"i
digər klublardan fərqli edən həmdə onun azarkeşləridi. Bu haqda nə deyərdiniz?
- O tərəfdən ən xoşbəxt komandayıq. Hətta deyərdim
"Qarabağ"dan da xoşbəxt komandayıq. Çox təsiredici idi o azarkeşlərin
qarşısında oynamaq. Özüdə onu deyim ki, çox savadlı azarkeşlərdi. Əksəriyyəti
50, 60, 70 yaşlarında olan həkim, müəllim və oxumuş orta təbəqənin insanlarıdı.
Əvvəllər deyirdilər ki, güclə gətirirlər azarkeşləri. "Xəzər"lə
oyunda 18 min azarkeş var idi. Özdə aşura günündə. Bu, artıq "Kəpəz"ə
olan sevgidən irəli gəlir. Bizim oyuna gələn azarkeş sayı digər 4 oyunun bir
neçə turda yığdığı azarkeşdən çox olur.
- Sonda Premyer
Liqa üçün praqnozunuz necədi, bir bu barədə də fikirlərinizi bilmək maraqlı oalar...
- Gəlin real
danışaq "Qarabağ" və "Qəbələ" çempionluq uğrunda mubarizə
aparır. 3-cü və 4-cü yerlər uğrunda isə bir neçə komada var ki, onlar
vuruşacaq. Onlardan biri də bizik (gülür).
Xanoğlan İmanov
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |